Bizə yazın

Baku

-°C

USD

-

9 nəfər Azərbaycana buraxılmadı  

Cəmiyyət 02 Aprel 2025, 12:30

820

Dövlət Sərhəd Xidməti tərəfindən 2025-ci ilin mart ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib.

Bu barədə Citypost.az-a DSX-dən məlumat verilib.

Bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 13 nəfər saxlanılıb. Onların 4-ü Azərbaycan, 3-ü İran, 2-si Əfqanıstan, 2-si Pakistan, 1-i Şri-Lanka, 1-i Türkiyə vətəndaşı olub.

İran İslam Respublikasından 2 pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmış, uçuş aparatları zərərsizləşdirilib.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb.

Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 850 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 319 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilmiş 489 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 9 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 293 kiloqram 867 qram narkоtik vasitə, 4116 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 3 milyon 955 min 218 manat оlan qaçaqmal, о cümlədən dron, pnevmatik tapança və ona məxsus qırmalar, dərman vasitələri, pirotexniki vasitələr, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Buraxılış imtahanlarının nəticələri bu tarixdə açıqlanacaq  

Martın 2-də keçirilmiş buraxılış imtahanlarının cavablarının bu həftənin sonuna elan olunacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov deyib.O bildirib ki, martın 9-da təşkil olunmuş imtahanın cavabı isə prosesə uyğun olaraq 6 həftədən sonra məlum olacaq.Qeyd edək ki, martın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Martın 3-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılıb....

08 Aprel 2025, 23:43

Azərbaycan səhnə danışığı sənətinin banilərindən Əzizağa Quliyev vəfat edib  

Azərbaycan səhnə danışığı sənətinin banilərindən olan alim Əzizağa Quliyev vəfat edib.Bu barədə Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov məlumat verib.O bildirib ki, Əzizağa Quliyev bu gün vəfat edib.Qeyd edək ki, Əzizağa Quliyev teatr sahəsində bir çox metodoloji vəsaitin müəllifi və tərcüməçi eyni zamanda Azərbaycan səhnə danışığının inkişafında əvəzsiz xidmətlər göstərib.(apa)

08 Aprel 2025, 23:04

“TikTok” Azərbaycan üzrə 3 milyondan çox videonu silib  

“TikTok” sosial şəbəkəsi 2024-cü ildə Azərbaycan üzrə silinən videoların sayını açıqlayıb.Citypost.az xəbər verir ki, 2024-cü ilin nəticələrinə əsasən Azərbaycanda:İcma Qaydalarının pozulması səbəbindən 3,1 milyondan çox video silinib (2023-cü ildə bu rəqəm 2 milyondan bir qədər çox idi);Videoların 97%-i istifadəçilərin şikayət etməsindən əvvəl – proaktiv şəkildə silinib;Videoların 94%-i paylaşılmasından sonra 24 saat ərzində silinib;Videoların 90%-i isə heç bir istifadəçi onları izləmədən silinib;770 min canlı yayım müxtəlif qayda pozuntularına görə bloklanıb.//Yenisabah.az...

08 Aprel 2025, 22:59

Xanlar Vəliyevin yeni vəzifəsi nə olacaq? 

Xəbər verdiyimiz kimi, Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatıb.“Qafqazinfo”nun məlumatına görə, təqaüdə göndərilən Vəliyevin tezliklə yeni işinin başında olacağı ehtimal edilir.Belə ki, sabiq Hərbi prokuror bundan sonra Konstitusiya Məhkəməsinin hakimi kimi fəaliyyətini davam etdirə bilər.Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edərək, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olma yaş həddini 70-dən 75-ə artırıb. Bu səbəbdən hazırda 70 yaşı olan Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat göndərilə bilər.Qeyd edək ki, daha öncə 69 yaşında ədliyyə naziri vəzifəsindən azad edilən Fikrət Məmmədov da Konstitusiya Məhkəməsinin hakimi təyin olunub....

08 Aprel 2025, 20:42

Bakının bəzi ərazilərində qaz olmayacaq  

Yasamal rayonu, Landau küçəsində qeyri-yaşayış binasına təbii qazın verilməsi, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində qaz xəttinin korroziyaya uğramış hissəsinin yenisi ilə əvəz olunması məqsədi ilə 09.04.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.“Azəriqaz”dan Citypost.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonu üzrə K.Kazımzadə, Ə.Ələkbərov, Landau, A.Sultanova, H.Cavid, M.Rahim küçələrinin, Xəzər rayonu üzrə isə R.Axundov, A.Mirzəyev, Dənizkənarı küçələrinin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq....

08 Aprel 2025, 17:44

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Citypost.az xəbər verir ki, müraciətdə deyilir:"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 9-dan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin dəyişərək qeyri-sabit və fasilələrlə yağıntılı olacağı, yağışın ayrı-ayrı yerlərdə intensivləşəcəyi və dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır.Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi seldən qorunmaq üçün sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı...

08 Aprel 2025, 17:17