Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Cəmiyyət 28 Oktyabr 2026, 20:45
383
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik ilə görüşüb.
Citypost.az xəbər verir ki, görüşdə Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Fondun İslam dünyasında və digər ölkələrdə təhsil, sosial dəstək sahələrində həyata keçirdiyi layihələrə görə 2025-ci ildə “Həmdan-ICESCO” mükafatına layiq görüldüyü xatırlanıb. Eyni zamanda, Heydər Əliyev Fondunun fəaliyyəti dövründə təhsil və sosial sahələrə hər zaman önəm verdiyi qeyd olunub.
Bu baxımdan Heydər Əliyev Fondu ilə ICESCO arasında mədəniyyət, elm, təhsil və yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsini, birgə layihələrin icrasını nəzərdə tutan memorandumun, o cümlədən Burkina-Faso və Nigerin üç regionunda münaqişədən zərər çəkmiş qadınların imkanlarının genişləndirilməsi və sosial inklüzivlik istiqamətində layihələrə dair 2025-ci ildə imzalanmış sazişin əhəmiyyəti vurğulanıb.
Görüşdən sonra Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair saziş imzalanıb. Saziş bir sıra mühüm layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu layihələrdən biri “Natəvan Mədəni İrs Mükafatı”nın (Natavan Heritage Excellence Award) növbəti təqdimatının keçirilməsi ilə bağlıdır. Heydər Əliyev Fondunun və ICESCO-nun birgə təsis etdiyi “Natəvan Mədəni İrs Mükafatı” maddi irsin qorunması və idarə edilməsi sahəsində qabaqcıl təcrübəni bölüşmək, təşviq etmək məqsədi daşıyır.
Həmçinin oxuyun
Yeni saziş üzrə əməkdaşlığın digər istiqaməti “Qərbi Afrikada mədəniyyət və inkişaf vasitəsilə sülh” adlı regional layihənin həyata keçirilməsidir. Toqo, Burkina-Faso, Niger, Benin və Kot-d’İvuarı əhatə edəcək layihə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, mədəni irsin qorunması, institusional və peşəkar potensialın gücləndirilməsi, habelə gənclərin və qadınların proseslərə fəal cəlb olunmasına yönələcək.
Həmçinin 2025-ci ildə Bakıda təqdimatı olmuş İslam dünyasında süni intellekt indeksinin (AI Index) davam etdirilməsi nəzərdə tutulur. Bu istiqamətdə əldə olunan nəticələrin müzakirəsi və İslam dünyası ölkələri arasında süni intellekt sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə nazirlər səviyyəsində görüşün keçirilməsi planlaşdırılır.
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən hazırlanan “Sülh kitabı”nın (Book of Peace) Azərbaycana həsr edilmiş “Harmoniya çalarları: gənclərin gözü ilə Azərbaycanda sülh və multikulturalizm” adlı III nəşrinin oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təqdimatı olub.Citypost.az xəbər verir ki, tədbirdə çıxış edən ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik zəngin mədəniyyəti, uzun illərə söykənən birgəyaşayış ənənələri və mədəniyyətlərarası dialoqa sarsılmaz sadiqliyi ilə Azərbaycanın bütün dünya üçün ilhamverici nümunə olduğunu söyləyib. O deyib ki, bu nəşr həm Azərbaycanın dialoq mədəniyyətinə ehtiramının ifadəsidir, həm də fəaliyyətə çağırışdır. “Sülh kitabı” bugünkü parçalanmış dünya üçün olduqca mühüm mesaj daşıyır. Azərbaycanın...
28 Oktyabr 2026, 20:42
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
Hərbi Hava Qüvvələri komandanının müavini – Hava Döyüş komandiri general-mayor Zaur Rüstəmov NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Qərargahının (SHAPE) Tərəfdaşlıq Baş İdarəsinin rəisinin müavini - Hərbi Əməkdaşlıq İdarəsinin rəisi briqada generalı Theodoros Stefou ilə görüşüb.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin “Mi-17-1V” tipli helikopter cütlüyünün 2-ci səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi zamanı keçirilən görüşdə Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.Görüşdə birgə həyata keçirilən fəaliyyətlər, bölmələrin hazırlıq səviyyəsi və qarşıya qoyulan tapşırıqlar barədə təqdimatlar verilib.Bu cür tədbirlərin sülhməramlı əməliyyatlara hazırlıq səviyyəsinin yüksəldilməsi, qarşılıqlı fəaliyyətin gücləndirilməsi...
28 Oktyabr 2026, 20:41
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb
Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib.Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun ev sahibliyi etdiyi tədbirdə 46 üzv dövlətlərin və müşahidəçi ölkələrin, eləcə də, 8 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 250-dən çox şəxs iştirak edir. İştirakçılar arasında müstəqil antikorrupsiya qurumlarının rəhbərləri və nazirlər olmaqla 40-dan çox yüksəkvəzifəli şəxs yer alır.Oktyabrın 28-də baş tutan tədbir çərçivəsində Azərbaycan Respublikası “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə əməkdaşlığı haqqında Məkkə əl-Mükərrəmə Konvensiyası”nı imzalayıb.Konvensiya Azərbaycan Respublikası adından Baş prokuror Kamran Əliyev tərəfindən imzalanıb. İmzalanma...
28 Oktyabr 2026, 20:32
Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Somali Federativ Respublikasının informasiya, mədəniyyət və turizm naziri Əbdülfəttah Qasim Məhəmməd ilə görüşüb.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.A. Kərimli Somalinin Forumda yüksək səviyyədə təmsil olunduğunu bildirib, dost ölkənin beynəlxalq platformalarda Azərbaycanın haqq işinə həmişə dəstək verdiyini məmnunluqla xatırladıb.Görüşdə Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.Q. Məhəmməd qlobal əhəmiyyətli tədbirə dəvətə görə təşəkkür edib, forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təbriklərini çatdırıb.Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb...
28 Oktyabr 2026, 20:00
Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Xaçmaz rayonunda leysan yağışları və selin fəsadlarının aradan qaldırılması istiqamətində bərpa-tikinti işləri aparılır və bu çərçivədə Caqacuq çayı üzərində yeni körpü inşa olunur.Bu barədə "Report"a AAYDA-dan məlumat verilib.Bildirilib ki, görülən işlər çərçivəsində Aşağızeyid-Bərqov kəndlərini birləşdirən avtomobil yolunun Caqacuq çayı üzərindən keçən hissəsində iki aşırımlı yeni körpü inşa olunur.Layihəyə əsasən, körpüyə yanaşma yollarının, həmçinin çay sularının axınının tənzimlənməsinə xidmət edən sunizamlayıcı qanadların bərpası nəzərdə tutulur.Həyata keçirilən tədbirlərin əsas məqsədi yol infrastrukturunun dayanıqlılığını artırmaq, sel sularının yarada biləcəyi fəsadların qarşısını almaq və vətəndaşların təhlükəsiz, fasiləsiz hərəkətini təmin etməkdir.Qeyd edək ki, leysan yağışları və selin fəsadlarının...
28 Oktyabr 2026, 19:45
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
"Cənnətin ariyası" adlı layihə çərçivəsində 2 saylı uşaq evinin və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin sakinlərinin birgə iştirakı ilə konsert proqramı təqdim olunub.Citypost.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva konsertdə iştirak ediblər.Onlar uşaq evinin və sosial xidmət müəssisələrinin sakinləri ilə səmimi söhbət edib, xatirə şəkilləri çəkdiriblər.Qeyd edək ki, "Cənnətin ariyası" layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilir....
28 Oktyabr 2026, 19:28