Alimlər tarakanları kiberböcəklərə çeviriblər
Dünya 12 Mart 2025, 17:42

214
Yaponiya və İndoneziyadan olan tədqiqat qrupu tarakanları axtarış və xilasetmə missiyalarında istifadə oluna bilən kiberböcəklərə çevirib.
Citypost.az xəbər verir ki, inkişaf etdirilən texnologiya sayəsində böcəkləri kiçik və çətin ərazilərə yönəldə bilirlər.
Osaka Universiteti və Diponegoro Universitetinin tədqiqatçıları tarakanların təbii hərəkət qabiliyyətlərindən istifadə edərək onları elektron sistemlərlə təchiz ediblər.
Bu sistem həşəratların antenalarına və bədənlərinə yerləşdirilən elektrodlar vasitəsilə hərəkətlərini istiqamətləndirməyə imkan verir.
Mexanik mühəndis Mochammad Ariyanto, "Kiçik miqyaslı robot istehsalı çox çətin bir prosesdir. Biz bu maneəni aradan qaldırmaq üçün təbii orqanizmə elektron cihazları əlavə etməyi seçdik" dedi.
Həmçinin oxuyun
Çətin ərazilərdə sınaqdan keçirilmişdir
Madaqaskar tıslayan tarakanlar üzərində aparılan təcrübələrdə alimlər bu kiberböcəklərin qum, daş və taxta maneələrlə dolu ərazidə uğurla hərəkət etdiyini müşahidə ediblər.
İnkişaf etdirilən 'biohibrid davranışa əsaslanan naviqasiya (BIOBBN) sistemi' sayəsində böcəklər müəyyən edilmiş hədəfə çatarkən maneələri dəf edə bilirlər.
Tədqiqatçılar bildirirlər ki, bu sistem iki fərqli naviqasiya alqoritmini ehtiva edir. Sadə mühitlərdə istifadə edilən sistem daha böyük elektron bel çantası tələb etdiyi halda, mürəkkəb ərazilərdə istifadə edilən sistem daha yüngül avadanlıqla işləyir.
Axtarış-xilasetmə və kəşfiyyat məqsədləri üçün istifadə oluna bilər
Kiberböcəklər zəlzələ və müharibələr kimi fəlakətlərdə dağıntılar altında qalanları aşkar etmək üçün istifadə edilə bilər.
Dar tunellərdə, boru kəmərlərində və insanların çətin çıxışı olan ərazilərdə kəşfiyyat potensialına malik olan bu texnologiya ətraf mühitin monitorinqi və mədəni irs obyektlərinin qorunması üçün də qiymətləndirilə bilər.
“Bu biohibrid naviqasiya sistemi bizə mexaniki robotların düşmə kimi üzləşdiyi fundamental problemlərin öhdəsindən gəlməyə kömək edə bilər”, - Osaka Universitetindən Keisuke Morishima bildirib.
"Bu, real dünya şəraitində istifadə üçün uyğun bir həll təklif edir" dedi.
Bununla belə, tədqiqat qrupu böcəklərin bu vəziyyətə necə reaksiya verməsi ilə bağlı daha çox araşdırmaya ehtiyac olduğunu bildirir.
Bu araşdırma Soft Robotics jurnalında dərc olunub.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Zelenski: Rusiya ABŞ-nin təklifləri ilə razı olsa, müvafiq addımlar atılacaq
“Ciddədə aparılan danışıqlar konstruktiv idi. Rusiya onların nəticələrindən imtina edəcəyi halda Vaşinqtonun təsirli addımlar atacağını ehtimal etmək olar”.Citypost.az xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski deyib:“Ümumilikdə ABŞ tərəfi bizim müharibənin tezliklə bitməsinə yönələn sürətli addımlar atmağımızı istəyirdi. Lakin onlar bunu etmədiyimizi gördükdə bizə hərbi dəstəyin davam etdiriləcəyinə dair vəd verdilər. Mən bunu müsbət qiymətləndirirəm. Rusiya da bizim kimi ABŞ-nin təklifləri ilə razı olduğunu nümayiş etdirsə buna müvafiq addımlar atılacaq. Ciddədə aparılan danışlqları ümumiyyətlə konstruktiv adlandırardım. Çünki onun nəticəsində ABŞ ölkəmizə yardımları bərpa etdi. Müzakirələr zamanı Rusiyanın atəşkəsi pozacağı halda bu ölkəyə sanksiyaların tətbiqi də diqqət mərkəzində olub, lakin bu barədə...
12 Mart 2025, 18:29

Saturn ətrafında 128 yeni peyk kəşf edilib
Alimlər Saturn ətrafında fırlanan 128 yeni, əvvəllər naməlum peyk aşkar ediblər. Beynəlxalq Astronomiya İttifaqı tərəfindən rəsmi olaraq tanınan bu kəşflə Saturnun məlum peyklərinin sayı 274-ə yüksəldi.
12 Mart 2025, 18:00

Əraqçı: "Yaxın günlərdə İran Trampdan məktub alacaq"
İranın xarici işlər naziri Abbas Əraqçi ərəb dövlətinin İslam Respublikasındakı nümayəndəsinin yaxın bir neçə gün ərzində ABŞ prezidenti Donald Trampın məktubunu təhvil verəcəyini bildirib.
12 Mart 2025, 17:51

Ay Qanlı Aya çevrilməyə hazırlaşır
Bu cümə axşamı gecəsi, təxminən iki il yarımdan sonra Yerin peyki qırmızıya çevriləcək.
12 Mart 2025, 17:36

Mask Trampın siyasi işlərinə 100 milyon dollar ianə etməyi planlaşdırır
Amerikalı iş adamı İlon Maskın baş məsləhətçisi olduğu prezident Donald Trampın siyasi əməliyyatları üçün 100 milyon dollar ianə verməyi planlaşdırdığı bildirilir.
12 Mart 2025, 17:30

İran XİN Təhlükəsizlik Şurasının nüvə proqramı üzrə qapalı iclasını yersiz hesab edir
İranın xarici işlər naziri Abbas Əraqçi İngiltərə, Fransa, ABŞ və digər üç ölkənin İran İslam Respublikasının artan uranın zənginləşdirilməsi sürətini müzakirə etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qapalı iclasının keçirilməsi tələbini tənqid edib.
12 Mart 2025, 17:17