Bizə yazın

Baku

-°C

USD

-

Pərvanə Vəliyeva: Üçrəngli bayrağımız xalqımızın azadlıq mübarizəsinin rəmzidir

Siyasət 09 Noyabr 2026, 11:31

275

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuzu və gələcəyə olan inamımızı ifadə edir.Azərbaycan Bayrağı sadəcə dövlət atributu deyil. O, xalqımızın əsrlər boyu qoruyub saxladığı milli kimliyinin, tarixi yaddaşının, müstəqil yaşamaq iradəsinin və dövlətçilik məfkurəsinin ifadəsidir. Bu bayraq altında Azərbaycan xalqı öz müstəqil dövlətini qurmuş, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış, tarixi nailiyyətlərə imza atmışdır.

Azərbaycanın üçrəngli Dövlət Bayrağının tarixi XX əsrin əvvəllərində, xalqımızın milli oyanış və istiqlal mübarizəsinin geniş vüsət aldığı dövrə təsadüf edir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız Şərqdə ilk demokratik respublikalardan birini quraraq dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu. Müstəqil dövlətin atributlarının müəyyənləşdirilməsi, milli ideologiyanın formalaşdırılması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi həmin dövrün başlıca vəzifələrindən idi.

1918-ci il iyunun 21-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əvvəlcə qırmızı fonda ağ aypara və səkkizguşəli ulduz təsvirindən ibarət dövlət bayrağı qəbul edildi. 1918-ci il noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin bayraq mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət üçrəngli bayraqla əvəz olundu. Beləliklə, bu tarix Azərbaycan dövlətçilik tarixində xüsusi yer tutdu. Üçrəngli bayraq milli dövlətçiliyimizin, istiqlalımızın və xalqımızın azadlıq arzularının rəmzinə çevrildi.

Üçrəngli bayrağımızın ideoloji mahiyyəti görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin irəli sürdüyü türkçülük, müasirlik və islamçılıq prinsipləri ilə bağlıdır. Bayrağımızda əks olunan mavi rəng – türkçülüyü, yəni Azərbaycan xalqının türk mənşəyini, milli köklərini, tarixi keçmişini, dilini, mədəniyyətini və türk dünyası ilə bağlılığını ifadə edir. Qırmızı rəng – müasirlik və tərəqqini, yəni müasir cəmiyyət qurmaq, demokratik dövlətçilik prinsiplərini inkişaf etdirmək, tərəqqiyə və yeniliyə nail olmaq istəyini təcəssüm etdirir. Yaşıl rəng – islam sivilizasiyasını, yəni xalqımızın İslam sivilizasiyasına mənsubiyyətini, zəngin dini-mənəvi irsini və əsrlər boyu formalaşmış mənəvi dəyərlərini ifadə edir. Bayrağımızın qırmızı zolağında yerləşən ağ aypara və səkkizguşəli ulduz da onun mühüm elementlərindəndir. Bu rəmzlər Azərbaycan dövlətçiliyinin tarixi və milli-mədəni irsi ilə bağlıdır.

Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra üçrəngli bayrağımız uzun illər dövlət atributu kimi istifadə edilmədi. Lakin xalqımızın azadlıq və müstəqillik idealları yaşamaqda davam etdi. Milli istiqlal düşüncəsinin ayrılmaz hissəsinə çevrilən üçrəngli bayrağımız müstəqil dövlət qurmaq arzusunun simvolu olaraq qorunub saxlanıldı.

1990-cı il noyabrın 17-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi. Bu qərar milli dövlətçilik tariximizin bərpası istiqamətində mühüm hadisə idi.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul olunması barədə qərar verdi. Beləliklə, Azərbaycan xalqının milli istiqlal rəmzi yenidən dövlətçilik statusu qazandı. 1991-ci il oktyabrın 18-də qəbul edilən Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Üçrəngli bayrağımız müstəqil Azərbaycanın suverenliyinin və milli iradəsinin əsas rəmzlərindən biri kimi dövlətçilik tariximizdə öz layiqli yerini tutdu. 

Bu tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik ənənələrinin qorunması və bərpası istiqamətindəki fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Onun təşəbbüsü ilə Naxçıvanda üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsi Azərbaycanın gələcək müstəqillik yolunda mühüm siyasi və mənəvi addım oldu.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi dövlətçilik tariximizə, milli rəmzlərimizə və istiqlal irsimizə verilən yüksək qiymətin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilmişdir. Həmin tarixdən etibarən bu əlamətdar gün ölkəmizdə dövlət səviyyəsində qeyd olunur.

Azərbaycan Dövlət Bayrağına göstərilən yüksək ehtiramın bariz nümunələrindən biri Bakıda Dövlət Bayrağı Meydanının yaradılmasıdır. Ölkə Başçısı cənab İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı Sərəncamla paytaxt Bakıda Dövlət Bayrağı Meydanının yaradılması qərara alınmışdır. Bu meydan Azərbaycan xalqının müstəqillik və dövlətçilik rəmzinə olan ehtiramının, milli birliyinin və vətənpərvərlik duyğularının ifadəsinə çevrilmişdir.

Azərbaycan xalqının müasir tarixində Dövlət Bayrağımızın mənəvi və siyasi əhəmiyyəti xüsusilə Vətən müharibəsi və sonrakı tarixi hadisələr zamanı daha aydın şəkildə özünü göstərmişdir. Uzun illər işğal altında qalmış torpaqlarımızın azad edilməsi Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının təntənəsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat isə müharibənin hərbi-siyasi nəticələrini müəyyənləşdirən mühüm hadisələr oldu. 2023-cü il sentyabrın 19–20-də keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası təmin edildi. Bu tarixi hadisələrdən sonra üçrəngli bayrağımız ölkəmizin bütün ərazisində dövlət suverenliyinin rəmzi kimi dalğalanır.

Bu bayraq uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin qəhrəmanlığını, əsgər və zabitlərimizin fədakarlığını özündə yaşadır. Azərbaycan Bayrağı hər bir şəhidimizin yarımçıq qalmış arzularının, hər bir qazimizin mübarizəsinin, hər bir Azərbaycan vətəndaşının Vətənə bağlılığının rəmzidir. Bu gün üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması müstəqil dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün əyani ifadəsidir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı həm də ölkəmizi beynəlxalq aləmdə təmsil edən əsas dövlət atributlarından biridir. Birləşmiş Millətlər Təşkilatında, digər beynəlxalq təşkilatlarda, diplomatik nümayəndəliklərdə, xarici ölkələrdə keçirilən rəsmi tədbirlərdə və beynəlxalq görüşlərdə Azərbaycan bayrağının dalğalanması dövlətimizin müstəqilliyinin və suverenliyinin ifadəsidir. Bundan başqa, Beynəlxalq idman yarışlarında Azərbaycan idmançılarının qazandıqları qələbələr zamanı üçrəngli bayrağımızın yüksəldilməsi hər bir vətəndaş üçün qürur mənbəyidir. İdmançılarımızın, alimlərimizin, mədəniyyət və incəsənət xadimlərimizin beynəlxalq arenada əldə etdikləri uğurlar dövlət bayrağımızın nüfuzunun daha da artmasına töhfə verir.

Azərbaycan bayrağı dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı birləşdirən milli rəmzdir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün bu bayraq Vətənə bağlılığın, milli kimliyin və tarixi yaddaşın ifadəsidir. Dövlət Bayrağına hörmət hər bir vətəndaşın dövlətinə, xalqına, tarixinə və milli dəyərlərinə münasibətinin göstəricisidir.

Bayrağımız daim ucalarda dalğalansın!

Milli Məclisin deputatı

Pərvanə Vəliyeva

Problemlərinizi bizə bildirin

077 323 55 66

Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib.Citypost.az xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib.Azerbaycanlı kardeşlerimizin 9 Kasım Devlet Bayrak Günü kutlu olsun! https://t.co/fS9LXxjpUr— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) November 9, 2026

09 Noyabr 2026, 10:20

Zaur Əliyev: “Bu iki bayraq hər zaman bir yerdə olacaq”  

Tarixçi alim Zaur Əliyev Zəfər Günü münasibətilə Azərbaycan və Türkiyə bayraqlarının ölkənin müxtəlif yerlərində yanaşı dalğalanmasına münasibət bildirib.Citypost.az xəbər verir ki, alim bu barədə Facebook hesabında paylaşım edib.Zaur Əliyev qeyd edib ki, Zəfər Günü Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən yaşadığı məhəllədə Azərbaycan və Türkiyə bayraqları yanaşı asılıb. O vurğulayıb ki, kimlərin nə deməsindən asılı olmayaraq, bu iki bayraq hər zaman bir yerdə olacaq.Tarixçi alim sosial şəbəkələrdə Azərbaycan-Türkiyə münasibətlərinə qarşı mənfi mövqe sərgiləyən şəxslərin fikirlərinə əhəmiyyət vermədiyini bildirib. Onun sözlərinə görə, iki ölkə arasındakı qardaşlıq siyasi proseslərdən və ayrı-ayrı şəxslərin mövqeyindən daha üstündür.Zaur Əliyev siyasətçilərin gəlib-getdiyini, lakin Azərbaycan və Türkiyə bayraqlarının...

09 Noyabr 2026, 08:43

Asif Nərimanlı: “Türkiyə-Azərbaycan qardaşlığını sarsıtmaq istəyənlər arzularına çatmayacaq”

Politoloq Asif Nərimanlı Azərbaycan və Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinə qarşı yönələn cəhdlərlə bağlı diqqətçəkən açıqlama ilə çıxış edib.Citypost.az xəbər verir ki, politoloq sosial şəbəkə hesabında etdiyi paylaşımda Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı verdiyi mesajları şərh edib.Asif Nərimanlının sözlərinə görə, Prezident İlham Əliyevin mesajı olduqca aydındır: Türkiyə-Azərbaycan qardaşlığını sarsıtmağa çalışanlar heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər. O bildirib ki, heç kimə iki ölkə arasına nifaq salmağa, şəxsi maraqları naminə qardaşlığa və birliyə kölgə salmağa imkan verilməyəcək.Politoloq xüsusilə mesajda yer alan “şəxsi maraqları naminə” ifadəsinə diqqət çəkib. Onun fikrincə, bu detal Türkiyədə müəyyən qrupların Azərbaycana qarşı informasiya hücumları...

09 Noyabr 2026, 08:33

Səməd Hətəmov: Türkiyə-Azərbaycan qardaşlığı sarsılmazdır

İctimai-siyasi xadim və radio aparıcısı Səməd Hətəmov Türkiyə ilə Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətlərinə dair paylaşım edib.Citypost.az xəbər verir ki, Səməd Hətəmov sosial şəbəkə hesabında yayımladığı açıqlamada iki qardaş dövlət arasında nifaq və təfriqə yaratmağa çalışan qüvvələrin cəhdlərinin nəticəsiz qaldığını bildirib.O qeyd edib ki, Türkiyə-Azərbaycan qardaşlığını pozmağa çalışan bəzi şəxslər bütün cəhdlərinə baxmayaraq məqsədlərinə nail ola bilməyiblər.Səməd Hətəmov bu qardaşlığın tarixi köklərə söykəndiyini və sarsılmaz olduğunu vurğulayıb:“Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! O tərəfdə, bu tərəfdə olan bəzi qulbeçələr az öncə iki qardaş dövlət arasında nifaq, təfriqə salmaq üçün dəridən-qabıqdan çıxdılar, bütün "bacarıqlarını" işə saldılar. Ancaq bir şeyə nail ola bilmədilər. Çünki...

09 Noyabr 2026, 08:21

Kənan Rövşənoğlu: “Tramp əsl siyasəti qarşıdakı iki ildə görəcək”

Jurnalist Kənan Rövşənoğlu ABŞ Prezidenti Donald Trampın siyasi fəaliyyəti, idarəçilik üslubu və qarşıdakı dövrdə onu gözləyən siyasi çətinliklərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında etdiyi paylaşımda Trampın ənənəvi siyasətçilərdən fərqli olaraq böyük siyasətə biznes mühitindən gəldiyini vurğulayıb.Kənan Rövşənoğlunun sözlərinə görə, Tramp siyasətin klassik mərhələlərindən keçmədiyi üçün uzun müddət siyasi fəaliyyəti seçkilərdə qazandığı legitimlik və hakimiyyət imkanları çərçivəsində istədiyini həyata keçirmək kimi qəbul edib. O qeyd edib ki, Tramp həm ilk prezidentlik dövründə, həm də ikinci prezidentliyinin ilkin mərhələsində seçicilərdən aldığı dəstək və Konqresdəki respublikaçıların üstünlüyündən istifadə edərək qərarlarını həyata keçirə bilib.Jurnalist hesab edir ki, hazırda vəziyyət...

09 Noyabr 2026, 08:05

Politoloq: “Ərdoğanın Zəfər Günündə Azərbaycana səfəri müttəfiqlik və qardaşlığın zirvəsidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri iki ölkə arasındakı müttəfiqlik və qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi qiymətləndirilib.Citypost.az xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Politoloq bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı bütün sınaqlardan uğurla çıxaraq yeni əməkdaşlıq mərhələsinə qədəm qoyur. Onun sözlərinə görə, hazırda Anadoludan Cənubi Qafqaza, oradan isə Mərkəzi Asiyaya uzanan geniş coğrafiyada vahid Türk dünyasının formalaşması prosesi gedir.Məhəmməd Əsədullazadə hesab edir ki, Türk Dövlətləri Təşkilatının inkişafı və gələcəkdə daha güclü bir təşkilata çevrilməsi məhz Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsindən keçir.Politoloq vurğulayıb ki, iki ölkə arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri təkcə Azərbaycan və...

09 Noyabr 2026, 01:41