Bizə yazın

Baku

-°C

USD

-

"ABŞ Ukrayna ilə ərazi güzəştləri məsələsini müzakirə edib"-Rubio

Dünya 12 Mart 2025, 16:00

183

ABŞ dövlət katibi Marko Rubio martın 12-də bildirib ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna rəsmiləri danışıqlar prosesinin necə görünəcəyini müzakirə ediblər, həmçinin ərazi güzəştləri haqqında danışıblar.

Citypost.az xəbər verir ki, “The Guardian” qəzeti Rubionun sözlərini sitat gətirir.

Dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar martın 12-də “ruslarla ünsiyyətə girəcək. Onun sözlərinə görə, ABŞ Rusiyadan müsbət cavab almağa ümid edir və “rusları bütün hərbi əməliyyatları dayandırmağa qətiyyətlə çağırır.

"Bu münaqişənin hərbi həlli yoxdur" dedi Rubio.

Martın 11-də Ciddədə ABŞ və Ukrayna danışıqları aparıb və bu danışıqlarda Kiyev nümayəndələri Vaşinqtonun 30 günlük atəşkəs rejiminin tətbiqi təklifi ilə razılaşıblar.

“Reuters”in Rusiya hökumətindəki mənbələrinə görə, Kremlin müvəqqəti atəşkəsə razılaşacağı ehtimalı yoxdur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya ABŞ-Ukrayna danışıqlarından sonra verilən bəyanatları “diqqətlə öyrənir”.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zelenski: Rusiya ABŞ-nin təklifləri ilə razı olsa, müvafiq addımlar atılacaq

“Ciddədə aparılan danışıqlar konstruktiv idi. Rusiya onların nəticələrindən imtina edəcəyi halda Vaşinqtonun təsirli addımlar atacağını ehtimal etmək olar”.Citypost.az xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski deyib:“Ümumilikdə ABŞ tərəfi bizim müharibənin tezliklə bitməsinə yönələn sürətli addımlar atmağımızı istəyirdi. Lakin onlar bunu etmədiyimizi gördükdə bizə hərbi dəstəyin davam etdiriləcəyinə dair vəd verdilər. Mən bunu müsbət qiymətləndirirəm. Rusiya da bizim kimi ABŞ-nin təklifləri ilə razı olduğunu nümayiş etdirsə buna müvafiq addımlar atılacaq. Ciddədə aparılan danışlqları ümumiyyətlə konstruktiv adlandırardım. Çünki onun nəticəsində ABŞ ölkəmizə yardımları bərpa etdi. Müzakirələr zamanı Rusiyanın atəşkəsi pozacağı halda bu ölkəyə sanksiyaların tətbiqi də diqqət mərkəzində olub, lakin bu barədə...

12 Mart 2025, 18:29

Saturn ətrafında 128 yeni peyk kəşf edilib

Alimlər Saturn ətrafında fırlanan 128 yeni, əvvəllər naməlum peyk aşkar ediblər. Beynəlxalq Astronomiya İttifaqı tərəfindən rəsmi olaraq tanınan bu kəşflə Saturnun məlum peyklərinin sayı 274-ə yüksəldi.

12 Mart 2025, 18:00

Əraqçı: "Yaxın günlərdə İran Trampdan məktub alacaq"

İranın xarici işlər naziri Abbas Əraqçi ərəb dövlətinin İslam Respublikasındakı nümayəndəsinin yaxın bir neçə gün ərzində ABŞ prezidenti Donald Trampın məktubunu təhvil verəcəyini bildirib.

12 Mart 2025, 17:51

Alimlər tarakanları kiberböcəklərə çeviriblər

Yaponiya və İndoneziyadan olan tədqiqat qrupu tarakanları axtarış və xilasetmə missiyalarında istifadə oluna bilən kiberböcəklərə çevirib.

12 Mart 2025, 17:42

Ay Qanlı Aya çevrilməyə hazırlaşır

Bu cümə axşamı gecəsi, təxminən iki il yarımdan sonra Yerin peyki qırmızıya çevriləcək.

12 Mart 2025, 17:36

Mask Trampın siyasi işlərinə 100 milyon dollar ianə etməyi planlaşdırır

Amerikalı iş adamı İlon Maskın baş məsləhətçisi olduğu prezident Donald Trampın siyasi əməliyyatları üçün 100 milyon dollar ianə verməyi planlaşdırdığı bildirilir.

12 Mart 2025, 17:30