Azərbaycan Prezidenti və Pakistan Baş naziri arasında telefon danışığı olub
Siyasət 30 Mart 2025, 15:24

711
Martın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.
Citypost.az-ın xəbərinə görə, Pakistanın Baş naziri dövlətimizin başçısını və Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev öz növbəsində Məhəmməd Şahbaz Şərifi və Pakistan xalqını bayram münasibətilə təbrik edib, qardaş Pakistana firavanlıq və ruzi-bərəkət arzulayıb.
Pakistanın Baş naziri təbriklərə görə təşəkkürünü bildirib.
Məhəmməd Şahbaz Şərif bu il ölkəmizə dövlət səfərini və Prezident İlham Əliyev ilə apardığı müzakirələri məmnunluqla xatırlayıb, səfər çərçivəsində verilmiş tapşırıqlara uyğun olaraq aidiyyəti dövlət qurumları tərəfindən ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətin davam etdirildiyini qeyd edib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, sərmayələr və digər sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

OPEC-in Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Möhtərəm cənab Prezident.Müqəddəs Ramazan bayramı münasibətilə Sizə və ailənizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.Mənəvi yüksəliş rəmzi olan, sevinc, şükür, səxavət hissi ilə qeyd olunan Ramazan bayramı ailələr, dostlar və daha geniş icmalar arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.Uca Allahdan Sizə və yaxınlarınıza cansağlığı, xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzulayıram.OPEC Katibliyinin bütün kollektivi adından Sizi Ramazan bayramı münasibətilə bir daha təbrik edirəm.Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm"....
02 Aprel 2025, 18:39

Azərbaycan Prezidenti Çinə səfər edəcək
Azərbaycan Prezidenti İlham Əliyev Çinə səfər edəcək.Citypost.az xəbər verir ki, bu barədə “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, ÇKP MK Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançao bildirib.Lyu Cyançao deyib ki, bu ilin aprel ayında baş tutacaq səfər çərçivəsində konkret layihələrlə bağlı qərarlar qəbul ediləcək: "Münasibətlərimizin dərinləşməsi üçün böyük potensial var. Prezident İlham Əliyev bu ilin aprel ayında Çinə səfər edəcək. Bu səfər çərçivəsində daha konkret layihələrlə bağlı qərarlar qəbul edəcəyik”....
02 Aprel 2025, 18:36

Prezident İlham Əliyevin adından Almaniya Prezidentinin şərəfinə rəsmi nahar verilib
Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin şərəfinə rəsmi nahar verilib.
02 Aprel 2025, 14:14

Azərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edirlər.
02 Aprel 2025, 12:00

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb.
02 Aprel 2025, 11:00

Almaniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub.Citypost.az-ın xəbərinə görə, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya Federativ Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbenderi qarşılayıb.Fəxri qarovul dəstəsinin rəisi Almaniya Federativ Respublikasının Prezidentinə raport verib.Almaniya Federativ Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin qarşısından keçib.Dövlət başçıları rəsmi foto çəkdiriblər....
02 Aprel 2025, 10:30