Bizə yazın

Baku

-°C

USD

-

Xalid Kazımlı: “Öz dövlətinin yanında olanlara niyə trol deyirsiniz?”

Siyasət 10 Noyabr 2026, 08:12

393

Əməkdar jurnalist Xalid Kazımlı Azərbaycan-Türkiyə münasibətlərində son dövrlər yaşanan gərginlik və bu proses ətrafında aparılan müzakirələrlə bağlı sərt mövqeyini açıqlayıb.

Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında etdiyi paylaşımda Azərbaycan dövlətinin və xalqının mövqeyini müdafiə edən şəxslərin “trol” adlandırılmasını tənqid edib.

Xalid Kazımlı bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərindən sonra son 30 gündən artıq müddətdə yaşanan gərginliyin başa çatdığını düşünən bəzi şəxslərin paylaşımlarında hücum edənlə hücuma məruz qalan arasında bərabərlik yaradılır.Əməkdar jurnalistin sözlərinə görə, son bir ay ərzində Azərbaycana qarşı yüzlərlə video paylaşılıb, minlərlə təhqiramiz və ağır ifadələrdən ibarət status dərc edilib. Buna cavab olaraq isə Azərbaycandan yalnız bir qrup jurnalist və ictimai fəal münasibət bildirib.

O, Türkiyədəki bəzi qrupların Azərbaycanın Ankaradakı səfirliyi qarşısında səkkiz anti-Azərbaycan mitinqi keçirdiyini, bununla yanaşı, Azərbaycanın ictimai-siyasi fəallarının oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümü münasibətilə keçirilən mərasimdə iştirak etdiyini xatırladıb.

Xalid Kazımlı hesab edir ki, bütün bunlara baxmayaraq, hadisələrə münasibətdə hər iki tərəfi eyni dərəcədə günahlandırmaq düzgün yanaşma deyil. Jurnalist Türkiyədə Azərbaycana qarşı təhqirlərə yol verənləri qınayanların az olduğunu, Azərbaycanda isə bu hücumlara cavab verənlərin “trol” adlandırıldığını vurğulayıb.

Əməkdar jurnalist prinsipial məsələlərdə aydın mövqe sərgiləməyin, öz xalqının və dövlətinin yanında olmağın qəbahət olmadığını bildirib.

Xalid Kazımlı paylaşımının sonunda Azərbaycana qarşı təxribatçı və təhqiramiz fikirlər səsləndirən şəxslərə təmkinlə cavab verənləri dəstəkləyib:“O gərgin günlərdə bizi “sionizm”də, “islam düşməni” olmaqda suçlayan minlərlə gerçək trolun və araqarışdıran təxribatçıların statusunun altına ağıllı, təmkinli cavablar yazan, axırda çarəsiz halda “Allah sizə lənət eləsin” qeydi edən “trol qardaşlar”a eşq olsun”.

Əli

Problemlərinizi bizə bildirin

077 323 55 66

N.Sabirqızı: Bəziləri Türkiyəni Rusiya və İranla səhv salıb

Jurnalist Nigar Sabirqızı Azərbaycan-Türkiyə münasibətlərində yaranmış gərginlik və bu proses ətrafında səsləndirilən fikirlərlə bağlı sərt mövqeyini açıqlayıb.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında etdiyi paylaşımda Azərbaycan cəmiyyətində Türkiyəyə münasibətin Rusiya və İrana münasibətdən fərqli olduğunu vurğulayıb.Nigar Sabirqızı bildirib ki, Azərbaycan indiyədək Rusiya və İranla ciddi gərginliklər yaşasa da, bu hadisələr cəmiyyətdə Türkiyə ilə münasibətlərdə yaranan vəziyyət qədər narahatlıq doğurmayıb. Bunun əsas səbəbi isə Türkiyənin Azərbaycan xalqı üçün xüsusi yerə malik olmasıdır.Jurnalistin sözlərinə görə, Moskva və Tehranla münasibətlər kəskinləşəndə Bakıdan səsləndirilən sərt bəyanatlar cəmiyyətdə birmənalı qarşılanırdı. Türkiyə ilə bağlı yaranan vəziyyət isə hər iki ölkədə insanları narahat edirdi.O qeyd edib...

10 Noyabr 2026, 08:06

Aydın Quliyev: “Trampın İranı yenidən vurması ehtimalı var”

“Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev ABŞ Prezidenti Donald Trampın İranla bağlı mümkün hərbi qərarları barədə fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Aydın Quliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Politoloq hesab edir ki, Donald Tramp İranla bağlı yenidən hərbi əməliyyatlara başlaya bilər. O, belə bir ehtimalı Trampın müharibə kimi ciddi qərarları emosional reaksiyalar əsasında verməsi ilə əlaqələndirib.Aydın Quliyev xatırladıb ki, onun iddiasına görə, iyulun 7-də Ankarada keçirilən NATO sammitindən sonra, ertəsi gün Tramp İrana zərbə endirmək barədə əmr verib. Halbuki bundan əvvəl Xomeyninin dəfn mərasimi ilə əlaqədar bir həftəlik atəşkəs elan edilmişdi.Politoloqun fikrincə, dəfn mərasimində səsləndirilən “Trampa ölüm” şüarları...

10 Noyabr 2026, 02:35

Elçin Rüstəmli: Azərbaycan-Türkiyə müttəfiqliyi cəmiyyətin bütün təbəqələrini əhatə edir

Jurnalist və siyasi şərhçi Elçin Rüstəmli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin cəmiyyətdə yaratdığı rezonansa münasibət bildirib.Citypost.az xəbər verir ki, Elçin Rüstəmli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Siyasi şərhçi qeyd edib ki, ilk dəfədir Türkiyə Prezidentinin Azərbaycana səfəri bu qədər böyük ictimai maraq doğurur. Onun sözlərinə görə, səfərlə bağlı çıxışlar və videolar milyonlarla baxış toplayır.Elçin Rüstəmli vurğulayıb ki, Azərbaycan-Türkiyə müttəfiqliyi cəmiyyətin bütün təbəqələrini əhatə edir və insanları birləşdirən mühüm amildir.Jurnalistin fikrincə, son dövrlər iki ölkə arasında münasibətlərlə bağlı cəmiyyətdə ciddi narahatlıq yaranmışdı və Ərdoğanın Azərbaycana səfəri bu narahatlığın aradan qalxmasına töhfə verə bilər.Turan...

10 Noyabr 2026, 02:04

Rəsmi Bakı Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in yaydığı bəyanatda bildirilib."Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Qardaş Türkiyə dövlətinə və xalqına bu faciə ilə əlaqədar dərin hüznlə başsağlığı veririk", -deyə bəyanatda vurğulanıb.Xatırladaq ki, bu gün Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayış baş verib....

09 Noyabr 2026, 20:51

İlham Əliyevə görün kim ZƏNG ETDİ

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib.Citypost.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında paylaşım edilib."Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirmişdir.Telefon danışığı əsnasında Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu bir daha qeyd olunmuşdur".

09 Noyabr 2026, 15:02

Z.Şükürov: Üçrəngli bayraq milli dövlətçilik ənənələrimizin bərpasının rəmzidir

Azərbaycan xalqının milli dövlətçilik tarixinin və müstəqillik ideallarının ən müqəddəs rəmzlərindən olan üçrəngli Dövlət Bayrağımızın yenidən dövlət atributu kimi qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin tarixi uzaqgörənliyi, sarsılmaz qətiyyəti və milli dövlətçilik ənənələrinin bərpası istiqamətindəki misilsiz xidmətləri ilə bağlıdır.Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Citypost.az-a açıqlamasında bildirib.Zaur Şükürov xatırladıb ki, 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin tarixi sessiyasında Azərbaycan dövlətçiliyinin bərpası yolunda müstəsna əhəmiyyət daşıyan qərarlar qəbul edilərək, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq olundu və Muxtar Respublikanın adından “Sovet Sosialist”...

09 Noyabr 2026, 11:59