Bizə yazın

Baku

-°C

USD

-

Milli Məclisin sədri Şimali Makedoniya Prezidenti ilə görüşüb  

Siyasət 12 Mart 2025, 16:48

112

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, iki ölkə arasında siyasi əlaqələrin inkişafında yüksək səviyyəli səfərlər və görüşlər xüsusi rol oynayır.

Bildirilib ki, bu səfər Azərbaycan və Şimali Makedoniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi ilə üst-üstə düşür. Ötən illər ərzində Azərbaycan və Şimali Makedoniya dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanaraq ikitərəfli əlaqələr qurub.

Söhbət zamanı qeyd olunub ki, bu gün iqtisadiyyat, ticarət, sərmayə, enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əlaqələri gücləndirmək və əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı perspektivlər mövcuddur və bu məsələlər ölkə başçıları arasında keçirilən görüşdə müzakirə edilib.

Şimali Makedoniya Respublikasının Prezidenti Azərbaycanı dost və yaxın ölkə adlandırıb, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Sahibə Qafarova diqqətə çatdırıb ki, ikitərəfli və çoxtərəfli əlaqələrə müsbət və əhəmiyyətli təsir göstərən amillərdən biri parlamentlər arasındakı qarşılıqlı əlaqələrdir. Bu baxımdan qanunverici orqanları arasında münasibətlərin daha da genişləndirilməsinin, o cümlədən beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.

Görüşdə təhsil və mədəniyyət sahələrindəki əməkdaşlığın əhəmiyyəti qeyd olunaraq, vurğunaıb ki, humanitar sahədə əməkdaşlıq ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Prezident Qordana Silyanovska-Davkova Azərbaycanın zəngin mədəni irsə malik olduğunu söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da müzakirələr aparılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanı qəbul edib.

12 Mart 2025, 18:14

Prezident İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib.

12 Mart 2025, 11:30

Əli Əsədov yeni qərar imzaladı

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər təsdiqlənib.Citypost.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərar həmin müəssisələrdə göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edir.Qərarda xidmətlərin təşkili istiqaməti üzrə müəssisələrdə uşaqların əqli, fiziki və psixoloji inkişafının təmin edilməsi üçün uyğun şəraitin yaradılması, müəssisələrdə çalışan işçilərin icbari tibbi müayinədən keçirilməsi, uşaqlara dair fərdi məlumatların toplanılması, işlənilməsi, mühafizəsi və digər zəruri tələblər öz əksini tapır.Eyni zamanda uşaq müəssisələrində yaşayış şəraiti, (təhlükəsizliyin təşkili, yanğından mühafizə, sanitariya-gigiyena və əksepidemik rejimin norma və qaydalarına riayət edilməsi) habelə qidalanmanın qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun təşkilinə dair tələblər müəyyən...

12 Mart 2025, 10:54

Azərbaycan və Şimali Makedoniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB  

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər.

11 Mart 2025, 15:56

Gürcüstan Prezidenti Sahibə Qafarovanı qəbul edib  

Gürcüstanda səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Prezidenti Mixail Kavelaşvili tərəfindən qəbul edilib.

11 Mart 2025, 14:31

Prezidentlər görüşüb

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ilə təkbətək görüşü olub. CityPost.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

11 Mart 2025, 12:03