Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanın mədəniyyətlərarası əməkdaşlığa töhfəsi

Cəmiyyət 29 Oktyabr 2026, 12:53

2201

2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə çıxış edərək mədəniyyətlərarası və dinlərarası dialoqun əhəmiyyətini, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini və Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi təşəbbüsləri diqqətə çatdırıb.

Dövlət başçısı çıxışında Forumun ötən illər ərzində beynəlxalq səviyyədə mühüm dialoq platformasına çevrildiyini vurğulayıb. Bildirilib ki, tədbirdə 100-dən artıq ölkədən nümayəndələrin iştirakı və 2000-dən çox şəxsin qeydiyyatdan keçməsi bu təşəbbüsə göstərilən böyük marağın göstəricisidir. Prezident İlham Əliyev Forumun təşkilində tərəfdaşların, xüsusilə BMT-nin Sivilizasiyalar Alyansının rolunu qeyd edərək, uzun illər ərzində qurulan əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Möhtərəm Prezident çıxışında Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin birgə yaşadığı məkan olduğunu diqqətə çatdırıb. Ölkəmizdə formalaşmış multikulturalizm ənənələri, qarşılıqlı hörmət və tolerantlıq mühiti xalqımızın zəngin mənəvi dəyərlərinin mühüm tərkib hissəsidir. Azərbaycan müxtəlif mədəniyyətlərin yaxınlaşmasına, xalqlar arasında anlaşmanın möhkəmləndirilməsinə və beynəlxalq dialoqun inkişafına daim töhfə verir.

Müasir dünyada münaqişələrin, qarşıdurmaların və qarşılıqlı etimadsızlığın artdığı bir şəraitdə mədəniyyətlərarası dialoqun əhəmiyyəti daha da yüksəlir. Belə bir dövrdə dövlətlər və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi, fərqli baxışlara hörmətlə yanaşılması və ortaq maraqların müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Forum müxtəlif ölkələrin nümayəndələrinə aktual qlobal problemləri müzakirə etmək, təcrübə mübadiləsi aparmaq və əməkdaşlığın yeni imkanlarını müəyyənləşdirmək üçün mühüm şərait yaradır.

Azərbaycanın beynəlxalq təşəbbüsləri sırasında Bakı Prosesi xüsusi yer tutur. Mədəniyyətlər və dinlər arasında dialoqun təşviqinə yönəlmiş bu təşəbbüs ölkəmizin qlobal miqyasda sülhün, qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrin bariz nümunəsidir. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də Azərbaycanın beynəlxalq dialoqun inkişafına və humanitar əməkdaşlığın genişlənməsinə verdiyi önəmi bir daha nümayiş etdirir.

Forumun “Ortaq gələcək naminə dialoq” mövzusu müasir dövrün əsas çağırışları ilə səsləşir. Çünki bəşəriyyətin davamlı inkişafı yalnız qarşılıqlı hörmət, anlaşma və birgə fəaliyyət əsasında mümkündür. İnsanların dini, milli və mədəni fərqliliklərinə baxmayaraq, sülh və təhlükəsizlik naminə bir araya gəlməsi, ümumi problemlərin həlli istiqamətində səylərini birləşdirməsi böyük əhəmiyyət kəsb edir.

Beləliklə, cənab Prezident VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın multikulturalizm dəyərlərinə sadiqliyini, beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələri və qlobal dialoqun gücləndirilməsindəki rolunu bir daha ön plana çıxarıb. Bakıda keçirilən bu mötəbər tədbir xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və daha təhlükəsiz, sabit gələcəyin qurulması baxımından mühüm əhəmiyyət daşıyır.

Nazim Bünyatov - Yeni Azərbaycan Partiyasının (YAP) Ağcabədi rayon təşkilatının sədr müavini

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA

“Biz artıq bir neçə ildir ki, ali təhsildə çox uğurla adambaşı maliyyələşmə mexanizmini tətbiq edirik. Yəni ali təhsil müəssisələrinə vəsait, onun saxlama xərcləri üzrə yox, hər qəbul olan tələbəyə görə ödənilir. Bu mexanizmin uğurunu nəzərə alaraq, hökumət tərəfindən qərar qəbul edilib ki, bunu tədricən ümumi təhsildə də tətbiq etməyə başlayaq. Ona görə də cari və növbəti illərdə məktəblərimizin bir qismi adambaşı maliyyələşmə mexanizminə keçəcək”.CityPost.az  xəbər verir ki, bu sözləri Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.“Düşünürük ki, adambaşına maliyyələşmə kifayət qədər uğurlu...

06 Noyabr 2026, 22:53

Bu il pensiyalar daha az artacaq - Deputat

Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının 7,5 faiz artırılacağı proqnozlaşdırılır. Gələn ildən pensiyaların indeksləşdirilməsi qaydasında da dəyişiklik nəzərdə tutulur.Komitə sədri Azər Badamov Modern.az-a açıqlamasında bildirib ki, 7,5 faiz ilkin proqnozdur. Yekun indeksləşdirmə əmsalı orta aylıq nominal əməkhaqqının artımına dair rəsmi göstərici əsasında müəyyənləşdiriləcək.Badamov xatırladıb ki, 2026-cı ildə əmək pensiyaları 9,3 faiz artırılıb. Gələn il üçün proqnozlaşdırılan artım tempi bu göstəricidən 1,8 faiz bəndi aşağıdır.Komitə sədrinin sözlərinə görə, nəzərdə tutulan yeni qaydaya əsasən, orta aylıq əməkhaqqından aşağı olan pensiyalara indeksləşdirmə əmsalı tam tətbiq ediləcək. Pensiyası orta aylıq əməkhaqqından yüksək olan şəxslərdə isə həmin həddi aşan hissəyə fərqli əmsalların tətbiqi nəzərdə tutulur. Badamov...

06 Noyabr 2026, 22:51

Şanlı Zəfər Tariximiz" adlı layihəsinin növbəti tədbiri keçirilib

Noyabrın 5-də Azərbaycan Texniki Universitetinə "Şəhid Analarına Dəstək"  İctimai Birliyinin təşkilatçılığı ilə tarixi qələbəmizi 6-cı ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "Şanlı Zəfər Tariximiz" adlı növbəti tədbiri keçirilib. Tədbirdə Texniki Universitetin rektoru Vilayət Vəliyev, millət vəkili Ceyhun Məmmədov, Azərbaycan Yazıcılar Birliyinin uzvu, Prezident təqaudcusu, “Fire Land Group”  rəhbəri Mircəlal Qurbanov, müəllim və tələbə kollektivi, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, media və ictimaiyyət numayəndələri iştirak edib.Tədbirdən öncə Ulu öndərin büstü önünə və şəhidlərin xatirə abidəsinin önünə güllər düzülüb.Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və  Azərbaycanın ərazi bütövlüyü , suverenliyi uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik...

06 Noyabr 2026, 21:25

İlham Əliyev: Ermənilər 30 il bu torpaqları viran qoymuşdular

Ermənilər 30 il bu torpaqları viran qoymuşdular, bir daşı daş üstə qoyulmamışdır. Biz isə cəmi altı il ərzində 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq, onlar üçün mümkün olan ən gözəl şərait yaratmışıq.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında sakinlərlə söhbəti zamanı bildirib.Dövlət başçısı Azərbaycanın müharibədə Qələbə qazandığını vurğulayıb:"Sülh şəraitində yaşayan xalqımız da qurub-yaradır"....

06 Noyabr 2026, 20:24

“Azərbaycan Test Portalı” MMC-nin direktoru dələduzluqda ittiham olunur

Şirkət rəhbəri vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.Citypost.az xəbər verir ki, “Azərbaycan Test Portalı” MMC-nin təsisçisi və direktoru Nihad Məmmədov vətəndaşlardan işə düzəltmək adı ilə 300 min manata yaxın pul almaqda ittiham olunur.Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.İttihama görə, o, işə qəbul edilən vətəndaşlarla əmək müqavilələri bağlasa da, onlara əməkhaqqı ödənilməyib.Bu gün cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən hazırlıq iclasında tərəflərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.Məlum olub ki, təqsirləndirilən Nihad Məmmədov istintaq dövründə ziyanın 15 min...

06 Noyabr 2026, 20:20

Sahibə Qafarova “Aqaba Prosesi” çərçivəsində Astanada keçirilmiş görüşdə iştirak edib

Noyabrın 6-da Qazaxıstanın paytaxtı Astana şəhərində “Süni intellekt sahəsində təhlükəsizlik” mövzusunda “Aqaba Prosesi” çərçivəsində Mərkəzi Asiya Dövlət Başçılarının Görüşü keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.Bildirilib ki, tədbirdə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, İordaniya Kralı II Abdullah bin Əl-Hüseyn, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdımuhamedov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Qırğızıstanın xarici işlər naziri Cenbek Kulubayev və digər rəsmi şəxslər iştirak ediblər.Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını görüş iştirakçılarına çatdırıb.Spiker çıxışında Azərbaycanda rəqəmsal texnologiyalar...

06 Noyabr 2026, 20:09