Bizə yazın

Baku

-°C

USD

-

Firuz Mustafa: “Arbuz” və “sobaka” sözləri türk mənşəlidir

Söz adamı 18 Noyabr 2026, 00:50

332

Əməkdar incəsənət xadimi, yazıçı Firuz Mustafa “Türkizmlər” silsiləsindən növbəti paylaşımında rus dilində işlənən “arbuz” və “sobaka” sözlərinin mənşəyinə toxunub.

Citypost.az xəbər verir ki, yazıçı bu barədə sosial şəbəkə hesabında yazıb.

Firuz Mustafa qeyd edib ki, rus dilində qarpız mənasında işlədilən “arbuz” sözü türk mənşəlidir. Onun sözlərinə görə, rus dilçiləri də bu sözün türk dillərindən alındığını vurğulayırlar. Müəllif “arbuz” sözünün “qar” və “buz” sözlərinin birləşməsindən yarandığını irəli sürüb. O, rus dilindəki “арбуз” sözünün türk dillərindəki “χarbuz/karpuz” formasından keçdiyini də xatırladıb.

Yazıçı “sobaka” sözünün mənşəyinə də diqqət çəkib. O bildirib ki, bu sözün də türk dilləri ilə əlaqəli olduğu barədə dilçilik araşdırmaları mövcuddur. Müəllifin qeyd etdiyinə görə, rus dilindəki “sobaka” sözünün türk dillərində işlənən “köpek” və ya “köbək” sözlərindən yarandığı ehtimal olunur.

Firuz Mustafa paylaşımında rus dilçilərinin əksəriyyətinin “sobaka” sözünün türk dillərindən alınması fikrinə meyilli olduğunu bildirən yanaşmanı da təqdim edib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qulu Məhərrəmli: “Atatürk haqqında nə qədər yazılsa, yenə də azdır”

Professor, Əməkdar jurnalist Qulu Məhərrəmli Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk haqqında yazılmış yeni kitab və onun təqdimat mərasimi ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, O, bu barədə sosial şəbəkə hesabında yazıb.Qulu Məhərrəmli qeyd edib ki, Mustafa Kamal Atatürk təkcə türk dünyasının deyil, bütün bəşəriyyətin yetişdirdiyi böyük dühalardan, dünya tarixinə istiqamət vermiş qüdrətli şəxsiyyətlərdən biridir. Buna görə də onun haqqında nə qədər yazılsa, yenə də azdır.Professorun sözlərinə görə, peşəcə həkim, tanınmış araşdırmaçı-publisist Səxavət Əlisoy da Atatürk haqqında fərqli yanaşma ilə qələmə aldığı yeni kitabında bu tarixi şəxsiyyətin fenomenini liderlik anlayışı üzərindən təqdim etməyə çalışıb.Qulu Məhərrəmli kitabın maraqlı və oxunaqlı...

17 Noyabr 2026, 08:28

Yaxşılar dünyanın üzük qaşıdı! Əmir Pəhləvan yazır...

İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib.Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət"...

13 Noyabr 2026, 14:15

Mən niyə gülə bilmirəm? Aləmzər Sadıqqızından ŞEİRLƏR

Xəstəxanadan çıxmısdım...Yaşamağa ümidim yoxdu...Evdə kombi işləmirdi...Hava soyuqdu...Məcbur qardaşımgildə qaldıq bir neçə gün...Bu iki şeir qardaşımgildə yazılmışdı...Sözüm bitməyib...Həyat, mən səni sevdikçe,Məni ürəyimdən vurdun...Nə zaman uçmaq istəsəm,Dönüb kürəyimdən vurdun...Fələk məni ağlatdıqca,Yapışdım ətəklərindən.Bir ömürdü ağrıyıram,Yediyim kötəklərindən!Nə Allaha üz çevirdim,nə səndən bircə an doydum.Ey məni sevməyən həyat,Yolunda canımı qoydum! Mən bir bəyaz göyərçindim...Heç bulaşmadım çirkinə.Məni al qana boyadın,Mən gülümsədim əksinə...Qoyma bu Aləmi ölsün,Hələ də sözüm bitməyib...Dizimdə taqət bitsə də,.İçimdə dözüm bitməyib...1.11.2025.Aləmi görə bilmirəm...Qapım üzümə bağlidı...Neynirəm döyə bilmirəm...Soyuq çöküb hər küncünə Evimdə ölə bilmirəm...Nə gecəm var nə gündüzüm.Gözüm yaşı düzüm -düzum,Bu yuxunu hara yozum,Mən niyə gülə bilmirəm?Hər bir tərəfdə yaram var...Zindanında can ...

13 Noyabr 2026, 10:50

Rəbiqə Nazimqızından dil müzakirələrinə sərt etiraz: “Sərnişinə yolçu demək gülməli gəlir”

Şairə və tərcüməçi Rəbiqə Nazimqızı Azərbaycan dilində uzun illərdir işlək olan sözlərin yeni ifadələrlə əvəzlənməsi cəhdlərini tənqid edib.Citypost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Rəbiqə Nazimqızı bildirib ki, yüzillər ərzində dilin lüğət tərkibində möhkəmlənmiş sözləri süni şəkildə dəyişdirmək əvəzinə, dilin real problemlərinə diqqət yetirmək daha məqsədəuyğun olardı.Şairə ahəng qanununun adının dəyişdirilməsi ilə bağlı ironik fikir səsləndirərək, “ahəng” sözünün özünün də bu qanuna uyğun gəlmədiyini xatırladıb.O, mühəndis, mühasib, memar, hesab, fizika, şeir və rəsm kimi sözlərin də alınma mənşəli olduğunu qeyd edərək, bu sözlərin hamısını əvəz etməyin mümkün olmadığını vurğulayıb.Rəbiqə Nazimqızı fikirlərini belə ifadə edib:“İnsan nə qədər...

13 Noyabr 2026, 08:43

Bir məktub yaz.. Rüstəm Behrudinin şeiri

Bir məktub yaz..Bir məktub yaz son dəfə,Son dəfə bir məktub yaz.Yaz, ruhum mənim, məniDəliyə çevirdi yaz.Bir məktub yaz son dəfəSözlərin gözü dolsunYağış yağsın üstünəİçində payız olsun.Bir məktub yaz son dəfəBaxım qalxan tüstünəAlım, açım, oxuyum,Ayrılığın üstünə.Bir məktub yaz, hər şeyiYaz unuda-unuda.Görüm nə cür dönmüsən,Yağış, külək, buluda.Bir məktub yaz son dəfəAnlat bir eşqin yasın.Lap öləndən sonra yaz,Gəlib mənə çatmasın.Bir məktub yaz son dəfəSözlərin gözü dolsunYağış yağsın üstünəİçində payız olsun.( Rustem Behrudi )...

12 Noyabr 2026, 15:44

Vətəndaş, yoxsa oxucu ədəbiyyatı? – Aqşin Yenisey

 Citypost.az Aqşin Yeniseyin “Vətəndaş, yoxsa oxucu ədəbiyyatı?” yazısını təqdim edir. Əsərin ictimai dəyəri önəmlidir, yoxsa ədəbi dəyəri? Cəmiyyətimiz çox vaxt ictimai dəyəri ədəbi dəyərlə qarışdırır və ictimai dəyəri olmayanın ədəbi dəyərinin də olmadığını düşünür. Bu yanaşma sovet rejiminin mirasıdır. O rejimin ki, ədəbiyyatı uçurub-dağıtdığı dinin əvəzedicisi kimi istifadə edirdi.Əsərin ictimai dəyəri ictimai bir problemə həsr olunmasıyla ölçülür. Bu cür əsərlərdə üslub, estetika, intellektual yanaşma, mənalandırma, bədii həll və s. kimi ədəbi ölçülər önəmini itirir. Məsələn, Səməd Vurğunun “Azərbaycan” şeri, Bəxtiyar Vahabzadənin, demək olar, bütün yaradıcılığı, Şəhriyarın “Heydərbabaya salam” poeması ictimai dəyəri olan əsərlərdir. Ədəbi dəyər baxımından əskikliklərlə zəngindirlər. Bəsitliklərini xilas edən...

12 Noyabr 2026, 11:06