Ramiz Mehdiyev komandası hücuma keçdi, İKİ DEPUTAT İFŞA EDİLDİ
Cəmiyyət 26 Oktyabr 2025, 22:47
533
Ana Vətən Partiyasının qurultayında baş verənlər, partiyanın qurucusu, siyasi quruma uzun illər rəhbərlik etmiş Fəzail Ağamalının sədrliyi deputat qızı Günay Ağamalıya ötürə bilməməsi, oğlu Elçin Ağamalı ilə aralarında yaşanan qalmaqal ətrafında müzakirələr davam edir.
CityPost.az xəbər verir ki, Fəzail Ağamalının deputatlıqdan geri çəkilib, “yerini” qızına verməsindən sonra partiyanın sədri postuna da G.Ağamalını gətirmə istəyi oğlu Elçinin dirənişi səbəbindən alınmayıb. Maraqlıdır ki, Elçin Ağamalının qurultay üzvlərinin səsini qazandığını əks etdirən görüntülər də var.
Bununla paralel olaraq digər YAP-çı deputat, siyasi elmlər doktoru, professor Elman Nəsirovun birinci nikahdan olan qız övladının sosial şəbəkədə müraciət yayması və atasını ittiham etməsi də müşahidə edildi ki, bəziləri bu hadisələr arasında artıq “ümumi əlaqə” tapmağa çalışırlar.
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd maddələri ilə suçlanması və barəsində ev həbsi qərarı verilməsindən sonra onun əleyhinə ən çox danışan Fəzail Ağamalı oldu və bu da təsadüfi deyil. Çünki Fəzail Ağamalı hələ 2000-ci illərdən, Ramiz Mehdiyevin faktiki olaraq ölkənin ikinci adamı statusunda olduğu vaxt ona qarşı mübarizə aparmış və ictimai şəkildə PA rəhbərini kəskin tənqi etmişdi. Fəzail Ağamalı nadir şəxslərdən idi ki, R.Mehdiyevi öz komandasına və xidmət etdiyi liderə xəyanətdə də ittiham etmişdi.
Bütün bu çıxışlar hazırda “Ramiz Mehdiyev əleyhinə danışmaq haqqına sahib olan azsaylı şəxslərdən biri” kimi bütün diqqəti Fəzail Ağamalının üzərinə yönəldib və AVP sədri də bundan qətiyyən imtina etmir, bir çox məqamları, yaxın tarixdə baş verənləri yenidən xatırladır.
Həmçinin oxuyun
Elman Nəsirovun isə əksinə, Ramiz Mehdiyevin birbaşa dəstəyi və yardımı ilə siyasi karyera qurduğu haqda müəyyən iddialar mövcuddur. Elman Nəsirov həmçinin YAP-dan seçilən deputatlar arasında hazırlıqlı, polemika qabiliyyəti ilə seçilən şəxsdir və buna görə də Ramiz Mehdiyev ətrafında gedən müzakirələrdə istər-istəməz sualları və ittihamları cavablandırmalı olur.
Baxmayaraq ki, E.Nəsirov indiyə qədər R.Mehdiyev haqda sərt ifadələr işlətməyib, bəzi konspiroloji yanaşmalar artıq sosial şəbəkələrdə də yayılmaqdadır. İddia edilir ki, həm Fəzail Ağamalı, həm də Elman Nəsirovla bağlı baş verənlər qəsdən seçilib və bu, hər iki “düşərgəyə” - həm Ramiz Mehdiyevlə uzun müddət mübarizə aparan və hazırda da sözü üzünə deyənlər, həm də Ramiz Mehdiyevin sayəsində karyera quran, ancaq indi siyasi konyekturaya uyğun olaraq PA-nın sabiq rəhbəri haqda sərt ifadə işlədənlərə dolayısı xəbərdarlıqdır.
Bildirilir ki, bu, Ramiz Mehdiyevin pulu ilə fəaliyyət göstərən komandasının ilk hücumudur. Məqsəd hər iki tərəfə onlara aid kompromatlara sahib olmasını və yaxud hazırda da onların siyasi fəaliyyətinə təsir etmək gücünü nümayiş etdirmək, beləliklə də onların R.Mehdiyev haqda danışmasına imkan verməməkdir.
Fəzail Ağamalı ilə bağlı baş verənlərin timsalında hallanan ehtimal bir qədər şübhəli görünə bilərdi, çünki “opponent” öz oğludur. Ancaq Fəzail Ağamalının 1996-cı ildə parlamentdə Sankt-Peterburqa səfər heyətindən çıxarılmasına etiraz etdiyi çıxışının tapılması, “7 gün” qəzetinin 29 ildən sonra həmin informasiyanı dərc etdiyi hissəsinin paylaşılması sanki bu proseslər arasında konspiroloqlara yeni fürsət və imkan verir. Bu şübhəyə sovet illərində MK-nın ideoloji katibi olan Ramiz Mehdiyevin Gəncəyə səfəri zamanı onu Fəzail Ağamalının qarşılamasını əks etdirən fotonun indi yenidən gündəmə gəlməsini də əlavə etmək olar.
Ona görə də bəziləri bu “ifşa”ların davam edəcəyini də istisna etmir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ramiz Mehdiyevin kürəkəni sükutu pozdu: Keçmiş deputatı İFŞA ETDİ
Son günlər medianın əsas müzakirə mövzusu Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində ittihamlar və onun ev dustaqlığına məhkum edilməsi ictimai rezonans doğurub.Müzakirə edilən mövzulardan biri də Ramiz Mehdiyevin vaxtı ilə "krişalıq" etdiyi şəxslərlə bağlıdır. Onun malı-mülkü,villaları,ailə biznesi də günlərdir gündəm yaradıb.CityPost.az -a məlumat verən mənbə bildirib ki,Ramiz Mehdiyevin sıx biznes əlaqələri olduğu şəxslərdən biri də keçmiş deputat,hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əsabil Qasımovdur.Mənbənin bildirdiyinə görə, Əsabil Qasımov uzun müddət Ramiz Mehdiyevin kürəkəni ,sabiq millət vəkili,sahibkar İlham Əliyevlə iş birliyində olub.Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin bu iş birliyi Əsabil Qasımova məxsus "Karat Holdinq"...
25 Oktyabr 2025, 13:57
Ramiz Mehdiyevin iç üzünü açan Fəzail Ağamalının özünün iş üzü açıldı...
Zaman-zaman medianın gündəminə rəngarəng mövzularla gələn “Ana Vətən” Partiyasının sədri,keçmiş deputat,son seçkilərdə yerinə qızı Günel Ağamalını seçdirməyə müvəffəq olmuş Fəzail Ağamalının o vaxtlar Kirovabad Texnologiya İnistutunda (Red - indiki Gəncə Texnologiya Universiteti) ötən əsrin 80-ci illərində işlədiyi zaman Ramiz Mehdiyevlə çəkdirmiş olduğu şəkli onun kimliyini,daha doğrusu “boz kardinal”la köhnə tanışlar olduğunu,onun barəsində söylədiklərinin cəfəngiyyat olduğunu bir daha ortaya qoydu.CityPost.az-ın etibarlı mənbədən aldığı məlumata görə,Fəzail Ağamalı o zaman Kirovabad Texnologiya İnistutunda bir xanım tələbəsinə qarşı “şorgözlük” etdiyi üçün işdən qovulub.Mətbuatın yaydığı xəbərə görə,həmin foto şəkil müəllim Fəzail Ağamalı Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin o zamanki ideologiya işləri üzrə katibi olmuş Ramiz...
25 Oktyabr 2025, 12:45
Elman Nəsirov qızının yaydığı VİDEODAN DANIŞDI
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirovun qızı olduğunu iddia edən Laləzər Əliyeva sosial şəbəkədə yayımladığı çıxışı ilə gündəm olub.Laləzər Əliyeva atasının illərlə onunla maraqlanmadığını, hazırda isə ailə içində çətin vəziyyətdə qaldığını bildirib.CityPost.az xəbər verir ki,Globalinfo.az məsələ ilə bağlı Elman Nəsirovla əlaqə saxlayıb.O, bununla bağlı şərhi olmadığını deyib:“Bu, radikal müxalifətin işidir, çünki onların hədəfindəyəm. Radikallarla ömrümün sonunadək mübarizədə olacağam. Onlar o qədər tükənib ki, başqa insanlardan əleyhimə istifadə edirlər. Yazıqsınız!”Göründüyü kimi, deputat Elman Nəsirov Laləzər Əliyevanın onun qızı olduğunu birmənalı şəkildə inkar etmir. Bu da iddiaların doğru olduğuna dair müəyyən qənaət formalaşdırır....
25 Oktyabr 2025, 12:13
Prezident İlham Əliyev Qubadlının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında Qubadlı şəhərinin işğaldan azad olunmasının 5-ci ildönümü münasibətilə paylaşım edib.CityPost.az xəbər verir ki, paylaşımda "Zəfər Tariximiz: 25 Oktyabr 2020-ci il Qubadlı" sözləri yer alıb.
25 Oktyabr 2025, 10:25
Təhlükəsizlik Şurasından qovulan təhlükəli adamın elmə vurduğu daha bir zərbə...
Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri,Azərbaycanın ən təhlükəli adamı hesab olunan Ramiz Mehdiyevin adı ölkənin Təhlükəsizlik Şurasının rəsmi saytından çıxarılıb.Onun yaxın günlərdə hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasından da uzaqlaşdırılacağı gözlənilir.Bu barədə YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə mətbuata məlumat verib.Bu arada boz kardinalın dolayı yollarla elmin pik zirvəsinə - akademik tutuluna qədər yüksəlməsi və hətta,qısa bir müddət də olsa AMEA-ya prezidentlik etməsi heyrət doğurur.Mehdiyevlər ailəsində (oğulluğu Levan Qurskayanı çıxmaq şərti ilə) 3 professor və bir akademik var.Güman etmək olar ki, onun ailə üzvləri də hamısı boz kardinalın özü kimi elmə saxta yollarla gəliblər.Yəni ki,onların da elmi işlərini başqaları yazıb.Ramiz Mehdiyevin...
24 Oktyabr 2025, 14:54
Yardımlıda avtomobil yolunun təmirinə iki milyon manat ayrılıb - SƏRƏNCAM
İki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yardımlı–Deman–Arvana avtomobil yolunun dağılmış hissəsi bərpa olunacaq və istinad divarları tikiləcək.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla bu məqsəd üçün dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə avtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycanın 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq tapşırılıb....
24 Oktyabr 2025, 13:05