Bizə yazın

Baku

-°C

USD

-

Koreya hökuməti Respublika Pediatriya Mərkəzinə tibbi avadanlıqlar ianə edib

Tibb 26 Noyabr 2026, 14:20

382

Koreyanın dəstəyi ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Pediatriya Mərkəzinə (Mərkəz) yeni tibbi avadanlıqlar ianə edilib.

Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, avadanlıqlar Mərkəzin maddi-texniki bazasının gücləndirilməsinə, xüsusilə cərrahiyyə, diaqnostika, anesteziologiya və reanimasiya sahələrində tibbi xidmət imkanlarının genişləndirilməsinə töhfə verəcək.

İanə olunan avadanlıqlar arasında əməliyyat lampası və masası, pediatrik əməliyyat dəsti, defibrilyatorlar, uşaqlar və yenidoğulmuşlar üçün anesteziya cihazları, pasiyent monitorları, infuziya pompaları, perfuzorlar, funksional reanimasiya çarpayıları, süni tənəffüs aparatları, elektrokardioqrafiya (EKQ) cihazı, portativ rentgen aparatı və digər tibbi vasitələr yer alır.

Noyabrın 25-də isə Mərkəzdə avadanlıqların rəsmi təhvil-təslim mərasimi keçirilib.

Tədbirdə çıxış edən TƏBİB-in icraçı direktoru vəzifəsini müvəqqəti icra edən, icraçı direktorun müavini Bahadur Rzayev Koreya ilə səhiyyə sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb:

"Azərbaycan və Koreya Respublikası arasında möhkəm tərəfdaşlıq əlaqələri səhiyyə sahəsində də konkret təşəbbüs və layihələrlə inkişaf edir. Respublika Pediatriya Mərkəzinə tibbi avadanlıqların ianə edilməsi əməkdaşlığımızın növbəti uğurlu nümunəsidir. Əminik ki, təqdim olunan avadanlıqlar diaqnostika və müalicə imkanlarının genişləndirilməsinə, uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəkdir".

Koreyanın Azərbaycandakı səfiri Kimqu Kanq iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib:

"2023-cü ildən etibarən Koreya hər il yeni tibbi avadanlıqlarla dəstək göstərmək məqsədilə bir xəstəxana seçərək TƏBİB ilə əməkdaşlıq edir. Bu il Respublika Pediatriya Mərkəzinin seçilməsi xüsusi əhəmiyyət kəsb edir. Ümid edirəm ki, bu dəstək daha çox uşağın təkmilləşdirilmiş tibbi şəraitdən faydalanmasına imkan yaradacaq".

Mərkəzin direktoru Erkin Rəhimov yeni avadanlıqların xüsusilə cərrahiyyə, anesteziologiya və reanimasiya bölmələrinin fəaliyyətinə müsbət təsir göstərəcəyini bildirib:

"Mərkəzimizin əsas məqsədi uşaqlara müasir standartlara uyğun, keyfiyyətli və əlçatan tibbi xidmət göstərməkdir. Yeni avadanlıqlarla təminat pediatrik reanimasiya və uşaq cərrahiyyəsi şöbələrimizin imkanlarının genişləndirilməsinə, xüsusilə ağır vəziyyətdə olan yenidoğulmuşların və uşaqların daha effektiv müalicəsinə şərait yaradacaq. Göstərilən dəstəyə görə Koreya səfirliyinə minnətdarlığımızı bildiririk".

Tədbir çərçivəsində avadanlıqlara dair videotəqdimat nümayiş etdirilib, təhvil-təslim aktı imzalanıb və iştirakçılar yeni cihazlarla tanış olublar.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mastopatiya nədir, xərçəngə çevrilirmi? – Onkocərrahdan AÇIQLAMA

Qadınlarda süd vəzilərində ağrı, şişkinlik, həssaslıq, toxumada bərkimə və düyünlərin hiss olunması tez-tez rast gəlinən şikayətlərdəndir. Bu əlamətlər bir çox hallarda mastopatiya ilə əlaqələndirilir. Lakin süd vəzisində yaranan hər bir dəyişiklik eyni səbəbdən meydana gəlmir. Mastopatiya müxtəlif xoşxassəli dəyişiklikləri əhatə edən ümumi anlayışdır və onun mövcudluğu avtomatik olaraq xərçəng xəstəliyi demək deyil. Bununla belə, süd vəzisində yeni yaranan hər hansı düyünü və ya dəyişikliyi müayinə aparılmadan mastopatiya hesab etmək düzgün yanaşma deyil.Onkocərrah Murad Məmmədov Citypost.az-a açıqlamasında bildirib ki, mastopatiya süd vəzilərinin toxumasında baş verən xoşxassəli dəyişiklikləri ifadə edir. Bu dəyişikliklər hormonal təsirlərlə, xüsusilə estrogen və progesteron hormonlarının səviyyəsindəki dalğalanmalarla əlaqəli...

26 Noyabr 2026, 11:40

Zob ağrı verirmi?–Endokrinoloqdan AÇIQLAMA

Qalxanabənzər vəz orqanizmdə maddələr mübadiləsinin tənzimlənməsində, enerji balansının qorunmasında və bir çox orqan sistemlərinin normal fəaliyyətində mühüm rol oynayır. Bu vəzlə bağlı yaranan problemlər bəzən uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. Xüsusilə zob xəstəliyi olan insanlar boyun nahiyəsində ağrı hiss etmədikləri üçün problemin təhlükəli olmadığını düşünə bilərlər. Halbuki qalxanabənzər vəzin böyüməsi müəyyən hallarda boğazda sıxılma, səsdə dəyişiklik, udqunma çətinliyi və öskürək kimi şikayətlərə səbəb ola bilər. Digər tərəfdən, Haşimoto tireoiditi diaqnozu qoyulan qadınlar arasında hamiləliklə bağlı da müəyyən narahatlıqlar mövcuddur. Belə qadınların ana olması mümkündürmü, xəstəlik hamiləliyə və körpənin sağlamlığına necə təsir göstərə bilər?Mövzu ilə bağlı...

26 Noyabr 2026, 10:40

Mədə və qarının yuxarı hissəsindəki ağrılar ürək xəstəliyinin əlaməti ola bilər – KARDİOLOQ DANIŞDI

Mədə nahiyəsində və qarının yuxarı hissəsində hiss edilən ağrılar hər zaman həzm sistemi ilə əlaqəli olmaya bilər. Bəzi hallarda bu cür narahatlıqlar ürək-damar sistemində yaranan problemlərin, xüsusilə də ürəyin arxa divarını əhatə edən qan dövranı pozğunluqlarının əlaməti kimi meydana çıxa bilər. İnsanlar çox vaxt ürək xəstəliyinin əsas əlamətinin sinə nahiyəsində ağrı olduğunu düşünürlər. Lakin ürək-damar problemləri hər kəsdə eyni formada özünü göstərmir. Bəzi şəxslərdə sinədə sıxılma və ağrı əvəzinə mədədə yanma, qarının yuxarı hissəsində təzyiq, köp, həzmsizlik və ya qeyri-müəyyən narahatlıq hissi yarana bilər.Kardioloq Azər Mustafayev Citypost.az-a açıqlamasında bildirib ki, xüsusilə orta yaşdan yuxarı insanlarda əvvəllər müşahidə edilməyən və qəfil...

25 Noyabr 2026, 11:00

İllərlə davam edən köp və həzmsizliyin səbəbi mədədəki bakteriya ola bilər – HƏKİM DANIŞDI

Uzun müddət davam edən köp, qarında şişkinlik, həzmsizlik və yeməkdən sonra yaranan narahatlıq bir çox insanın gündəlik həyatına mənfi təsir göstərən problemlərdəndir. Bəzi pasiyentlər bu şikayətləri adi həzm pozuntusu hesab edərək müxtəlif dərmanlar, xüsusilə həzm fermentləri qəbul etməklə vəziyyəti nəzarətdə saxlamağa çalışırlar. Lakin qəbul edilən preparatlara baxmayaraq, şikayətlər uzun müddət davam edirsə, problemin əsas səbəbini araşdırmaq vacibdir. Çünki bəzən mədədə ciddi dəyişikliklər olsa da, xəstə heç bir ağrı hiss etməyə və özündə ciddi narahatlıq müşahidə etməyə bilər. Belə hallarda səbəblərdən biri də mədə mikrobu kimi tanınan Helicobacter pylori infeksiyası ola bilər.Daxili xəstəliklər üzrə mütəxəssis Gülçin Quluzadə Citypost.az-a açıqlamasında bildirib ki,...

25 Noyabr 2026, 10:00

Gənclərdə unutqanlığın ən çox rast gəlinən 5 səbəbi – NEVROLOQ DANIŞDI

Unutqanlıq yalnız yaşlı insanlara xas problem deyil. Son illərdə gənclər arasında da yaddaş zəifliyi, diqqət dağınıqlığı və gündəlik məlumatları xatırlamaqda çətinlik kimi şikayətlərə tez-tez rast gəlinir. Bəzən insan gün ərzində gördüyü işləri, müəyyən görüşləri, vacib tarixləri və ya yeni öyrəndiyi məlumatları unudur. Bu hal əksər vaxtlarda gündəlik həyat tərzi, yuxu rejiminin pozulması, stress və qidalanma vərdişləri ilə əlaqəli olsa da, bəzi hallarda daha ciddi sağlamlıq problemlərinin əlaməti də ola bilər. Xüsusilə unutqanlığın davamlı xarakter alması, getdikcə artması və gündəlik fəaliyyətə mane olması diqqətdən kənarda qalmamalıdır.Nevroloq Minarə Çərkəzzadə Citypost.az-a açıqlamasında bildirib ki, gənclərdə unutqanlığın yaranmasının bir neçə geniş yayılmış səbəbi var....

25 Noyabr 2026, 09:00

60 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ

60 yaşdan sonra orqanizmdə əzələ kütləsinin azalması, sümük sıxlığının zəifləməsi və maddələr mübadiləsinin yavaşlaması kimi dəyişikliklər baş verir. Mütəxəssislər bu proseslərin təsirini azaltmaq üçün gündəlik fiziki aktivliyin vacibliyini vurğulayır. Bununla yanaşı, bəzi sadə güc məşqlərinin yaşlı insanlar üçün adi gəzintidən daha çox fayda verə biləcəyi bildirilir.Citypost.az Ajans.az-a istinadən xəbər verir ki, bu barədə “elEconomista” nəşri məlumat yayıb.Məşqçi Alvaro Puçe hesab edir ki, gəzinti ürək sağlamlığının qorunması, çəkiyə nəzarət və stressin azaldılması baxımından faydalıdır. Lakin onun sözlərinə görə, yaşlı insanların fiziki gücünü və funksional imkanlarını qoruması üçün əlavə məşqlərə də ehtiyac var.Mütəxəssis cəmi 3-4 dəqiqə ərzində yerinə yetirilə bilən dörd hərəkət...

24 Noyabr 2026, 13:19