Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda nağdsız ödənişlərin payı 69 %-ə çatıb

İqtisadiyyat 29 Oktyabr 2026, 12:45

380

Azərbaycanda milli ödəniş sisteminin dövriyyəsi 46 % artıb.

Citypost.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, milli ödəniş sistemi üzrə sentyabr ayının nəticələrinə əsasən, dövriyyə 862 milyard manat olub: "Kart vasitəsilə ölkədaxili əməliyyatlar üzrə nağdsız dövriyyənin xüsusi çəkisi 69 % təşkil edib. Ümumilikdə, kart vasitəsilə ölkədaxili əməliyyatların həcmi 64,6 milyard manat olub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 8 % çoxdur. Ölkədaxili nağdsız əməliyyatların həcmi isə 80 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % artım deməkdir".

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan neftinin qiyməti 4% azalıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,11 dollar və ya 4% azalaraq 122,49 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 127,6 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

28 Oktyabr 2026, 09:30

Azərbaycanda bankların aktivləri və kredit portfeli artıb

Bu il oktyabrın 1-i tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 63 milyard 621.7 milyon manat təşkil edib.Citypost.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,3% çoxdur.Həmin dövrə bankların cəmi öhdəlikləri 55 milyard 783 milyon manat, balans kapitalı 7 milyard 838.7 milyon manat olub.Sentyabr ayında bankların cəmi aktivləri 1,8%, cəmi öhdəlikləri 1,9%, balans kapitalı isə 1.1% artıb. Hesabat ayında bankların kredit portfeli isə 2,6% və ya 860.5 milyon manat artaraq 33 milyard 684.7 milyon manat olub....

27 Oktyabr 2026, 11:41

Azərbaycan neftinin bir bareli 118,53 dollara yüksəlib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,27 dollar və ya 1,95% artaraq 118.53 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 116,26 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

20 Oktyabr 2026, 10:38

Azərbaycan neft bitumu ixracını 3,5 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 14 min 948,33 ton neft bitumu ixrac edib.Citypost.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 4 milyon 629,25 min ABŞ dolları təşkil edib.Bu, 2025-ci ilin 9 ayı ilə müqayisədə müvafiq olaraq 3,5 dəfə və 4,1 dəfə çoxdur.Ötən 9 ay ərzində neft bitumunun ölkənin ümumi ixracında payı 0,02 % olub.Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın "Ai-92", dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi...

19 Oktyabr 2026, 13:17

Azərbaycan nefti 128 dollar civarında ticarət olunur

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,75 dollar və ya 2,85% azalaraq 127,87 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 131,62 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

14 Oktyabr 2026, 09:47

Azərbaycan neftinin qiyməti 131 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,81 dollar və ya 0,62 artaraq 131,62 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 130,81 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

13 Oktyabr 2026, 09:39