Sabah duman olacaq, temperatur 25 dərəcəyə yüksələcək
Cəmiyyət 12 Mart 2025, 13:00

133
Martın 13-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeronda hava proqnozu
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim cənub-şərq küləyi əsəcək.
Temperatur və rütubət göstəriciləri
Havanın temperaturu gecə 3-7° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Rayonlarda gözlənilən hava şəraiti
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

İqtisad Universitetində diplom problemi - Nazirlik nəyi araşdırır?
Universiteti bitirsə də,diplomunu ala bilmir.Bu şikayətlə Citypost.az saytına müraciət edən şikayətçi Əliyev Ağa Çingiz oğlu özü məlumat verib.Onun sözlərinə görə, 2023-cü tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və İdarəetmə fakültəsinin bakalavr pilləsini bitirsə də, bu günə qədər ona məlum olmayan səbəblərdən ali təhsil haqqında diplomunu ala bilmir.“Mən Universitetə Dərbənd filialından köçürmə yolu ilə gəlmişəm.Bütün imtahanları,hətta Dövlət İmtahanını da vermişəm.Heç bir problemim olmadığı halda diplomu ala bilmirəm”,-deyə keçmiş tələbə bildirib.Sayt məsələ ilə bağlı Universitetlə əlaqə saxlayıb. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova açıqlamasında məsələdən xəbərdar olduqlarını bildirib.“Həmin məzun Dərbənd filialından UNEC-ə köçürülüb. Dərbənd filialının məzunlarına, eləcə də filialdan UNEC-ə...
12 Mart 2025, 14:19

Prezident sərəncam imzaladı
Prezident İlham Əliyev “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
12 Mart 2025, 12:59

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb.
12 Mart 2025, 12:30

Dövlət Komitəsi: Boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır
Boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır.
12 Mart 2025, 12:14

Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.
12 Mart 2025, 12:00

Bu il narkotiklə bağlı 1521 cinayət faktı aşkarlanıb
Bu ilin yanvar-favral ayları ərzində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1521 cinayət faktı aşkarlanıb.
12 Mart 2025, 11:46