Bizə yazın

Baku

-°C

USD

-

Bakıda torpaqların qiyməti kəskin dəyişdi - SƏBƏB

Cəmiyyət 09 Noyabr 2026, 18:55

370

Bakıda torpaq sahələri sürətlə bahalaşır. Oktyabr ayında paytaxt üzrə torpağın orta qiyməti 17,9 faiz artıb. Ən yüksək bahalaşma Səbail, Yasamal və Nəsimi rayonlarında qeydə alınıb.

Bakıda torpaq niyə bahalaşır?

"Bakupost" xəbər verir ki, globalinfo.az-a danışan əmlak üzrə ekspert Anar Nəsirov şəhərin mərkəzi hissələrində və ona yaxın ərazilərdə torpaq sahələrinin qiymətində 2025-ci illə müqayisədə artım müşahidə olunduğunu bildirib.

“Qiymət artımının əsas səbəbi həmin ərazilərdə tikintiyə yararlı torpaqların məhdud olmasıdır. Belə sahələrə həm yeni yaşayış binalarının, həm ticarət obyektlərinin, həm də fərdi yaşayış evlərinin tikintisi üçün sahibkarlar tərəfindən tələbat yüksəkdir. Torpaq sahələrinin sayı azaldıqca qiymətlər də yüksəlir. Bakının mərkəzi hissələrində, eləcə də mikrorayonlarda tikintiyə yararlı torpaq sahələri kifayət qədər azdır. Bu ərazilərdə yeni binalar və ticarət obyektləri inşa etmək istəyən iş adamları həmin torpaqları almaqda maraqlıdırlar. Nəticədə tələb təklifi üstələyir və qiymətlər artır”.

Ekspertin sözlərinə görə, şəhərdən kənar qəsəbə və kəndlərdə çıxarışı olmayan torpaq sahələrinin qiymətində ciddi artım müşahidə edilmir:

“Bunun əsas səbəblərindən biri 2023-cü il oktyabrın 1-dən sənədsiz fərdi yaşayış evlərinin su, qaz və elektrik təchizatına qoşulmasına məhdudiyyətlərin tətbiq edilməsidir. Eyni zamanda, özbaşına tikililərlə bağlı nəzarət tədbirləri də gücləndirilib. Belə evlərdə kommunal xidmətlərdən istifadə etmək və həmin ünvana qeydiyyata düşmək mümkünsüzdür. Sənədsiz torpaqlara marağın azalması çıxarışlı sahələrin əhəmiyyətini artırır. Nəticədə sənədsiz torpaqlar ucuzlaşdığı halda, tikintiyə yararlı və çıxarışı olan torpaq sahələrində qiymət artımı qeydə alınır”.

A.Nəsirov qeyd edib ki, alıcıların çıxarışı olan torpaq sahələrinə üstünlük verməsi bu əmlakların qiymətinə də təsir göstərir:

“Xüsusilə paytaxtın mərkəzi və mərkəzə yaxın hissələrində tikintiyə yararlı torpaqların məhdud olması qiymət artımının əsas səbəblərindən biridir. Paytaxtda tikintiyə yararlı torpaq sahələrinin məhdudluğu gələcəkdə tikinti şirkətlərinin fəaliyyət istiqamətinə də təsir göstərəcək. Hesab edirəm ki, şirkətlər istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan yaşayış binalarının, həyət evlərinin və köhnə məhəllələrin sökülərək yerində yeni binaların inşa edilməsində daha maraqlı olacaqlar. Çünki şəhərin mərkəzi hissələrində və mikrorayonlarda yeni tikinti üçün boş torpaq sahələrinin sayı getdikcə azalır. Bu baxımdan köhnə tikililərin yerində yeni yaşayış komplekslərinin inşası daha aktual olacaq. Tələb təklifi üstələdiyi müddətdə torpaq qiymətlərinin hər il müəyyən faizlə artmasını müşahidə edəcəyik. Çünki Bakıda tikintiyə yararlı torpaq sahələrinin həcmi məhduddur və bu imkanlar ildən-ilə daha da azalır”.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Emin Ağalarov 99 milyon dollarlıq LAYİHƏ EDƏCƏK

"Sea Breeze" layihəsinin təsisçisi və sahibi, "Agalarov Development" şirkətinin rəhbəri Emin Ağalarov Esvatini iqtisadiyyatına 99 milyon ABŞ dolları investisiya yatırmağa hazır olduğunu bildirib.Citypost.az xəbər verir ki, bu barədə monarx III Msvati məlumat verib.Onun sözlərinə görə, E.Ağalarov krallığa 1,65 milyard lilangeni investisiya yatırmaq öhdəliyi götürüb. E.Ağalarovun bu açıqlamanı Mbabane və Manzini şəhərləri arasında yerləşən mənzərəli turizm vadisi olan Ezulvinidə verdiyi bildirilir."Bu öhdəlik kiçik Cənubi Afrika krallığının investisiya konfransları və monarxın beynəlxalq dövlət səfərləri vasitəsilə xarici kapitalın cəlb edilməsi istiqamətində göstərdiyi səylərdə növbəti mühüm addım oldu", - nəşrdə qeyd olunur.Bu vədin Msvatinin may ayında Azərbaycana səfərindən sonra verildiyi vurğulanır. Həmin səfər zamanı...

09 Noyabr 2026, 18:32

Mayor idi, 10 ay sonra general oldu -34 yaşı var

Azərbaycanda gənc yaşda general rütbəsi alan şəxslər çoxdur. Onların sırasında ölkənin ən gənc generallarından biri olan, 34 yaşında general-mayor ali xüsusi rütbəsinə yüksələn Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov da var. Onun vəzifə yüksəlişi qısa müddətdə baş verib.Citypost.az Metbuat.az -a istinadən xəbər verir ki, Fuad Elxan oğlu Məmmədov 1992-ci ildə Bakı şəhərində anadan olub.2008-2012-ci illərdə Bakı Dövlət Universitetində gömrük işinin təşkili ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə isə magistr təhsili alıb. 2012-2013-cü illərdə hərbi xidmətdə olub. 2015-ci ildə gömrük orqanlarında fəaliyyətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildə Azərbaycanın Belçikadakı Ümumdünya Gömrük Təşkilatında nümayəndəsi - gömrük attaşesi təyin edilib.Fotoda: general Fuad...

09 Noyabr 2026, 18:21

Azərbaycan bayrağı Qars qalasında dalğalandı - FOTO

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib.O, üçrəngli bayrağımızın tarixi Qars qalasında dalğalandığını qeyd edib. Q.Zeylanov jestə görə Qars valisi Ziya Polat və bələdiyyə sədri Ötüken Şengülə səmimi təşəkkür edib.

09 Noyabr 2026, 18:09

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Keçmiş vəzifəli şəxs Məmmədov Tariyel Çoban oğlu vəfat edib.Citypost.az "Unikal"a istinadən mərhum uzun illər Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.T.Məmmədov 2006-cı ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

09 Noyabr 2026, 16:59

Bu xanıma yüksək VƏZİFƏ VERİLDİ

Maliyyə Nazirliyinin tabeliyindəki Rəqəmsal Maliyyə Mərkəzində təyinat baş tutub.CİTYpOST.AZ  Yurd.Media-ya istinadən xəbər verir ki, Xanım Sadıqova Mərkəzin Təşkilati fəaliyyət və inkişaf departamentinin rəhbəri vəzifəsinə təyin olunub.O, yeni təyinatından əvvəl, 2024-cü ilin yanvarından 2026-cı ilin noyabrınadək “Sinteks Group of Companies”də təlim və inkişaf üzrə menecer olub.O, 2019-cu ilin fevralından 2024-cü ilin yanvarınadək “AzInTelecom”da çalışıb.

09 Noyabr 2026, 16:41

Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb.APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb.Qeyd edək ki, güclü qar yağması səbəbindən səhər saatlarında Quba-Xınalıq avtomobil yolu bağlanıb. Hazırda yol qar və buzdan təmizlənərək nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

09 Noyabr 2026, 15:08