Bizə yazın

Baku

-°C

USD

-

"Ronaldinyonun gəlişi 10 min turistin Azərbaycana gəlişi deməkdir"

Müsahibələr 14 Noyabr 2024, 14:52

6711

Dünya futbolunun canlı əfsanəsi Ronaldinyo Qauşonun COP29-la əlaqədar Bakıya gəlişi çoxları tərəfindən müsbət qarşılansa da, müzakirəsiz ötüşməyib. Belə ki, sosial şəbəkələrdə məsələyə fərqli aspektdən yanaşanlar futbolçunun gəlişi üçün xeyli vəsait xərcləndiyini, ona ayrılan pulun sosial sahəyə yönəltmək lazım olduğunu bildiriblər.  

Milli Məclisin deputat Fazil Mustafa isə Pravda.az-a açıqlamasında deyib ki, bu, insanların mahiyyətcə nə istədiklərini özlərinin də müəyyənləşdirə bilməmələrindən qaynaqlanır. 

“Təbii ki, sosial vəziyyəti ağır, narazı, problemləri olan insanlar bütün sahələrdə belə çağırışlar edirlər. Hətta Ermənistanla müharibə apardığımız dövrdə silah alınanda da kimlərsə deyirdi ki, silaha xərclədiyiniz pulu sosial müadifəyə verərdiniz, yaxud hərəyə 100 manat pul paylayardınız. Məsələyə ümumilikdə dövlət, millət, vətənin təhlükəsizliyi kontekstindən baxılmır. İndi də Ronaldinyonun COP29-a gəlişinə baxış belədir. Dövlətin ümumi maraqları baxımından yanaşılmır. Onlar üçün dövlət ancaq pul paylamaq, ya da vətəndaşın problemlərini həll etmək üçün bir vasitədir. Bizim kimi kiçik dövlətlər həm də beynəlxalq səviyyədə təhlükəsizliyini təmin etmədən öz vətəndaşına yönəlik bütün öhdəlikləri yerinə yetirmək imkanına sahib olmur. Bir çox hallarda  dünyada dövlətlər terrorizmlə mübarizəyə də pul xərcləməlidir, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında humanitar fəaliyyətdə iştirak edən dövlət kimi hansısa ölkələrə donor olaraq dəstək də verməlidir. Zəlzələ olubsa, humanitar aksiya varsa, bu aksiyada da iştirak etməlidir. Onda hansısa təbii fəlakət nəticəsində qardaş, yaxın ölkələrə yardım əli uzadırıqsa, ərzaq yardımı göstəririksə, həmin insanlar deməlidirlər ki, o yardımı da bizə paylayın? Yəni bu, məntiqlə anlaşılan deyil. İndi dünya şöhrətli bir futbolçunun ölkəyə gəlişi ilə onu təqib edən insanların ölkə haqqında təsəvvürləri formalaşır, ölkəyə gəlmək istəkləri yaranır. Bu, turizm potensialının inkişafı baxımından olduqca vacibdir. Dünyada turizmə milyonlarla pul xərclənir. Hansısa beynəlxlaq kanalda, təbii ki, pul verib reklam yerləşdirirsən. Onda deyilməlidir ki, reklama pul verincə o pulu bizə xərcləyin, sosial təminatımızı həyata keçirin? Dövlət bunu da etməlidir. Sosial müdafiə ilə bağlı xərclər ilbəil artırılır. Müəyyən çatışmazlıqlar da var, yetərli deyil. Bununla belə, dövlətin öz imicini düşünərək addımlar atmasını sağlam düşüncəli vətəndaş heç vaxt qınaqla qarşılamaz. Bu, olduqca önəmlidir. Biz həm Rusiya ilə normal münasibət saxlayırıq, həm də Ukraynaya humanitar yardım edirik. Kimsə deyə bilər ki, Rusiya ilə münasibəti kəsin, ancaq Ukraynaya yardım edin. Dövlətin taleyini bu rəylə çözmək olmaz. Dövlət öz işinə baxmalıdır. İmici, təbliğatı üçün faydalı olan nə varsa, onu hər zaman gündəmdə saxlamalıdır. Belə məsələlərdə elə addımlar atmalıyıq ki, xüsusi olaraq qaralama kampaniyasını həyata keçirənlərin niyyəti baş tutmasın. Bilirəm ki, çox adam sevinir ki, sosial şəbəkədə COP29-u boykot etdi. Bəlkə, elə bilirlər ki, COP29-u boykot etmək kimlərinsə azadlığa çıxmasının bir əsası olacaq? Boykot edənin öz marağı var. Məsələn, Norveç neft ölkəsi kimi rəqabət halındadır. Azərbaycanın boykot olunması onun üçün faydalıdır. Fransanın da erməni marağı var, buna görə də boykot etməlidir ki, ermənilərin arzuladıqları auranı yarada bilsin. Ermənistan COP29-a gəlmədi. Bunun səbəbi sonradan aydın olar. Ermənistan istəmir ki, Azərbaycan iqlim dəyişikləri ilə bağlı dünya səviyyəli tədbirə ev sahibliyi etsin. Axı bu həm də Azərbaycanın nüfuzudur. BMT-nin baş katibi gəlib Azərbaycanda çıxış edir. Dünyanın əksər ölkələrinin dövlət başçıları, hökumət nümayəndələri Bakıda mövqe sərgiləyirlər. Bunun Ermənistana nə faydası ola bilər? Əksinə, Ermənistan üçün bu, dövlət olaraq Azərbaycanda avantajı itirmək deməkdir”, - o bildirib. 

F.Mustafa deyib ki, Azərbaycan cəmiyyətində Ermənistanın düşündüyü kimi düşünən bir kəsim var: “Düşünürlər ki, ölkənin imicinə, reytinqinə - heç nəyə ehtiyac yoxdur. Ancaq deyirlər, “yol bağlıdır, mən gedə bilmirəm...” Başa düşürük, yolun açıq olmasını hamı istəyir. Axı iki-üç günlük çətinlikdir. Müharibə olub, hamımız müharibənin qürurunu yaşayırıq. Müharibənin acısını yaşayan 2-3 min ailə var. Övladı qazi, şəhid olmuş ailə. Baxsan, bunu deyənlər heç şəhidə diqqət yetirmir, acısını yaşamır, ancaq qarınlarını düşünürlər. Onda necə edək? Vətəni azad etmək ancaq şəhidin borcudur? Yüzlərlə adam övladını hərbi əməliyyatdan gizlətdi. Müəyyən adamlar tamamilə kənara çəkildi. Yüzlərlə iş adamı isə ərzaq, əsgərə paltar daşıdı. Mühakiməni daha çox kimin üzərində qurmalıyıq? Bu Vətənin, dövlətin mahiyyətini anlayanlar üzərində. Anlamayana onsuz da yükdür. Ağzını açıb deyir ki, mədəmi doldur. Heç bir fədəkarlıq etmirəm, fayda vermirəm, iş görmürəm, amma məni yaşatmalısan, bu, dövlət olaraq borcundur. Bu sanki 6-7 uşaq doğub, amma sabah bu uşaqları necə yaşadacaqları barədə düşünməyən bir ailə modelinə bənzəyir. Sonra da hamısı deyir ki, bu uşaqları yaşatmalısan. Birinci növbədə özünü qabiliyyətinə görə işlə təmin etməli, fədəkarlıq göstərməlisən ki, sabah ailəni ayaqda tuta biləsən. Hər bir işin məsuliyyət tərəfi var. Təəssüf ki, bizdə məsuliyyət tərəfi düşünülmədiyinə görə insanlar deyirlər, “Ronaldinyo gəlib”. Nə olsun? Bir Ronaldinyonun gəlişi gələcəkdə 10 min turistin Azərbaycana gəlişi deməkdir. Bu isə Azərbaycan büdcəsinə vəsait daxil olması, Azərbaycanın reklamı deməkdir. Hər şey dolayı yolla bir-biri ilə əlaqəlidir. Məsələn, bir Məsud Özilin gəlişi Azərbaycanda uşaqlarda futbolla bağlı böyük motivasiya yaratdı. Təbii ki, özümüzdə bunu əngəlləyən, inkişaf etməyə qoymayan amillər, yerində olmayan adamların idarəçiliyi var. Bu heç. Axı biz çalışmalıyıq ki, Azərbaycan insanı stimullaşdırıcı variantların hamısından istifadə edə bilsin, dövlətin də maraqlarını unutmasın”. 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Amnistiya aktı siyasi konsensusa xidmət edəcək - Komitə sədri 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət,...

15 Dekabr 2025, 20:58

Ramiz Mehdiyev iki nazirdən çəkinirdi - Keçmiş nazirlə MÜSAHİBƏ 

Əvəz Ələkbərov: "Vəzifədən getməyimə əsas səbəbkar Eldar Mahmudov olub" "Qapımda növbədə duran adamlar mən işdən çıxandan sonra gizləndilər"Professor Əvəz Ələkbərov Azərbaycanın müasir iqtisadi idarəetmə sisteminin formalaşmasında mühüm rolu olan tanınmış iqtisadçı, dövlət və ictimai-siyasi xadimdir. O həm akademik mühitdə, həm də dövlət strukturlarında fəaliyyəti ilə ölkədə maliyyə siyasətinin institusional əsaslarının qurulmasına töhfə verib. 7 il maliyyə naziri vəzifəsini icra etmiş Əvəz Ələkbərov hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və audit kafedrasının müdiri vəzifəsində çalışır. Keçmiş maliyyə naziri Əvəz Ələkbərovun Azərbaycan iqtisadiyyatında müzakirə olunan əsas məsələlər, eləcə də onun nazir və müəllim kimi fəaliyyəti, ailəsi, övladları və Ramiz Mehdiyevlə bağlı bir sıra məqamlar...

13 Dekabr 2025, 13:01

Prezident İlham Əliyev: Qazaxıstanın Azərbaycan ilə münasibətləri qardaşlıq və etimad nümunəsidir - MÜSAHİBƏ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib.CityPost.az müsahibəni təqdim edir.-Hörmətli cənab Prezident, ən yaxın vaxtda Sizin Qazaxıstan Respublikasına dövlət səfəriniz gözlənilir. Azərbaycan ilə Qazaxıstan arasında siyasi münasibətlərin hazırkı səviyyəsini necə xarakterizə edərdiniz və qarşıdakı səfərdən gözləntiləriniz nədən ibarətdir?-Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk...

18 Oktyabr 2025, 12:19

Qusman İlham Əliyevdən nə soruşmuşdu? - Video 

Məlum olduğu kimi, ötən gün Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. 75 yaşlı Qusman Rusiyanın Baş naziri Mixail Mişustinin imzaladığı sərəncamla 30 ilə yaxındır işlədiyi TASS-dan çıxarılıb. CityPost.az  xəbər verir ki, bu məqamda diqqət yenidən ötən həftə Xankəndi şəhərində keçirilən Qlobal Media Forumuna yönəlib. Belə ki, sözügedən Forumda TASS-ın vəzifəli şəxsi Azərbaycan Prezidenti İlham Əliyevə sual ünvanlayaraq onun yürütdüyü siyasətini yüksək qiymətləndirmişdi.Həmin sualı və dövlət başçısının cavabını təqdim edirik:Mixail Qusman: Hörmətli İlham Heydər oğlu, hər vaxtınız xeyir. Sizi salamlamaq istəyirəm. Təşəkkür edirəm ki, bu gün biz Xankəndidəyik. Forum Şuşa adlansa da, mən qırx il əvvəl sonuncu dəfə...

25 İyul 2025, 11:00

“5 min manat maaşla necə pul yığıb maşın alım?” 

“Mənim heç vaxt maşınım olmayıb, heç indi də yoxdur. Hər yerə idarənin maşını ilə gedirdim. İndi də Milli Məclisə gedəndə 18 nömrəli avtobusla gedirəm, qayıdanda piyada metroya düşürəm”.Citypost.az  xəbər verir ki, bunu Modern.az-a müsahibəsində Milli Məclisin deputatı Səyyad Salahlı bildirib.S.Salahlı qeyd edib ki, bəzən tədbirlərə köməkçisinin maşını ilə gedir:“Mən kiməsə buna görə müraciət edə bilmərəm. Gedib kiməsə deyim, o da bir vəzifəli şəxsə nəsə desin. Lazım deyil belə şeylər. Kimdənsə asılı olmaq mənlik deyil.Mən Dini Komitədə işlədiyim müddətdə xidməti maşından istifadə etmişəm, başqa heç nə. Deyirsiniz ki, deputatsan. Lap tutaq ki, 5 min manat maaş alıram. Mənim də qayğılarım var,...

18 May 2025, 10:44

 Saleh Səmədov:  "Zonamızda Xüsusi Nümayəndəliyin yaradılması gözlənilir"

İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov Mia.az Xəbər Portalına maraqlı müsahibə verib.        Saleh Səmədov: "Məni həmişə yalnız bir prinsip düşündürür..." - "Zonamızda Xüsusi Nümayəndəliyin yaradılması gözlənilir"        Həmin müsahibəni oxuculara təqdim edirik.        Saleh müəllim, Sizin çoxşaxəli fəaliyyətiniz İmişli rayayonunda çox yüksək qiymətləndirilir. Rayonda böyük nüfuz, hörmət qazanmısınız. Siz özünüz necə, İmişli Rayon Ağsaqqallar Şurasının sədri olduğunuz bir il ərzindəki fəaliyyətinizi qənaətbəxş hesab edirsinizmi?          Sualınıza görə təşəkkür edirəm. Mənim necə fəaliyyət göstərməyimin ən yaxşısını, obyektiv cavabı rayon əhalisi, o cümlədən istər kəndlərdə, istərsə də rayon mərkəzində yaşayanlar daha...

16 Aprel 2025, 17:24