Bizə yazın

Baku

-°C

USD

-

Bakıda bu MTK yaşıllıqları məhv etdi, cərimələndi

Cəmiyyət 25 Oktyabr 2024, 15:34

358

"Hüseynoglu Residence" MTK yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyi pozduğu üçün cərimələnib.

Citypost.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.4 (Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş ASC ilə bağlı müraciətə baxılıb.

Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. Amma cərimənin məbləği açıqlanmayıb.

Qeyd edək ki, "Hüseynoglu Residence" MTK 2019-cu ildə qeydiyyata alınıb. Qanuni təmsilçisi Fuad Bağış oğlu Məmmədovdur. MTK-nın paytaxtın Binəqədi rayonunda çoxmənzilli yaşayış kompleksi mövcuddur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

17 polis xidmətdən xaric edildi  

Ötən il daxili nəzarət qaydasında aşkarlanmış 118 fakt üzrə 152 daxili işlər orqanının əməkdaşı intizam qaydasında cəzalandırılıb.

14 Mart 2025, 12:42

Daha 24 ailə Ballıcaya yola salındı  

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.

14 Mart 2025, 12:38

Baş nazir Milli Məclisdə hesabat verir  

Hökumət Milli Məclisdə hesabat verir.

14 Mart 2025, 11:30

Azərbaycanda son 4 ayda qızılcaya yoluxma qeydə alınmayıb  

2024-cü ilin noyabr ayından etibarən Azərbaycanda qızılca hadisələri qeydə alınmayıb.

14 Mart 2025, 11:30

BMT-nin İnsan Hüquqları Ali Komissarlığında Ruben Vardanyan işi üzrə Yekun Rəy açıqlanıb

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ali Komissarlığının Əsassız Həbslər üzrə İşçi Qrupu Ruben Vardanyanla bağlı müraciətə uzunmüddətli baxılma nəticələrinə uyğun olaraq Yekun Rəyini rəsmi olaraq dərc edib.BMT İnsan Hüquqları Ali Komissarlığınınyekun rəyiCitypost.az xəbər verir ki, BMT İnsan Hüquqları Ali Komissarlığına müraciətdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən məsuliyyətə cəlb edilmiş R.Vardanyanın guya ifadə etdiyi fikirlərə görə həbs olunduğu, söz azadlığı hüququnun pozulduğu və digər iddialarla bağlı qərar qəbul edilib. Son nəticədə bu iddiaların heç birinin təsdiqini tapmadığı barədə Yekun Rəy yayımlanıb.İttihamların əsaslandırılması və hüquqi prosessual normalarİşçi Qrupunun rəyinə əsasən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən R.Vardanyanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1...

14 Mart 2025, 10:30

Sabah Bakıda iməclik keçiriləcək

Yazın gəlişi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, mart ayının 15-də paytaxtda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək.Bu barədə Citypost.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) )Mətbuat Xidmətindən bildirilib.BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırıb.

14 Mart 2025, 09:49