Həbsdə olan eks-nazirin bu ifadələri ölkəni ÇALXALADI - ŞOK DETALLAR
Dünya 09 Noyabr 2026, 11:08
467
İstanbul Baş Prokurorluğunun apardığı fond istintaqı çərçivəsində həbs edilən sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya ilə bağlı yeni detallar ortaya çıxıb.
Musavat.com Türkiyə mətbuatına istinadla bildirir ki, “Qiymətli kağızlar bazarı haqqında” qanunun tələblərini pozmaqda və cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaqda ittiham edilərək həbsxanaya göndərilən Kayanın verdiyi ifadə diqqət çəkib.
“Hürriyet” qəzetinin yazarı Ayşegül Ustanın xəbərinə görə, evli və iki uşaq anası olduğunu bildirən Kaya özünü “evdar xanım” kimi təqdim edib. Bununla yanaşı, aylıq gəlirinin 500 min TL olduğunu, ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib. O, xüsusilə fond və birja əməliyyatları, eləcə də “Tera Qrup”un rəhbər şəxsləri ilə əlaqələrinə dair iddialara münasibət bildirib.
Kaya “Tera” rəhbərliyi ilə mütəmadi əlaqə saxladığı barədə məlumatların həqiqəti əks etdirmədiyini iddia edib. Onun sözlərinə görə, “Tera İnvestisiya Holdinqi”nin rəhbərlərindən Emre Tezmenlə cəmi bir dəfə qarşılaşıb. Erdin Özel isə bəzi siyasətçilər tərəfindən ona köməkçi kimi tövsiyə edilsə də, heç vaxt bu vəzifədə çalışmayıb.
Kaya Erdin Özellə görüşlərinin siyasi xarakter daşıdığını vurğulayaraq bildirib:
“Onunla nə “Tera” ilə bağlı, nə də birjada həyata keçirdiyim əməliyyatlarla əlaqədar hər hansı söhbətim olub. Buna görə də təşkilata üzv olmaq ittihamını qəbul etmirəm. Azadlığa buraxılmağımı tələb edirəm”.
Fatma Betül Sayan Kaya Emre Tezmen və Erdin Özellə telefon danışıqlarına dair qeydlərin də istintaq materiallarına əlavə olunmasını tələb edib.
Həmçinin oxuyun
Sabiq nazir əvvəllər heç vaxt birja hesabının olmadığını söyləyib. Universitet illərində iqtisadiyyat üzrə təhsil aldığını və birja haqqında müəyyən biliklərə malik olduğunu bildirən Fatma Betül Sayan Kaya siyasi fəaliyyətinə görə uzun müddət investisiya yatırmaqdan çəkindiyini deyib. Onun sözlərinə görə, həyat yoldaşı ilə birlikdə topladıqları vəsaiti dəyərləndirmək qərarına gəliblər.
Kaya prokurorluğun məhkəməyə təqdim etdiyi sənəddə yer alan səhm satışlarının tarixləri ilə də razılaşmadığını bildirib. O, bütün səhmlərini 16 sentyabr 2026-cı ildə satdığı barədə iddianın doğru olmadığını, səhmlərinin yarıdan çoxunu avqust ayında satışa çıxardığını söyləyib.
Kaya fondun ləğvi ilə bağlı qərardan sonra həyat yoldaşı ilə birlikdə vəsaitin geri qaytarılması üçün müraciət etdiklərini də bildirib.
“Bununla yanaşı, sentyabrın 17-də ləğvetmə qərarı çıxarıldıqdan sonra həyat yoldaşımla birlikdə haqsız qazanc kimi qiymətləndirilən məbləği geri qaytarmaq üçün müraciət etdik. Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri bizə oktyabrın 5-nə görüş təyin etdilər. Həmin gün Əmanətlərin Sığortalanması Fondu tərəfindən bildirilən məbləği geri ödədik”, - deyə keçmiş nazir əlavə edib.
Məlumata əsasən, məhkəmənin həbs qərarında bir neçə məqam xüsusi vurğulanıb. Bunlar arasında Kayanın fondun ləğvi barədə qərardan bir gün əvvəl əməliyyat aparması, “Tera Qrup”un rəhbər şəxsləri ilə əlaqələri və ilk dəfə birjaya investisiya yatırmasına baxmayaraq, böyük məbləğdə vəsait qoyması yer alıb.
“Dəmir Qapı” fəaliyyətə başladı - İranın Xəzər dənizi marşrutunu bloklayacaq
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı dəniz blokadasını gücləndirdiyi bir vaxtda, Tehranın quru sərhədləri və logistik marşrutlarını kəsməyə yönəlmiş yeni “Dəmir Qapı” (“Task Force Iron Gate”) hərbi işçi qrupunun tam gücü ilə fəaliyyətə başladığını bildirib.Citypost.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında açıqlama yayıb.O, hərbi təzyiqlərin pik həddə çatdığını vurğulayıb: “Dəmir Qapı'” İşçi Qrupu İran İslam Respublikası istiqamətində tam gücü ilə fəaliyyətə başlayıb. Tarixdəki ən böyük dəniz blokadası ilə birlikdə, İrana daxil olan və ya oradan çıxan yüklərin həcmi artıq minimuma enib!”ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hərbi qrupun yaradıldığını rəsmən təsdiqləyib. Florida ştatının Tamp şəhərindəki baş qərargahda yerləşən...
09 Noyabr 2026, 10:27
Keçmiş reqbi futbolçusu partnyoruna amansız hücuma görə 12 il həbs cəzası aldı
Avstraliyada məişət zorakılığı ilə bağlı ağır cinayətə görə keçmiş idmançı barəsində hökm çıxarılıb. O, keçmiş partnyoruna saatlarla işgəncə verməkdə və bıçaqla ağır xəsarət yetirməkdə təqsirli bilinib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Yeni Zelandiyalı keçmiş reqbi futbolçusu Şem Tatupu Avstraliyanın Viktoriya Ali Məhkəməsinin qərarı ilə 12 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.30 yaşlı keçmiş idmançı adi hücum, boğma və qəsdən ağır xəsarət yetirmə ittihamlarını qəbul edib.Məhkəmə materiallarına görə, Tatupu 2025-ci il mayın 19-da keçmiş partnyoruna təxminən doqquz saat ərzində fiziki və psixoloji zorakılıq göstərib. O, qadını döyüb, boğub, daha sonra qaçmağa çalışan zərərçəkmişi təqib edərək boynuna bıçaq dirəyib və...
09 Noyabr 2026, 09:58
Pakistanlı fermerlər daşqınlara görə Almaniya şirkətlərindən kompensasiya tələb edir
İqlim dəyişikliyinin ağır nəticələri ilə üzləşən Pakistan fermerləri dəymiş ziyanın ödənilməsi üçün beynəlxalq hüquqi mübarizəyə başlayıblar. Onlar dağıdıcı daşqınlara səbəb olan iqlim dəyişikliklərində payı olduğunu iddia etdikləri iri şirkətləri məsuliyyətə cəlb etmək istəyirlər.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pakistanın Sind əyalətindən olan 39 fermer Almaniyanın enerji şirkəti RWE və sement istehsalçısı Heidelberg Materials-a qarşı məhkəmə iddiası qaldırıb.Fermerlər iddia edirlər ki, şirkətlərin atmosferə buraxdığı istixana qazları iqlim dəyişikliyini sürətləndirib, nəticədə 2022-ci ildə Pakistanda baş verən dağıdıcı daşqınlar onların əkin sahələrinə, evlərinə və mal-qaralarına ciddi ziyan vurub.Həmin daşqınlar Pakistan ərazisinin təxminən üçdə birinə təsir edib, 1700 nəfərin ölümünə və 30 milyon...
09 Noyabr 2026, 09:53
Bir gündə 500-dən çox miqrant La-Manş boğazını keçərək İngiltərəyə gəlib
İngiltərəyə qeyri-qanuni miqrant axını davam edir. Son iki gündə yüzlərlə insan kiçik qayıqlarla La-Manş boğazını keçərək Böyük Britaniyaya çatıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Britaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, şənbə günü beş kiçik qayıqla 363 miqrant İngiltərəyə gəlib. Cümə günü isə üç qayıqla daha 161 nəfər ölkəyə daxil olub.Beləliklə, iki gün ərzində La-Manş boğazını keçən miqrantların sayı 524 nəfərə çatıb.Məlumata görə, 2026-cı ilin əvvəlindən indiyədək 23 129 nəfər bu marşrutla Böyük Britaniyaya gəlib. Bununla belə, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə xeyli aşağıdır. 2025-ci il ərzində kiçik qayıqlarla ölkəyə gələn miqrantların sayı 41 mini ötüb.Qeyd edək ki,...
09 Noyabr 2026, 01:08
Sidneydə 1,1 milyard dollarlıq yeni muzey açılıb
Sidneydə fəaliyyətə başlayan yeni muzey həm möhtəşəm memarlığı, həm də zəngin mədəni ekspozisiyaları ilə diqqət çəkib. Layihədə Yeni Zelandiya və Sakit okean xalqlarının incəsənət nümunələrinə də geniş yer ayrılıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Avstraliyanın Sidney şəhərində 1,1 milyard dollar dəyərində inşa edilən Powerhouse Parramatta Muzeyi həftəsonu ziyarətçilərin üzünə açılıb. Muzey Yeni Cənubi Uels ştatının Sidney Opera Teatrından sonra həyata keçirilən ən böyük mədəniyyət investisiyası hesab olunur.Altı mərtəbədən ibarət muzeydə kosmosun tədqiqi, aviasiya, texnologiya, moda və mədəniyyət sahələrinə aid sərgilər təqdim olunur. Fərqli ağ torşəkilli fasadına görə yerli sakinlər arasında "Süd qutusu" adlandırılan binanın həyətində Maori mədəniyyətinə aid sənət...
09 Noyabr 2026, 01:05
Tayvanda seçki qalmaqalı: Kommunist partiyasının lideri həbs olundu
Tayvanda keçiriləcək yerli seçkilər öncəsi Çinlə əlaqəli siyasi müdaxilə iddiaları gündəmə gəlib. Ölkə hakimiyyəti seçkilərə qanunsuz təsir göstərməkdə şübhəli bilinən partiya rəhbərini saxlayıb.Citypost.az 1news.com-a istinadən xəbər verir ki, Tayvan hakimiyyəti Tayvan Xalq Kommunist Partiyasının sədri Lin Te-vanqı Çin Kommunist Partiyasının dəstəyi ilə yerli seçkilərə müdaxilə etməkdə və səsləri satın almağa cəhd göstərməkdə ittiham edir.Prokurorların məlumatına görə, Lin partiya üzvlərindən birini rayon sədrliyinə namizəd olmağa yönəldib, həmçinin seçiciləri Çinin materik hissəsinə səfərlərə cəlb edərək onlara müxtəlif güzəştlər təklif edib.Məhkəmə Linin həbsdə saxlanılması barədə qərar verib. İş üzrə digər şübhəli isə 50 min Tayvan dolları girov müqabilində sərbəst buraxılıb.Qeyd edək ki, Tayvanda...
09 Noyabr 2026, 00:57