Bizə yazın

Baku

-°C

USD

-

Ceyhun Bayramov və Kaya Kallas arasında geniş tərkibdə görüş keçirilib - YENİLƏNDİ  

Siyasət 25 Aprel 2025, 13:15

941

Xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında geniş tərkibdə görüş keçirilib.

CityPost.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, müzakirələr zamanı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və perspektivləri, o cümlədən enerji, ticarət, nəqliyyat və yaşıl keçid sahələrində əməkdaşlıq məsələləri, həmçinin Azərbaycanın regional əlaqəlilik və təmiz enerji təchizatına töhfəsi müzakirə olunub.

Görüş zamanı regional təhlükəsizlik məsələləri, o cümlədən münaqişədən sonrakı vəziyyət də diqqət mərkəzində olub.

Nazir Ceyhun Bayramov Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması üçün Ermənistanın konstitusiyasına düzəliş edilməsinin sülh sazişinin imzalanması üçün ilkin şərt olduğunu və bunun ölkəmizin uzunmüddətli və prinsipial mövqeyi olduğunu bir daha vurğulayıb.

12:51

Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qarşılayıb.

CityPost.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Məlumatda bildirilib ki, Ceyhun Bayramov və Kaya Kallas arasında təkbətək görüş başlayıb.

Ceyhun Bayramov təkbətək görüş barədə paylaşımında bildirib ki, Azərbaycan-Avropa İttifaqı ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələləri gündəmin əsas mövzusudur.

“Qarşılıqlı maraqlara və anlaşmaya əsaslanan hörmətli, balanslaşdırılmış dialoqun davam etdirilməsi vurğulanıb”, - nazir qeyd edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Pezeşkianın Azərbaycana səfəri başa çatdı

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 28-də başa çatıb.CityPost.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.İran Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər yola saldılar.

28 Aprel 2025, 23:28

Prezident Pezeşkianın Bakı səfərindən görüntülər paylaşdı - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən görüntülər paylaşılıb.CityPost.az həmin paylaşımı təqdim edir: 

28 Aprel 2025, 22:49

Pezeşkian Bibiheybət məscidini ziyarət edib  

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Bibiheybət məscidini ziyarət edib.CityPost.az xəbər verir ki, ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qarşıladılar.İran Prezidentinə Bibiheybət məscidi haqqında məlumat verilərək bildirilib ki, Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsi olan bu məscid XIII əsrdə Mahmud ibn Səd tərəfindən yeddinci imam Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində tikilib. Məhəmməd (s) peyğəmbərin nəslindən olduğuna görə Həkimə xanımın məzarı yerləşən bu məkan məscid tikilməzdən əvvəl də müqəddəs sayılırdı. Məscidin tikilməsi ilə bura insanların ziyarətgahına və ibadətgahına çevrilib.Qeyd olunub ki, məscid keçmiş SSRİ...

28 Aprel 2025, 22:45

Pezeşkian Şəhriyarın şeiri oxudu

İran Prezidenti Məsud Pezeşkian Bakıda şeir deyib.CityPost.az xəbər verir ki, İran Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-İran Biznes forumunda Məhəmmədhüseyn Şəhriyarın şerini söyləyib.

28 Aprel 2025, 20:58

İran şirkətləri Azərbaycana dəvət edildi  

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.CityPost.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda deyib.“Dəmir yolları, avtomobil yolları, kommunikasiya xətləri, elektrik xətləri - bütün bu layihələr bizdə bu gün əsas gündəlikdədir”, - deyə dövlət başçısı qeyd edib. 

28 Aprel 2025, 19:46

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir  

Bu dəqiqələrdə Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir.CityPost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak edirlər.

28 Aprel 2025, 18:56