Bizə yazın

Baku

-°C

USD

-

"Bloomberg": Böyük Britaniya və Fransa 37 ölkəni Ukrayna ilə bağlı koalisiyaya cəlb etməyə çalışır

Dünya 13 Mart 2025, 15:53

197

"Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron istəklilərin koalisiyasının yaradılmasına 37 ölkəni cəlb etmək istəyirlər".

Citypost.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentlik aydınlaşdırır ki, qondarma koalisiya Ukraynada sülhməramlılar yerləşdirməyə və Kiyevə təhlükəsizlik zəmanəti verməyə hazır olan dövlətlər qrupudur.

“Starmer və Makron 37 ölkə ilə sülh razılaşması əldə olunarsa, Ukraynada “istəklilər koalisiyası” yaratmaq üçün müzakirələr aparır”, - "Bloomberg" bildirib.

Agentliyin məlumatına görə, söhbət Avropa, Britaniya Millətlər Birliyi və Asiya ölkələrindən gedir. Mənbələr bildiriblər ki, bəzi NATO üzvü olmayan ölkələr, o cümlədən Yaponiya, Avstraliya və Yeni Zelandiya danışıqlara qoşulub.

Adı açıqlanmayan Britaniya rəsmiləri nəşrə bildiriblər ki, koalisiyaya qoşulmaq istəyən hər bir dövlətdən hansı təhlükəsizlik təminatlarını verməyə hazır olduğu soruşulur. Əgər ölkələrdən biri Ukraynaya sülhməramlılar göndərməkdən imtina edərsə, o zaman onlara öz qüvvələrini Ukrayna ilə qonşu ölkələrdə yerləşdirmək, həmçinin hərbi gəmilər, təyyarələr, tanklar və ya kəşfiyyat məlumatları təqdim etmək təklif olunur.

Nəşr onu da bildirir ki, Starmer martın 15-də Ukraynadakı vəziyyəti müzakirə etmək üçün liderlər səviyyəsində onlayn keçiriləcək ikinci görüş keçirəcək.

Martın 2-də Londonda hərbi koalisiyanın yaradılmasına həsr olunmuş sammit keçirilib. Britaniya baş nazirinin sözlərinə görə, koalisiya münaqişə həll olunandan sonra Ukraynanın təhlükəsizliyini təmin edəcək.
Starmer əmin edib ki, Ukrayna razılaşmasını müdafiə etmək və sülhə zəmanət vermək istəyənlərin koalisiyasının yaradılması üçün hər şey ediləcək. O, həmçinin qeyd edib ki, Avropa ölkələri ABŞ-ın dəstəyi olmadan Kiyevə təhlükəsizlik zəmanəti verə bilməyəcək.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Rusiya NATO kontingentinin Ukraynada olmasına dözməyəcək, bu, Rusiya Federasiyasına qarşı müharibə kimi qiymətləndiriləcək. Lavrov qeyd edib ki, bu məsələdə güzəştə yer yoxdur. Onun sözlərinə görə, Ukraynada guya sülhməramlı qüvvələrlə bağlı müzakirələr açıq düşmənçilik məqsədi ilə aparılır.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sorğu: Zelenski yenidən ukraynalıların populyarlığını qazandı  

"Ukraynada prezident seçkiləri indi keçirilsəydi, Kiyev rejiminin hazırkı rəhbəri Volodimir Zelenski qalib gələrdi".

13 Mart 2025, 18:30

"Ukrayna çətin ki, atəşkəsə razı olsun"-Belarus prezidenti

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, ukraynalılar çətin ki, atəşkəslə razılaşsınlar və Moskvadan imtina gözləyirlər.

13 Mart 2025, 18:18

Kanada Trampın təhdidlərinə baxmayaraq, ABŞ-dan bəzi "HIMARS" almaq istəyir

Kanadanın silahlı qüvvələri ABŞ prezidenti Donald Trampın şimal qonşusunu ABŞ-ın 51-ci ştatı etmək tələblərinə baxmayaraq, ölkə hökumətinə ABŞ-dan bir neçə HIMARS raket buraxılış qurğusu almağı təklif edir.

13 Mart 2025, 18:00

Lukaşenko: "Belarus hələ "Oreşnik"i Rusiyadan almayıb"

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk hələ ki, Rusiyanın "Oreşnik" raket sistemlərini almayıb.

13 Mart 2025, 17:51

Trampın ritorikası milyarderlərin sərvətini "əritdi"

ABŞ prezidenti Donald Trampın ticarət gərginliyini və qeyri-müəyyənlikləri artıran iqtisadi siyasətləri dünyanın ən zəngin insanlarının ilin əvvəlindən bəri dörddə bir trilyon dollar itirməsinə səbəb olub.

13 Mart 2025, 17:42

Araşdırma: Dünyada bir çox insan keyfiyyətli yuxudan məhrumdur

Həm fiziki, həm də ruhi sağlamlıq üçün əvəzolunmaz olan keyfiyyətli yuxu həyatın müxtəlif sahələrində səmərəliliyi artırsa da, dünyada bir çox insan yuxu rejimini yaxşılaşdırmaqda çətinliklərlə üzləşir.

13 Mart 2025, 17:36