AK: Avropa İttifaqı həmişə Ukraynada sülhü dəstəkləyib
Dünya 12 Mart 2025, 14:44

178
Avropa Komissiyası (AK) Ciddə danışıqları fonunda bəyan edib ki, Avropa İttifaqı Ukrayna ilə bağlı heç vaxt hərbi mövqe tutmayıb və həmişə sülhü dəstəkləyib.
Citypost.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Paula Pinyo bildirib.
Brifinq zamanı jurnalistlər Səudiyyə Ərəbistanında Vaşinqton və Kiyev arasında aparılan danışıqlardan sonra Brüsselin Ukrayna ilə bağlı mövqeyini dəyişmək niyyətində olub-olmadığını soruşublar.
"Mən çox açıq olmaq istəyirəm, biz sülhsevər mövqe tuturuq, ədalətli sülhü dəstəkləyirik",-Pinyo bildirib.
Aİ Xarici Xidmətinin nümayəndəsi Anitta Hipper, öz növbəsində, Avropa diplomatiyasının rəhbəri Kay Kallasın Ukraynaya “milyarlarla avro dəyərində” müxtəlif silahların tədarükü ilə bağlı hərbi təşəbbüsünün qüvvədə olduğunu vurğuladı. Hipper bu təklifin Aİ ölkələri tərəfindən müzakirə ediləcəyini təsdiqləyib.
Bundan əvvəl Almaniya kansleri Olaf Şoltsun Səudiyyə Ərəbistanında aparılan danışıqlarda ABŞ-ın təklif etdiyi Ukraynada 30 günlük atəşkəs ideyasını dəstəklədiyi bildirilib. O qeyd edib ki, bu, sülh yolunda mühüm və düzgün addımdır.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Zelenski: Rusiya ABŞ-nin təklifləri ilə razı olsa, müvafiq addımlar atılacaq
“Ciddədə aparılan danışıqlar konstruktiv idi. Rusiya onların nəticələrindən imtina edəcəyi halda Vaşinqtonun təsirli addımlar atacağını ehtimal etmək olar”.Citypost.az xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski deyib:“Ümumilikdə ABŞ tərəfi bizim müharibənin tezliklə bitməsinə yönələn sürətli addımlar atmağımızı istəyirdi. Lakin onlar bunu etmədiyimizi gördükdə bizə hərbi dəstəyin davam etdiriləcəyinə dair vəd verdilər. Mən bunu müsbət qiymətləndirirəm. Rusiya da bizim kimi ABŞ-nin təklifləri ilə razı olduğunu nümayiş etdirsə buna müvafiq addımlar atılacaq. Ciddədə aparılan danışlqları ümumiyyətlə konstruktiv adlandırardım. Çünki onun nəticəsində ABŞ ölkəmizə yardımları bərpa etdi. Müzakirələr zamanı Rusiyanın atəşkəsi pozacağı halda bu ölkəyə sanksiyaların tətbiqi də diqqət mərkəzində olub, lakin bu barədə...
12 Mart 2025, 18:29

Saturn ətrafında 128 yeni peyk kəşf edilib
Alimlər Saturn ətrafında fırlanan 128 yeni, əvvəllər naməlum peyk aşkar ediblər. Beynəlxalq Astronomiya İttifaqı tərəfindən rəsmi olaraq tanınan bu kəşflə Saturnun məlum peyklərinin sayı 274-ə yüksəldi.
12 Mart 2025, 18:00

Əraqçı: "Yaxın günlərdə İran Trampdan məktub alacaq"
İranın xarici işlər naziri Abbas Əraqçi ərəb dövlətinin İslam Respublikasındakı nümayəndəsinin yaxın bir neçə gün ərzində ABŞ prezidenti Donald Trampın məktubunu təhvil verəcəyini bildirib.
12 Mart 2025, 17:51

Alimlər tarakanları kiberböcəklərə çeviriblər
Yaponiya və İndoneziyadan olan tədqiqat qrupu tarakanları axtarış və xilasetmə missiyalarında istifadə oluna bilən kiberböcəklərə çevirib.
12 Mart 2025, 17:42

Ay Qanlı Aya çevrilməyə hazırlaşır
Bu cümə axşamı gecəsi, təxminən iki il yarımdan sonra Yerin peyki qırmızıya çevriləcək.
12 Mart 2025, 17:36

Mask Trampın siyasi işlərinə 100 milyon dollar ianə etməyi planlaşdırır
Amerikalı iş adamı İlon Maskın baş məsləhətçisi olduğu prezident Donald Trampın siyasi əməliyyatları üçün 100 milyon dollar ianə verməyi planlaşdırdığı bildirilir.
12 Mart 2025, 17:30