Bizə yazın

Baku

-°C

USD

-

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Cəmiyyət 08 Aprel 2025, 17:00

910

Aprelin 9-12-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan MR, Quba, Siyəzən, Şirvan, Astara, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Beyləqan, Ağdərə, Xankəndi, Şuşa, Xocavənd, Şabran, Xaçmaz, Biləsuvar, Salyan, Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi, Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Göyçay, Cəlilabad, Masallı, Lənkəran, Göygöl, Füzuli, Qubadlı, Gədəbəy, Balakən, Şəki, Qax, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı və Ağsuda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Gəncə, Naftalan, Mingəçevir, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Qobustan, Daşkəsən, Lerik, Yardımlı, Qusar, Xızı və Neftçalada şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

FHN: Sabunçuda tuneldən suyun çəkilməsi işləri yekunlaşıb  

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində paytaxtın Sabunçu rayonunda Dəmiryol stansiyası yaxınlığında yerləşən tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.Nazirlikdən 

16 Aprel 2025, 21:24

BDYPİ hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdərlıq edib  

Ölkə ərazisində gün ərzində müşahidə olunan güclü və fasiləsiz yağıntılar nəticəsində bəzi yol sahələrində su yığılması, yol örtüyünün sürüşkən hala gəlməsi, yol çökməsi, eləcə də görünüş məsafəsinin azalması halları qeydə alınır.

16 Aprel 2025, 20:17

Sabah bu ərazilərdə qaz olmayacaq

Şərur rayonunun bir sıra kəndlərində sabah qaz təchizatında fasilə yaranacaq.CityPost.az xəbər verir ki, 159 mm boruya keçid verilməsi ilə əlaqədar Şərur rayonu Oğlanqala, Dizə, Mahmudkənd, Cəlilkənd, Zeyvə və Düdəngə kəndlərində aprelin 17-də saat 09:30 dan 17:00 dək qaz təchizatı müvəqqəti dayandırılacaq.Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

16 Aprel 2025, 18:44

Polis gölə düşən sürücünü qucağına götürdü... - Video  

Bakının Qaradağ rayonunda “Leksus” markalı avtomobil yol kənarındakı su hövzəsinə düşüb.CityPost.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev video yayıb.Boğulma təhlükəsi ilə üzləşən və nəqliyyat vasitəsində köməksiz qalan sürücü polis əməkdaşlarının köməyi ilə xilas edilib.(axar.az)

16 Aprel 2025, 17:34

"Bu il özəl daşıyıcılar Bakıya 100-dən çox avtobus gətirəcək"-AYNA

Bakıda sərnişin avtobuslarının sayının 2800-ə çatdırılması nəzərdə tutulur.CityPost.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.“Ötən il Bakıda gün ərzində fəalliyyət göstərən avtobusların sayı 2160-a çatdırılıb. 2025-ci ildə özəl daşıyıcılar tərəfindən Bakıya 100-dən artıq avtobusun gətirilməsi gözlənilir. Bakıda nağdsız ödəniş sisteminə qoşulan avtobusların sayı 2023-cü illə müqayisədə 43% artaraq taxminan 2000 avtobusa çatdırılıb”, - deyə T.Səfərov qeyd edib....

16 Aprel 2025, 17:23

III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibi dəyişib - SƏRƏNCAM  

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, Təşkilat Komitəsinin üzvləri sırasına Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin və Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavinləri daxil edilib. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı, eyni zamanda Bərdə Rayon İcra Hakimiyyəti başçısının, Goranboy Rayon İcra Hakimiyyəti başçısının, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının, Qazax Rayon İcra Hakimiyyəti başçısının, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının, Tərtər Rayon İcra Hakimiyyəti başçısının və Tovuz Rayon İcra Hakimiyyəti...

16 Aprel 2025, 17:22