Bizə yazın

Baku

-°C

USD

-

Mir Şahindən SƏRT SÖZLƏR

Cəmiyyət 28 Oktyabr 2026, 23:46

588

Bu gün 225 saylı orta məktəbdə 7-ci sinif şagirdinin ölümü ilə bağlı hadisəni işıqlandıran əməkdaşlarımıza hücum edilib.

REAL TV-nin Baş direktoru Mir Şahin Ağayev sosial şəbəkə hesabında hadisə ilə bağlı açıqlama yayıb:

"Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV əməkdaşlarına qarşı kütləvi azğınlıqda iştirak edənlərin hər biri öz layiqli cəzasını alacaq! Buna qəti şübhəm yoxdur! Daxili İşlər Nazirliyinin əməkdaşlarına hadisə ilə bağlı xəbər verilən kimi operativ yanaşma və tam diqqət təmin edilib. Araşdırma və cəzaya çatdırma prosesi sonadək bizim xüsusi diqqətimizdə olacaq. Məni heyrətə gətirən həm də əslində məsumluq yaşında olmalı yeniyetmələr qrupunun içində bu qədər nifrətin, amansızlığın olmasıdır. Mən problemin kökündə küçə xuliqanlığının yeniyetmələrimizin hələ formalaşmamış şüurunda qabarıq təzahürü ilə yanaşı son zənglərdə oxunan kriminal mahnılardan da notlar görürəm. 

Real Təhlil İnformasiya Mərkəzinin Baş direktoru kimi rəsmən bildirirəm: Bu vəhşiliyi törədənlərin heç biri Azərbaycan Qanunundan kənarda qalmayacaq. Məktəb tərbiyəsinə hazır olmayanların islah edilməsi başqa müstəvidə-müvafiq düşərgələrdə həyata keçirilməlidir! Dünən bir məktəbdə pəncərələrə daş, bu gün başqa bir məktəbdə operatora təpik atanlarla ən sərt şəkildə davranılmalıdır. Onlar cəmiyyətə layiq olmaq istəmirlərsə, ləyaqətə hüquqi və qanuni yollarla məcbur edilməlidir. Kimin hansı şüur və ya antişüur düşərgəsində yerləşməsinə baxmayaraq. Baş verənlər növbəti dəfə onu sübut edir ki, orta ümumi təhsil müəssisələrimizdə dünyəvi təhsil sisteminin normalarının tam bərqərar edilməsi günün ən vacib məsələlərindəndir. Bu sahədə qayda yaratmaq isə təkcə Azərbaycanın hüquq mühafizə orqanlarının qayğısı olmamalıdır"

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ramizin qızı HARDADIR?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti olmasına qərar verilib.Hökmdə, həmçinin, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb. Ramiz Mehdiyevin əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də hökmdə əksini tapıb.Oktyabrın 28-də isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.CityPost.az  Ölkə.az-a istinadla xəbər verir ki, bütün bunlarla bağlı onun qızı, Bakı...

28 Oktyabr 2026, 23:31

Pərviz Abubəkirov işdən çıxarıldı

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov vəzifəsindən ayrılıb. Citypost.az Bizim.Media-ya istinadən xəbər verir ki, Pərviz Abubəkirov bu gün artıq rəsmi şəkildə işindən uzaqlaşdırılıb.Qeyd edək ki, Pərviz Abubəkirov Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2018-ci ildə təyin olunmuşdu.

28 Oktyabr 2026, 22:45

Bakıda məktəbdə DƏHŞƏT!Yaralılar var -HADİSƏ ANININ VİDEOSU

Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV-nin əməkdaşlarına hücum olub.Citypost.az  xəbər verir ki, bu barədə telekanalın əməkdaşı Mahir Məmmədli feysbuk hesabında paylaşım edib.Bildirilib ki, hadisə zamanı operator müxtəlif dərəcəli bədən xəsarətləri alıb:"Xəbər verildiyi kimi, oktyabrın 28-də həmin məktəbin 7-ci sinif şagirdi olan qız dərs zamanı pəncərədən yıxılıb. Telekanalın əməkdaşları hadisə ilə əlaqədar məktəbə gediblər. Orta məktəbin qarovulçusunun təkidi ilə bir qrup şəxs məktəbin həyətində çəkiliş qrupuna hücum edib. Hadisə nəticəsində operatorumuz müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əməkdaşlarımız dərhal DİN-in 102 xidmətinə məlumat veriblər və hadisə çevik qaydada nəzarətə götürülüb. Mətbuat nümayəndələrinə qarşı hüquqazidd əməl törətmiş şəxslərə qarşı...

28 Oktyabr 2026, 22:01

İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib

Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib.Citypost.az  xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib."İspaniyadakı faciəvi qatar qəzasına görə dərindən kədərləndik.Baş nazir Pedro Sançesə, qurbanların ailələrinə və İspaniya xalqına səmimi başsağlığımı bildirirəm.Bütün yaralılara tezliklə sağalmağı arzulayıram", - paylaşımda bildirilib.

28 Oktyabr 2026, 21:58

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Citypost.az-a məlumat verilib.Bildirilib ki, 2025-ci ildə Bakı şəhərində birgə yaşadıqları mənzildə həyat yoldaşı ilə aralarında yaranmış mübahisə zamanı ona bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı İbrahimov Rüstəm Hüseyn oğlunun yeri Çin Xalq Respublikasında müəyyən olunub və o, həbs edilib:"Nazirliyin səlahiyyətli qurum olduğu “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslim etmə haqqında” 17.03.2005-ci il...

28 Oktyabr 2026, 21:45

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik ilə görüşüb.Citypost.az  xəbər verir ki, görüşdə Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Fondun İslam dünyasında və digər ölkələrdə təhsil, sosial dəstək sahələrində həyata keçirdiyi layihələrə görə 2025-ci ildə “Həmdan-ICESCO” mükafatına layiq görüldüyü xatırlanıb. Eyni zamanda, Heydər Əliyev Fondunun fəaliyyəti dövründə təhsil və sosial sahələrə hər zaman önəm verdiyi qeyd olunub.Bu baxımdan Heydər Əliyev Fondu ilə ICESCO arasında mədəniyyət, elm, təhsil və yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsini, birgə layihələrin icrasını nəzərdə tutan memorandumun, o...

28 Oktyabr 2026, 20:45