Ramiz Mehdiyev harada dəfn olunacaq?
Cəmiyyət 29 Oktyabr 2026, 15:21
808
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 14 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və əmlakının mediada tirajlanması ictimaiyyətdə təəccüblə qarşılanıb.
Ramiz Mehdiyevin və ailəsinin hazırda hansı evdə yaşadığı bəlli deyil.
Sosial şəbəkələrdəki ictimai müzakirələrdə "Boz kardinal"ın səhhətindən də bəhs olunur. Çünki məhkəmə onun sağlamlıq vəziyyəti və yaşını nəzərə alaraq cəzanın real çəkilməsinə zərurət görülməyib, şərti məhkumluğu önə çəkib.
Bəzi məlumatlara görə, 88 yaşlı Ramiz Mehdiyev bir neçə xəstəlikdən əziyyət çəkir. Hətta onun 14 illik məhkumluq müddətini tam yaşaya bilməyəcəyini idda edənlər də var. Amma əgər akademik ölməyib sağ qalsa, o zaman onun cəzası 2039-ci ildə - 101 yaşında başa çatacaq.
Bəs 2039-ci ilədək əcəl "Boz kardinal"ı yaxalasa necə, onu harada dəfn edə bilərlər?
CityPost.az xəbər verir ki,Modern.az mümkün ehtimmalları araşdırıb.
Bəribaşdan qeyd edək ki, istisnasız olaraq Birinci Fəxri xiyabanın qapıları Ramiz Mehdiyevin üzünə qapanıb.
Həmçinin oxuyun
"Qurd Qapısı qəbiristanlığında" dəfn oluna bilər.
Ramiz Mehdiyevin mülklərindən danışdıqda ilk yada düşən Tbilisi prospektindəki 8 milyon dollarlıq villasıdır. Onun hazırda da orada yaşadığı ehtimal olunur. Lakin həmin villa yaxınlığında qəbiristanlıq mövcud deyil. Ona görə də Tbilisi prospektinə coğrafi baxımdan ən yaxın şəhər məzarlığı "Qurd Qapısı" adlandırılan Yasamal qəbiristanlığıdır.
İkinci ehtimal Novxanı kənd qəbiristanlığıdır.
Ramiz Mehdiyevin adı çəkiləndə yada düşən ünvanlardan biri də onun Novxanı qəsəbəsindəki bağ evidir. Böyük bağ sahəsində iki nəhəng villanın inşa edildiyi, ərazinin ciddi mühafizə olunduğu və müşahidə kameraları ilə izlənildiyi bildirilib. Əgər akademik qəfildən vəfat edərsə, onun Novxanı kənd qəbiristanlığında dəfn olunması da mümkün variantlardan biridir.
Badamdar qəsəbəsindəki mqəbiristanlıq da ola bilər.
Bəzi iddialarda isə qeyd olunur ki, Ramiz Mehdiyev Badamdar qəsəbəsində, Botanika bağı yaxınlığındakı çoxmərtəbəli binanın elit mənzilində yaşayır. Əgər bu iddialar düzdürsə, o zaman Ramiz Mehdiyev ölümündən sonra Badamdar qəbiristanlığında da torpağa tapşırıla bilər..
Ramiz Mehdiyev 2024-cü ilə qədər dünyadan köçsəydi, yüksək statusuna görə yəqin ki, Birinci Fəxri xiyabanda dəfn olunacaqdı.
“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub
“Avrora Qrup”a daxil olan “Tamstore” supermarketlər şəbəkəsi bu il məhsulların göstərilən qiymətdən baha satılması ilə bağlı ən çox protokol tərtib olunan supermarket olub.Citypost.az Plat.az-a istinadla xəbər verir ki, “Tam Store” MMC barəsində ümumilikdə 5 inzibati xəta haqqında protokol tərtib edilib.Şirkət barəsində yanvarın 22-də, martın 3-də və 18-də qida məhsullarının, avqustun 20-də və sentyabrın 29-da isə qeyri-qida məhsullarının üzərində göstərilmiş qiymətdən baha satılması ilə bağlı protokollar tərtib olunub. Başqa sözlə, sənəddə bu hallarda alıcılardan məhsulun göstərilən qiymətindən artıq pul alındığı qeyd edilib.Bütün protokollarda İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi göstərilib. Bu maddə malın çəkisi, ölçüsü və ya hesabı ilə bağlı istehlakçının az...
29 Oktyabr 2026, 15:29
Bakıda çipsi fırıldağı: Müdir 6 il azadlıqdan məhrum edildi
Bakıda iri supermarket şəbəkələrindən birinin keçmiş filial müdiri həbs edilib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Biləcəridə yerləşən filialın müdiri M.Hüseynov satıcı-anbardarla birgə külli miqdarda dəyəri olan malları qeyri-qanuni yolla mənimsəməkdə təqsirli bilinib.M.Hüseynov və supermarketin digər əməkdaşı E.İbrahimov barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) maddəsi ilə açılmış işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Məhkəmədə bildirilib ki, hər iki şəxs əlbir olaraq Biləcəri qəsəbəsində yerləşən marketin anbarından 103 467 manat dəyərində malı kassaya vurmadan qeyri-qanuni formada çıxararaq gizli şəkildə başqa sahibkarlara satıblar. Mənimsəmə yolu ilə ələ keçirilən mallardan 11 400 manatlıq hissəsi “Lays” çipsiləri olub.Məhkəmə iclasında zərərçəkmiş şirkətin nümayəndəsi bildirib ki,...
29 Oktyabr 2026, 14:57
Azərbaycanda görkəmli şəxs VƏFAT ETDİ
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova vəfat edib.Bu barədə universitetdən məlumat verilib. Qeyd edək ki, Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunun Pirçivan qəsəbəsində anadan olub. 1959-1964-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 1966-1969-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda aspirant olub. 1968-1969-cu illərdə AMEA Rəyasət Heyətinin qərarı ilə elmi tədqiqatlar aparmaq üçün Ukrayna Elmlər Akademiyasının Yarımkeçiricilər Fizikası İnstitutuna ezam olunub. 1970-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 1987-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1995-ci ildə isə professor elmi adını alıb.O, 1964-1982-ci illərdə AMEA-nın Fizika İnstitutunda, 1982-1992-ci illərdə isə Moskva şəhərində Tətbiqi Fizika...
29 Oktyabr 2026, 14:54
Səudiyyə Ərəbistanının korrupsiya ilə mübarizə orqanının rəhbəri Azərbaycanda təltif edilib
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin əmri ilə Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə Orqanının (Nazaha) prezidenti Mazin bin İbrahim Əl-Kəhmus “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı ilə təltif olunub.Citypost.az xəbər verir ki, bu gun prokurorluqda kecirilən mərasimdə Kamran Əliyev medalı həmkarına təqdim edib.Medal Mazin bin İbrahim Əl-Kəhmusa Azərbaycan və Səudiyyə Ərəbistanının müvafiq orqanları arasında səmərəli əməkdaşlığın təşkilinə, işgüzar və dostluq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində göstərdiyi xüsusi xidmətlərə görə təqdim edilib.Təltifetmə mərasimi Azərbaycanın prokurorluq və Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə orqanının rəhbərlərinin yüksək səviyyəli görüşü çərçivəsində keçirilib....
29 Oktyabr 2026, 14:45
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsində baş tutub.
29 Oktyabr 2026, 14:22
ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub
Bu il yanvarın 1-dən oktyabrın 15-dək "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin qatarlarında 800-dən çox əşya unudulub.Bu barədə Citypost.az-a ADY-dən məlumat verilib.Bildirilib ki, bu, orta hesabla ayda təxminən 90 əşya deməkdir."Sərnişinlərimizin ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, telefon və adapterlər, sənədlər, bank kartları və yemək qablarıdır. Ən çox əşya Bakı-Sumqayıt, Bakı-Tbilisi və Bakı-Gəncə marşrutlarında unudulur. Unudulan əşyaların 250-yə yaxını (təxminən 30 %-i) əməkdaşlarımız tərəfindən sahiblərinə təhvil verilib. Qalanları isə hələ də sahiblərini gözləyir. Sərnişinlərimizə qatardan düşərkən diqqətli olmağı və əşyalarını götürməyi unutmamağı tövsiyə edirik. Qatarda, yaxud vağzal ərazisində əşyalarını unudan sərnişinlər vağzal növbətçisinə və ya 1822 Əlaqə Mərkəzinə müraciət...
29 Oktyabr 2026, 13:50