Bizə yazın

Baku

-°C

USD

-

Ceyhun Bayramov: TDT daha səmərəli fəaliyyət göstərməlidir

Siyasət 29 Oktyabr 2026, 12:46

2311

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada TDT-yə üzv olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.

XİN-dən Citypost.az-a verilən xəbərə görə, nazir çıxışında ilk olaraq Türkiyəni Cümhuriyyətin yaranmasının 103-cü ildönümü münasibətilə təbrik edib.

Ceyhun Bayramov Azərbaycanın TDT-yə sədrliyinin prioritetlərinin əməkdaşlığın inkişaf etdirilməsi, ortaq tarixi və mədəni irsin qorunması, xalqlarımızı birləşdirən əlaqələrin möhkəmləndirilməsi, institusional səmərəliliyin artırılması, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, eləcə də təşkilatın beynəlxalq mövqeyinin gücləndirilməsindən ibarət olduğunu bildirib.

O qeyd edib ki, bu prioritetlər 2025-ci ilin oktyabrında Qəbələdə keçirilən TDT Dövlət Başçıları Şurasının sammitində bir daha təsdiqlənib.

Nazir qlobal münaqişələrin davam etdiyi, beynəlxalq hüquqa çağırışların artdığı və qlobal təhlükəsizlik arxitekturasının zəifliklərinin üzə çıxdığı bir şəraitdə qarşılıqlı etimadın, ortaq maraqların və həmrəyliyin əhəmiyyətini vurğulayıb.

Azərbaycan xarici işlər naziri siyasi dialoqun və təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd edərək, Bakıda Təhlükəsizlik Şuraları katiblərinin görüşünün bu baxımdan əhəmiyyətini diqqətə çatdırıb.

O, müdafiə sənayesi sahəsində birgə istehsal və texnoloji əməkdaşlıq üzrə 2027-ci il üçün Yol Xəritəsinin qəbul edilməsinin vacibliyini də vurğulayıb.

Nazir ticarət, investisiya, nəqliyyat bağlantıları, enerji, maliyyə, rəqəmsal inkişaf, innovasiya və yeni texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxunub.

Çıxışda humanitar və mədəni təşəbbüslər də diqqətə çatdırılıb. Bu çərçivədə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi, Şuşada dini məsələlərə cavabdeh dövlət qurumlarının rəhbərlərinin ilk görüşü və Bakıda Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının 7-ci iclası qeyd olunub.

Ceyhun Bayramov BMT Baş Assambleyasında TDT-yə müşahidəçi statusunun verilməsini təmin etmək məqsədilə Nyu-Yorkda aparılan birgə diplomatik səylərin əhəmiyyətini vurğulayıb. O, həmçinin TDT+ formatının üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirib.

Nazir qərarların effektiv icrasının təmin olunmasının, milli qurumların davamlı iştirakının, eləcə də TDT Katibliyinin əldə olunan irəliləyişlərin monitorinqi və fəaliyyətlərin əlaqələndirilməsində rolunun gücləndirilməsinin vacibliyini qeyd edib.

Ceyhun Bayramov Azərbaycanın təşkilatın daha səmərəli fəaliyyət göstərməsi və üzv dövlətlər arasında əməkdaşlığın daha məhsuldar olması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31 Liderlər Sammitində geyimi ilə diqqət çəkib.Citypost.az Globalinfo.az-a istinadən əbər verir ki, Ərdoğan sammitdə Türkiyənin milli döyüş təyyarəsi KAAN-ın təsviri olan qalstuk taxıb.Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) tərəfindən xüsusi hazırlanmış yaşıl fonlu qalstukun üzərində KAAN təyyarəsinin motivləri əks olunub.Prezident Ərdoğanın milli döyüş təyyarəsinin simvolikasını əks etdirən bu seçimi ölkənin müdafiə sənayesinə verilən önəmin nümayişi kimi qiymətləndirilir....

11 Noyabr 2026, 21:30

Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq müzakirə olunub

Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov Acarıstan Hökumətinin sədri Zurab Pataradze ilə görüşüb."Report"un Gürcüstan bürosu xəbər verir ki, Batumidə keçirilən görüşdə tərəflər Azərbaycan və Gürcüstan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.Görüşdə logistika və nəqliyyat, tikinti, iqtisadiyyat, ticarət, investisiya və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinə diqqət yetirilib.Birgə layihələrin həyata keçirilməsi və yeni iqtisadi imkanların yaradılması məsələləri də müzakirə olunub.Tərəflər Azərbaycan-Gürcüstan münasibətlərinin ikitərəfli və çoxtərəfli formatlarda inkişafı, eləcə də regional əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar...

11 Noyabr 2026, 18:18

Antalyada COP31 Liderlər Sammiti keçirilir, Prezident və birinci xanım tədbirdə iştirak edir

Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilir.APA-nın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak edirlər.

11 Noyabr 2026, 15:07

Rövşən Muradov: Konstitusiya milli iradənin siyasi və hüquqi ifadəsidir

Azərbaycan xalqının dövlətçilik tarixində mühüm siyasi qərarların əhəmiyyəti onların yalnız qəbul edildiyi dövrün tələblərinə cavab verməsi ilə məhdudlaşmır. Bu qərarların əsl tarixi dəyəri milli maraqların qorunmasına, dövlət institutlarının möhkəmlənməsinə və gələcək nəsillər üçün davamlı inkişaf imkanlarının yaradılmasına göstərdiyi təsirlə müəyyən olunur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhz belə tarixi sənədlərdəndir. Əsas Qanunumuz xalqın dövlət hakimiyyətinin mənbəyi olması prinsipini təsbit etməklə müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını möhkəmləndirmiş, milli iradənin siyasi və institusional ifadəsinə çevrilmişdir.Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Citypost.az-a açıqlamasında bildirib.Millət vəkili qeyd edib ki, Azərbaycanın konstitusiya quruculuğu tarixi müxtəlif siyasi mərhələlərdə milli...

11 Noyabr 2026, 14:37

İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib

Noyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəldi."Report"un Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş dövlət başçısını qarşıladılar.

11 Noyabr 2026, 13:09

Zaur Şükürov: Konstitusiya Azərbaycanın sabit inkişafının hüquqi bazasıdır

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olan 12 Noyabr - Konstitusiya Günü müstəqil Azərbaycan Respublikasının siyasi-hüquqi inkişafında yeni mərhələnin əsasını formalaşdıran, dövlət müstəqilliyinin hüquqi və institusional əsaslarını müəyyənləşdirən, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun fundamental prinsiplərini təsbit edən, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına yönəlmiş mühüm tarixi hadisə kimi xüsusi əhəmiyyət daşıyır. Çünki 1995-ci il noyabrın 12-də ümumxalq referendumunun nəticəsi olaraq qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın azad iradəsinin ifadəsinə çevrilməklə yanaşı, müstəqil dövlətimizin gələcək inkişaf yolunu müəyyən edən ən mühüm siyasi-hüquqi sənəd kimi tarixə yazılmışdır.Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Citypost.az- açıqlamasında bildirib.Zaur Şükürovun...

11 Noyabr 2026, 10:11