Bizə yazın

Baku

-°C

USD

-

Z.Şükürov: Üçrəngli bayraq milli dövlətçilik ənənələrimizin bərpasının rəmzidir

Siyasət 09 Noyabr 2026, 11:59

443

Azərbaycan xalqının milli dövlətçilik tarixinin və müstəqillik ideallarının ən müqəddəs rəmzlərindən olan üçrəngli Dövlət Bayrağımızın yenidən dövlət atributu kimi qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin tarixi uzaqgörənliyi, sarsılmaz qətiyyəti və milli dövlətçilik ənənələrinin bərpası istiqamətindəki misilsiz xidmətləri ilə bağlıdır.

Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Citypost.az-a açıqlamasında bildirib.

Zaur Şükürov xatırladıb ki, 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin tarixi sessiyasında Azərbaycan dövlətçiliyinin bərpası yolunda müstəsna əhəmiyyət daşıyan qərarlar qəbul edilərək, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq olundu və Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı.Həmin dövrün mürəkkəb siyasi şəraitini nəzərə aldıqda, Sovet hakimiyyətinin hələ mövcud olduğu bir zamanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən bu qərarların nə qədər böyük siyasi iradə, uzaqgörənlik və cəsarət tələb etdiyini daha aydın görmək mümkündür; məhz Azərbaycanın gələcək dövlət müstəqilliyinə aparan yolun mühüm mərhələlərindən birinə çevrilən həmin tarixi hadisəni Ümummilli Lider belə xarakterizə edirdi: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq.”

Zaur Şükürovun sözlərinə görə, Naxçıvan Ali Məclisinin tarixi qərarı Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpası və inkişafı istiqamətində mühüm mərhələ olmaqla yanaşı, ölkəmizin müstəqilliyə aparan yolunda müstəsna siyasi əhəmiyyət kəsb etdi. Ali Məclis bununla kifayətlənməyərək, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli Bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırdı. Bu tarixi təşəbbüsün davamı olaraq, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti «Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında» Qanunu qəbul edərək üçrəngli Bayrağımızı yenidən dövlət bayrağı elan etdi. Ulu Öndər Heydər Əliyev sonralar bu qərarların Azərbaycanın siyasi və dövlətçilik tarixindəki müstəsna rolunu xüsusi vurğulayaraq qeyd edirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar bütövlükdə Azərbaycanın siyasi həyatına ciddi təsir göstərmişdir. Ulu Öndərin dediyi kimi: “Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı.” Bu hadisə Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyətə malikdir. 

Millət vəkili əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti və tarixi iradəsi sayəsində üçrəngli Dövlət Bayrağımız yenidən ucaldılaraq xalqımızın milli yaddaşı, azadlıq idealları və Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlətçilik irsi ilə mənəvi-siyasi bağlılığının bərpasına güclü təkan verdi. Bu gün müstəqil Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş əzəli torpaqlarımızda qürurla dalğalanan üçrəngli Bayrağımız xalqımızın azadlıq əzminin, milli birliyinin, suverenliyinin və müstəqil dövlətçilik iradəsinin təcəssümüdür. Bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul edilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz tarixi xidmətləri Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.

Z. Şükürov sonda qeyd edib ki, Fəxr edirik və xoşbəxt xalqıq ki, Prezident  İlham Əliyevin mükəmməl sərkərdəliyi, liderliyi, Silahlı Qüvvələrimizin qeyri-adi şücaəti, şəhidlərimizin, qazilərimizin misilsiz qəhrəmanlığı sayəsində əldə olunmuş tarixi Zəfərlə torpaqlarımızın işğaldan azad olunmasından, suverenliyimizin, ərazi bütövlüyümüzün təmin edilməsindən sonra müqəddəs üçrəngli bayrağımız bütün ərazilərimizdə qürurla və əzəmətlə dalğalanır.Müstəqllliyimiz əbədi olsun, şanlı Dövlət Bayrağımız daim uca zirvələrdə dalğalansın!

 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Pərvanə Vəliyeva: Üçrəngli bayrağımız xalqımızın azadlıq mübarizəsinin rəmzidir

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuzu və gələcəyə olan inamımızı ifadə edir.Azərbaycan Bayrağı sadəcə dövlət atributu deyil. O, xalqımızın əsrlər boyu qoruyub saxladığı milli kimliyinin, tarixi yaddaşının, müstəqil yaşamaq iradəsinin və dövlətçilik məfkurəsinin ifadəsidir. Bu bayraq altında Azərbaycan xalqı öz müstəqil dövlətini qurmuş, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış, tarixi nailiyyətlərə imza atmışdır.Azərbaycanın üçrəngli Dövlət Bayrağının tarixi XX əsrin əvvəllərində, xalqımızın milli oyanış və istiqlal mübarizəsinin geniş vüsət aldığı dövrə...

09 Noyabr 2026, 11:31

Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib.Citypost.az xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib.Azerbaycanlı kardeşlerimizin 9 Kasım Devlet Bayrak Günü kutlu olsun! https://t.co/fS9LXxjpUr— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) November 9, 2026

09 Noyabr 2026, 10:20

Zaur Əliyev: “Bu iki bayraq hər zaman bir yerdə olacaq”  

Tarixçi alim Zaur Əliyev Zəfər Günü münasibətilə Azərbaycan və Türkiyə bayraqlarının ölkənin müxtəlif yerlərində yanaşı dalğalanmasına münasibət bildirib.Citypost.az xəbər verir ki, alim bu barədə Facebook hesabında paylaşım edib.Zaur Əliyev qeyd edib ki, Zəfər Günü Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən yaşadığı məhəllədə Azərbaycan və Türkiyə bayraqları yanaşı asılıb. O vurğulayıb ki, kimlərin nə deməsindən asılı olmayaraq, bu iki bayraq hər zaman bir yerdə olacaq.Tarixçi alim sosial şəbəkələrdə Azərbaycan-Türkiyə münasibətlərinə qarşı mənfi mövqe sərgiləyən şəxslərin fikirlərinə əhəmiyyət vermədiyini bildirib. Onun sözlərinə görə, iki ölkə arasındakı qardaşlıq siyasi proseslərdən və ayrı-ayrı şəxslərin mövqeyindən daha üstündür.Zaur Əliyev siyasətçilərin gəlib-getdiyini, lakin Azərbaycan və Türkiyə bayraqlarının...

09 Noyabr 2026, 08:43

Asif Nərimanlı: “Türkiyə-Azərbaycan qardaşlığını sarsıtmaq istəyənlər arzularına çatmayacaq”

Politoloq Asif Nərimanlı Azərbaycan və Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinə qarşı yönələn cəhdlərlə bağlı diqqətçəkən açıqlama ilə çıxış edib.Citypost.az xəbər verir ki, politoloq sosial şəbəkə hesabında etdiyi paylaşımda Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı verdiyi mesajları şərh edib.Asif Nərimanlının sözlərinə görə, Prezident İlham Əliyevin mesajı olduqca aydındır: Türkiyə-Azərbaycan qardaşlığını sarsıtmağa çalışanlar heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər. O bildirib ki, heç kimə iki ölkə arasına nifaq salmağa, şəxsi maraqları naminə qardaşlığa və birliyə kölgə salmağa imkan verilməyəcək.Politoloq xüsusilə mesajda yer alan “şəxsi maraqları naminə” ifadəsinə diqqət çəkib. Onun fikrincə, bu detal Türkiyədə müəyyən qrupların Azərbaycana qarşı informasiya hücumları...

09 Noyabr 2026, 08:33

Səməd Hətəmov: Türkiyə-Azərbaycan qardaşlığı sarsılmazdır

İctimai-siyasi xadim və radio aparıcısı Səməd Hətəmov Türkiyə ilə Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətlərinə dair paylaşım edib.Citypost.az xəbər verir ki, Səməd Hətəmov sosial şəbəkə hesabında yayımladığı açıqlamada iki qardaş dövlət arasında nifaq və təfriqə yaratmağa çalışan qüvvələrin cəhdlərinin nəticəsiz qaldığını bildirib.O qeyd edib ki, Türkiyə-Azərbaycan qardaşlığını pozmağa çalışan bəzi şəxslər bütün cəhdlərinə baxmayaraq məqsədlərinə nail ola bilməyiblər.Səməd Hətəmov bu qardaşlığın tarixi köklərə söykəndiyini və sarsılmaz olduğunu vurğulayıb:“Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! O tərəfdə, bu tərəfdə olan bəzi qulbeçələr az öncə iki qardaş dövlət arasında nifaq, təfriqə salmaq üçün dəridən-qabıqdan çıxdılar, bütün "bacarıqlarını" işə saldılar. Ancaq bir şeyə nail ola bilmədilər. Çünki...

09 Noyabr 2026, 08:21

Kənan Rövşənoğlu: “Tramp əsl siyasəti qarşıdakı iki ildə görəcək”

Jurnalist Kənan Rövşənoğlu ABŞ Prezidenti Donald Trampın siyasi fəaliyyəti, idarəçilik üslubu və qarşıdakı dövrdə onu gözləyən siyasi çətinliklərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında etdiyi paylaşımda Trampın ənənəvi siyasətçilərdən fərqli olaraq böyük siyasətə biznes mühitindən gəldiyini vurğulayıb.Kənan Rövşənoğlunun sözlərinə görə, Tramp siyasətin klassik mərhələlərindən keçmədiyi üçün uzun müddət siyasi fəaliyyəti seçkilərdə qazandığı legitimlik və hakimiyyət imkanları çərçivəsində istədiyini həyata keçirmək kimi qəbul edib. O qeyd edib ki, Tramp həm ilk prezidentlik dövründə, həm də ikinci prezidentliyinin ilkin mərhələsində seçicilərdən aldığı dəstək və Konqresdəki respublikaçıların üstünlüyündən istifadə edərək qərarlarını həyata keçirə bilib.Jurnalist hesab edir ki, hazırda vəziyyət...

09 Noyabr 2026, 08:05