Erməni lobbisinin himayəsində - Əli Kərimli ailəsinin Qərb təmasları
Siyasət 26 Noyabr 2026, 13:30
318
Dekabrın 15-də Britaniya parlamentinin Lordlar Palatasındakı komitə zallarından birində Azərbaycanda insan hüquqları (Əli Kərimlinin işi və parlament dinləməsi) mövzusunda tədbir keçiriləcəyi barədə məlumat yayılıb.
Məlumatda bildirilir ki, tədbirin təşkilatçısı Mühafizəkarlar Partiyasının İnsan Hüquqları Komitəsidir. Partiya daxilində yayılan dəvətdə tədbirdə Əli Kərimlinin övladları — Türkel Kərimli və Sezan Kərimlinin iştirak edəcəyi qeyd olunur. Ən diqqətçəkən məqam isə tədbirə keçmiş komitə sədri Tim Lautonun (Loughton) moderatorluq etməsidir.
Tim Lauton ilk dəfə 1997-ci ildə Şərqi Uortinq və Şorhem seçki dairəsindən parlament üzvü seçilib və İcmalar Palatada 27 il fəaliyyət göstərib. (2001, 2005, 2010, 2015, 2017 və 2019-cu illərdə yenidən seçilib)
Böyük Britaniya Erməni Milli Konqresinin (ANC UK) məlumatına görə, 2020–2024-cü illərdə Parlamentin Ermənistan üzrə Bütün Partiyalar Qrupunun (APPG Armenia) sədri olub. Qrupun rəsmi reyestrində Louton 2023-cü ilin aprelində və 2024-cü ilin aprelində sədr və rəsmi əlaqələndirici şəxs (Chair & Registered Contact) kimi göstərilib.
Burada katiblik rəhbəri kimi (ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs) kimi adı qeyd olunan Annette Moskofian Böyük Britaniya Erməni Milli Komitəsinin (Armenian National Committee of the United Kingdom - ANC UK) sədri və Britaniya parlamentindəki Ermənistan üzrə Bütün Partiyalar Parlament Qrupunun (APPG for Armenia) katibliyinin (Secretariat) rəhbəridir.
Britaniya parlamentində və hökumət dairələrində erməni diasporunun maraqlarını təmsil edən əsas lobbiçilərdən biridir. O, Britaniya parlamentində qondarma "erməni soyqırımı"nın tanınması qanun layihələrinin irəli sürülməsi, Azərbaycan əleyhinə qətnamələrin müzakirəsi, Qarabağ məsələsi və Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə bağlı Britaniya deputatlarının parlamentdə suallar qaldırması istiqamətində fəal iş aparır.
20 may 2025-ci ildə Ermənistanın Londondakı səfirliyinin Ermənistan üzrə Bütün Partiyalar Qrupunun (APPG) üzvləri və “Parliamentary Friends of Armenia” qrupu üçün təşkil etdiyi qəbulda Tim Lauton Ermənistan–Böyük Britaniya münasibətlərinin möhkəmləndirilməsindəki uzunmüddətli xidmətlərinə görə təltif olunub.
Ermənistan Parlamenti adından ona Ermənistan Milli Məclisinin medalı təqdim edilib. Tim Lauton “Facebook” hesabında Ermənistan səfirliyində keçirilən qəbulda Ermənistana dəstək və erməni soyqırımının tanınması istiqamətindəki parlament fəaliyyətinə görə səfir Nersesyan tərəfindən Ermənistan Respublikası Milli Assambleyasının Fəxri Medalı ilə təltif olunmasından böyük qürur duyduğunu yazıb.
Tim Louton 2021-ci il noyabrın 9-da 1915–1923-cü illər hadisələrinin Britaniya hökuməti tərəfindən "erməni soyqırımı" kimi rəsmən tanınmasını tələb edən qanun layihəsinin müəllifi olub.
14 sentyabr 2022-ci ildə Böyük Britaniya Parlamentindəki Böyük Britaniya–Ermənistan dostluq qrupu adından bəyanat yayan deputat Tim Louton Azərbaycanın Ermənistana qarşı "son təcavüzünü" pisləyərək rəsmi Bakıya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
1 avqust 2022-ci ildə Tim Loutonun təşkilatçılığı ilə britaniyalı deputatlar xarici işlər naziri Ceyms Kleverliyə "davam edən vəhşiliklərə qarşı Britaniya Hökumətinin sükutunu pozmağa" çağıran məktub yazıblar.
23 avqust 2023-cü ildə o, Britaniya hökumətinin Dağlıq Qarabağda Azərbaycanın etnik təmizləmə siyasətinə qarşı qətiyyətli cavabının "açıq-aydın çatışmadığına" görə tənqid edib.
Tim Louton Böyük Britaniya Parlamentinin İcmalar Palatasının Vestminster Zalında Qarabağla bağlı iki müzakirənin - 24 yanvar 2023-cü ildə "Laçın dəhlizi və Dağlıq Qarabağ" (Hansard, Cild 726) və 19 mart 2024-cü ildə "Dağlıq Qarabağ: erməni qaçqınları" (Hansard, Cild 747) təşkilatçısı və fəal iştirakçısı olub.
Bütün bu deyilənlərin fonunda bir məqam xüsusilə aydın görünür: Azərbaycana qarşı qərəzli ittihamları, təhrif etdiyi faktları və uydurma iddiaları ilə açıq-aşkar seçilən Tim Loutonun məhz Əli Kərimli ilə bağlı müzakirə və tədbirlərin önündə dayanması heç də təsadüf deyil.
Azərbaycanın suverenliyinə, haqq işinə qarşı dayanmaqdan çəkinməyən, erməni lobbi dairələrinin maraqlarına xidmət edən bu cür qərəzli fiqurla eyni cəbhədə yer almaq, onun mövqeyinə arxalanmaq Əli Kərimlinin siyasi simasını və kimlərin maraqlarına işlədiyini bir daha ifşa edir. Erməni lobbisinin əlaltısı kimi tanınan birinin məhz Əli Kərimlini himayə və müdafiə etməyə çalışması sual doğurmur — bu, eyni qərəz və anti-Azərbaycan xəttinin kəsişmə nöqtəsidir.
Xatırladaq ki, noyabrın 12-də Londonda keçirilən “Maqnitski mükafatı”nın verilməsi ilə bağlı təqdimetmə mərasimində Əli Kərimli də “müstəsna müxalifət siyasətçi” nominasiyası üzrə təltif olunub.
Həmçinin oxuyun
Bu barədə “Qafqazinfo” saytında “Azərbaycana qarşı xidmətlərinə görə” Əli Kərimli erməni lobbisi tərəfindən niyə mükafatlandırıldı?” başlıqlı analitik yazıda geniş məlumat verilib.
Məqalədə qeyd olunur ki, mərasimdə mükafatı Əli Kərimlinin adından alan qızı Sezən Kərimliyə Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Baronessa Helena Kennedi təqdim edib. Daha sonra, mükafatı S. Kərimliyə təqdim edən və onun xüsusi təşəkkür etdiyi Baroness Helena Kennedinin kimliyinə aydınlıq gətirilir və Əli Kərimlinin hansı “xidmətlərinə” görə təltif edildiyi anlaşılır.
Lordlar Palatasının üzvü Baroness Helena Kennedi Amerika Erməni Milli Komitəsi (ANCA) ilə koordinasiyalı şəkildə fəaliyyət göstərən Böyük Britaniya Erməni Milli Komitəsinin (Armenian National Committee of the United Kingdom - ANC-UK) dəstəklədiyi siyasətçidir. Baroness Kennedi ANC-UK-nin siyasi və digər dəstəkləri qarşılığında Böyük Britaniya parlamentində erməni maraqlarının müdafiəsini təşkil edir.
Burada əsas diqqətçəkən məqam B. Kennedinin fəaliyyətinin Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarşı olması, əsasən revanşist mövqedən çıxış edən erməni diasporunun təlimatları ilə Qarabağda keçmiş qondarma rejiminin maraqlarına xidmət etməsidir. Misal üçün, 2024-cü ildə Beynəlxalq Vəkillər Kollegiyasının (İnternational Bar Association - İBA) Qarabağla bağlı keçirilən tədbirlərinə spikerlik edib. Bu tədbirlərdə Qarabağdan Ermənistana qayıdan separatçı rejimin qalıqlarının Azərbaycana qarşı ərazi iddiaları və digər ittihamları dəstəklənirdi.
Kennedi bu ilin fevralında “Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) və Britaniya parlamentinin bir sıra üzvləri tərəfindən “Dağlıq Qarabağda mədəni irsin dağıdılması” iddiası ilə başlanan və hazırda davam edən sorğu prosesinin əsas təşkilatçılarındandır, həmçinin, “Qarabağda erməni mədəni irsinin dağıdıması iddialarını” araşdıran tədqiqata həmsədrlik edir. Sorğu prosesinin bugünədək Britaniya parlamentində keçirilən bütün dinləmələrində B. Kennedi şəxsən iştirak edib, “dəlillər təqdim edən tərəflər” qismində keçmiş qondarma rejimin “nümayəndəsi” Artak Beqlaryan, erməni diaspor təşkilatı “Center for Truth and Justice” (CFTJ) nümayəndələri, ANC-UK-un sədri Annette Moskofian və üzvü Andre Vartanianla görüşüb. Onun bu məsələ ilə bağlı görüşdüyü şəxslərdən biri də Luis Okampodur.
Kennedinin dəstəyi ilə “təltif edilən” Əli Kərimlinin də bu şəbəkəyə bağlı olduğu aydın görünür. Ə. Kərimlinin erməni diasporu/lobbisinin anti-Azərbaycan kampaniyaları ilə sinxron fəaliyyəti, Qarabağda suverenliyimizin bərpası prosesində ordumuzun əməliyyatlarını və dövlət siyasətini şübhə altına alan paylaşımlar etməsi, o cümlədən, 2022-ci ilin sentyabrında Ermənistanın təxribatı nəticəsində baş verən sərhəd toqquşmalarında erməniləri açıq şəkildə müdafiə etməsi unudulmayıb. Onun indi təltif edilməsi də bu xidmətlərin mükafatlandırılmasıdır.
Burada əsas məqamlardan biri Əli Kərimlinin həbs olunmasından sonra onun erməni diasporu/lobbisi ilə işbirliyinin xaricdə yaşayan övladları – qızı Sevən Kərimli və oğlu Türkel Kərimli tərəfindən həyata keçirilməsidir.
Türkel Kərimli bu ilin yazında Amerika Erməni Milli Komitəsinin (ANCA) fəal dəstəkçilərindən olan senator Piter Velçlə görüşüb, ondan atasına dəstək istəyib. Piter Velç Nümayəndələr Palatasının üzvü olduğu (2007-2023-cü illər) dövrlərdən etibarən ANCA ilə sıx əməkdaşlıq edən siyasətçilərdəndir. 2022-ci il Senat seçkilərində də ANCA-nın dəstəklədiyi namizəd kimi qalib gəlib. P. Velç İkinci Qarabağ müharibəsində Nümayəndələr Palatasında Azərbaycanın hərbi əməliyyatlarını pisləyən 1165 saylı qətnamənin həmmüəlliflərindən idi. Bununla yanaşı, ABŞ-nin Azərbaycana hərbi yardımları dayandırması, sanksiyalar tətbiq etməsi çağırışlarına qoşulub. Hərbi cinayətləri sübuta yetirilmiş keçmiş qondarma rejimin üzvlərinin azad edilməsi məqsədilə Dövlət Departamentinə edilən müraciətlərdə də P. Velç fəallığı ilə seçilir.
Türkel Kərimli 2016-cı ildə, həmin vaxt Qarabağ hələ də işğal altında idi, ABŞ-də separatçı Bako Sakyanın oğlu Armen Saakyanla birlikdə Azərbaycanın əleyhinə çıxış etməsi ilə də xatırlanır.
Əli Kərimlinin qızı Sevən Türkel isə Böyük Britaniyadakı erməni lobbisinin üzvləri ilə sıx təmaslar qurur. S. Türkel bu ilin sentyabr ayında Böyük Britaniya vətəndaşı, ermənipərəst mövqeyi ilə tanınan “insan haqları müdafiəçisi” Benedik Rocerslə görüşərək, atasına dəstək istəyib. Əli Kərimlinin sosial media səhifələrində bu görüşlə bağlı geniş paylaşımlar edilib. B. Rocers hələ 1994-cü ildə Qarabağa qanunsuz səfər edərək, Azərbaycan torpaqlarını “erməni anklavı”, “qədim erməni torpağı” kimi təqdim edirdi. Qarabağın işğalı dövründə də daim ermənilərə dəstək verib. Belə bir şəxsin “insan haqlarının müdafiəçisi” kimi Əli Kərimlini dəstəkləməsi də ikincinin erməni diasporu/lobbisi ilə bağlantılarına diqqət çəkir.
Göründüyü kimi, Əli Kərimlinin erməni diasporu/lobbisinin də daxil olduğu anti-Azərbaycan qüvvələrlə əməkdaşlığını hazırda övladları davam etdirir. Əli Kərimli və övladlarının erməni lobbisi ilə əlaqələri təsadüfi və ya sadəcə taktiki dəstək axtarışı deyil, uzunmüddətli, sistemli və sıx bağlılığa əsaslanan bir prosesdir.
Eyni siyasi xətt və anti-Azərbaycan gündəliyi ətrafında birləşən tərəflər həlledici məqamlarda vahid cəbhədən çıxış edərək bir növ “qardaşlaşıblar” - yəni Əli Kərimli və övladları erməni lobbisinin maraqlarına, erməni lobbisi isə onların siyasi gündəliyinə qarşılıqlı şəkildə xidmət edirlər.
FaktYoxla.az
Azərbaycan və Ermənistan nümayəndələri görüşəcək
“Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu il noyabrın 26–27-də Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək.Citypost.az APA-a istinadən xəbər verir ki, müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüsləri, iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirlərini, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanlarını, humanitar məsələləri, gənclərlə işi və təhsil sahəsini, həmçinin iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivlərini əhatə edəcək....
26 Noyabr 2026, 10:25
“Qəzaların səbəbləri ciddi araşdırılmalıdır” – Səməd Hətəmovdan Türkiyəyə ÇAĞIRIŞ
İctimai-siyasi xadim və radio aparıcısı Səməd Hətəmov Türkiyədə son günlər baş verən helikopter qəzaları ilə bağlı təəssüfünü ifadə edib.Citypost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Səməd Hətəmov bildirib ki, son 12 gün ərzində Türkiyədə iki helikopter qəzası baş verib. Qəzalar nəticəsində ümumilikdə 9 hərbçi – əsgər və zabit həlak olub.O, hadisələrdə həyatını itirən hərbçilərə Allahdan rəhmət diləyib və ard-arda baş verən qəzaların səbəblərinin ciddi şəkildə araşdırılacağına ümid etdiyini bildirib.Səməd Hətəmov fikirlərini belə ifadə edib:“Təəssüf. Son 12 gün ərzində Türkiyədə 2 helikopter qəzası baş verdi. Birində 4, birində 5 olmaqla 9 nəfər əsgər və zabit həlak oldu....
26 Noyabr 2026, 01:03
Aydın Quliyev Həyati Yazıçının “siyasi əxlaq” bəyanatını TƏNQİD ETDİ
Politoloq, jurnalist Aydın Quliyev Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Həyati Yazıçının istefası ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Aydın Quliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Politoloq qeyd edib ki, Türkiyədə Ədalət və İnkişaf Partiyasının qurucularından biri olan, adı böyük maliyyə dələduzluğu iddialarında hallanan Həyati Yazıçı vəzifəsindən istefa verib. O, istefa qərarını “inandığı siyasi əxlaqın son nöqtəsi” kimi xarakterizə edib.Aydın Quliyev bu açıqlamanı ironik şəkildə qarşılayaraq, Türkiyədə milyardlarla lirənin talan edildiyi iddia olunan “fon krizi”nə diqqət çəkib. O bildirib ki, həmin məsələ ilə bağlı bir sıra deputat və nazirlərin də adları hallanıb, bəzi şəxslər...
26 Noyabr 2026, 00:55
Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib
Monteneqro Prezidenti Yakov Milatoviç 2027-ci ildə Azərbaycana səfər etməyi planlaşdırdığını təsdiqləyib və iki ölkə arasında münasibətlərin dostluq xarakteri daşıdığını vurğulayıb."Report"un Avropa bürosuna verdiyi məlumata görə, bunu Monteneqro lideri Brüsseldə keçirilən Aİ–Qərbi Balkanlar sammiti çərçivəsində bildirib."Baş nazirimiz artıq dünən Azərbaycanda olub. Onun ölkə Prezidenti İlham Əliyevlə əla görüşü keçirilib. Mən də gələn il səfərimi səbirsizliklə gözləyirəm. Azərbaycan bizim üçün dost ölkədir", – o qeyd edib.Qeyd edək ki, Monteneqronun Baş naziri Miloyko Spayiç noyabrın 23-25-də Azərbaycanda işgüzar səfərdə olub. Səfər çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Əli Əsədovla keçirilən görüşlərdə iqtisadi əməkdaşlığın, o cümlədən investisiya, energetika və infrastruktur sahələrində əlaqələrin genişləndirilməsi...
26 Noyabr 2026, 00:25
Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb
Bu gün İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu çərçivəsində Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi arasında "Parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi üzrə 2027–2028-ci illər üçün praktiki tədbirlər planı"nın ("Yol xəritəsi") imzalanması mərasimi keçirilib.Milli Məclisin Mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, sənədi Azərbaycan tərəfdən parlament sədri Sahibə Qafarova, Özbəkistan tərəfdən isə Ali Məclis Senatının sədri Tənzilə Narbayeva imzalayıblar."Yol xəritəsi" iki ölkənin qanunverici orqanları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsini, qanunvericilik fəaliyyəti, habelə parlament diplomatiyası və digər prioritet istiqamətlərdə təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur....
25 Noyabr 2026, 21:22
İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib
Bu gün Milli Məclisdə “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər” mövzusuna həsr olunmuş İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Mərasimdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova parlamentlərimiz arasında etimad və qarşılıqlı hörmətə əsaslanan dialoqu yüksək qiymətləndirərək, bildirib ki, Birinci Parlamentlərarası Forum ötən ilin iyul ayında Xivədə uğurla keçirilib və orada parlament əlaqələrinin vəziyyəti, birgə iş üçün prioritet sahələr müzakirə edilib.Spiker qeyd edib ki, ikinci forumun Bakıda keçirilməsi bu dialoq formatının inkişaf etdirilməsinə və əldə edilən razılaşmaların praktiki şəkildə həyata keçirilməsinin təmin...
25 Noyabr 2026, 16:36