Bizə yazın

Baku

-°C

USD

-

Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib

Siyasət 26 Noyabr 2026, 00:25

398

Monteneqro Prezidenti Yakov Milatoviç 2027-ci ildə Azərbaycana səfər etməyi planlaşdırdığını təsdiqləyib və iki ölkə arasında münasibətlərin dostluq xarakteri daşıdığını vurğulayıb.

"Report"un Avropa bürosuna verdiyi məlumata görə, bunu Monteneqro lideri Brüsseldə keçirilən Aİ–Qərbi Balkanlar sammiti çərçivəsində bildirib.

"Baş nazirimiz artıq dünən Azərbaycanda olub. Onun ölkə Prezidenti İlham Əliyevlə əla görüşü keçirilib. Mən də gələn il səfərimi səbirsizliklə gözləyirəm. Azərbaycan bizim üçün dost ölkədir", – o qeyd edib.

Qeyd edək ki, Monteneqronun Baş naziri Miloyko Spayiç noyabrın 23-25-də Azərbaycanda işgüzar səfərdə olub. Səfər çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Əli Əsədovla keçirilən görüşlərdə iqtisadi əməkdaşlığın, o cümlədən investisiya, energetika və infrastruktur sahələrində əlaqələrin genişləndirilməsi müzakirə olunub.

Danışıqlarda Azərbaycanın Monteneqroya investisiyaları, o cümlədən həyata keçirilən layihələrin genişləndirilməsi perspektivləri də diqqət mərkəzində olub. Konkret təşəbbüslərdən biri Monteneqronun 2027-ci ildə Azərbaycan vətəndaşları üçün elektron viza sistemini tətbiq etməsidir. Bu addım qarşılıqlı səfərləri asanlaşdırmalıdır.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb

Bu gün İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu çərçivəsində Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi arasında "Parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi üzrə 2027–2028-ci illər üçün praktiki tədbirlər planı"nın ("Yol xəritəsi") imzalanması mərasimi keçirilib.Milli Məclisin Mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, sənədi Azərbaycan tərəfdən parlament sədri Sahibə Qafarova, Özbəkistan tərəfdən isə Ali Məclis Senatının sədri Tənzilə Narbayeva imzalayıblar."Yol xəritəsi" iki ölkənin qanunverici orqanları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsini, qanunvericilik fəaliyyəti, habelə parlament diplomatiyası və digər prioritet istiqamətlərdə təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur....

25 Noyabr 2026, 21:22

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib

Bu gün Milli Məclisdə “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər” mövzusuna həsr olunmuş İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Mərasimdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova parlamentlərimiz arasında etimad və qarşılıqlı hörmətə əsaslanan dialoqu yüksək qiymətləndirərək, bildirib ki, Birinci Parlamentlərarası Forum ötən ilin iyul ayında Xivədə uğurla keçirilib və orada parlament əlaqələrinin vəziyyəti, birgə iş üçün prioritet sahələr müzakirə edilib.Spiker qeyd edib ki, ikinci forumun Bakıda keçirilməsi bu dialoq formatının inkişaf etdirilməsinə və əldə edilən razılaşmaların praktiki şəkildə həyata keçirilməsinin təmin...

25 Noyabr 2026, 16:36

Xocalı qatilləri Bakıya təhvil veriləcək? - yeni konstitusiyada ŞOK müddəa

Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sənədinin imzalanması üçün tələb olunan əsas şərtin icrası istiqamətində Nikol Paşinyan hakimiyyətinin addımları, yeni konstitusiyanın mətninin ictimailəşdirilməsi revanşist-radikalların daha da quduzlaşması ilə müşayiət olunmaqdadır. Musavat.com-un məlumatına görə, erməni mediası hər gün bu mövzu ilə bağlı ağlasığmaz iddiaları tirajlamaqla hakim komandaya qarşı ictimai qəzəbi artırmağa çalışır.Bu dəfə isə yeni konstitusiya ilə bağlı xüsusi qabardılan müddəa layihədə Ermənistan vətəndaşlarının Azərbaycana təhvil verilməsi imkanı yaradılmasıdır. Bu fikri vəkil Ovannes Xudoyan deyib.Xudoyanın qiymətləndirməsinə görə, yeni müddəa onunla şərtlənir ki, vətəndaşlıqdan məhrumetmə təzyiq alətinə çevrilməlidir. Belə ki, insanlar öz əqidələrinə görə həbsxanaya düşməkdən qorxmadıqları üçün hakimiyyət yeni təzyiq üsulu...

25 Noyabr 2026, 15:55

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib 

Azərbaycan Prezidenti İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.Hikmət Çətin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin inkişafına, qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə vermişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayacağam.Bu ağır anlarda dərdinizə şərik çıxır, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin!"Xatırladaq ki, noyabrın 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hikmət Çetin 89 yaşında vəfat edib....

25 Noyabr 2026, 15:04

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Litvanın xarici işlər naziri Kestutis Budrisin qəbuluna dair video paylaşılıb.Citypost.az paylaşımı təqdim edir:Prezident İlham Əliyev Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbul edib. https://t.co/CEHv2l8SZN— İlham Əliyev (@azpresident) November 25, 2026

25 Noyabr 2026, 15:04

Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb

Azərbaycan Baş naziri Əli Əsədov noyabrın 25-də Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.Görüşdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhunda ardıcıl şəkildə möhkəmləndiyi qeyd olunub.Son dövrdə qarşılıqlı səfər və görüşlərin intensivləşməsi ikitərəfli əlaqələrin yüksək səviyyəsinin, eləcə də əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı marağın göstəricisi kimi dəyərləndirilib.Görüş zamanı ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, enerji, humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyətin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib....

25 Noyabr 2026, 13:45