Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan Dövlət Pantomima Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

Sənət aləmi 28 Oktyabr 2026, 21:24

481

Azərbaycan Dövlət Pantomima Teatrı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18–23 oktyabr 2026-cı il tarixlərində Özbəkistanın Əndican şəhərində keçirilən IV TÜRKSOY Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib.

Citypost.az xəbər verir ki, teatrın yaradıcı şöbə müdürü, Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Vaqifoğlunun Hüseyn Cavidin eyniadlı əsərinin motivləri əsasında hazırladığı “İblis” tamaşası festivalın “Ən yaxşı səhnə plastikası” nominasiyası üzrə mükafata layiq görülüb.

Oktyabrın 21-də Əndican Kukla Teatrının səhnəsində nümayiş olunan 40 dəqiqəlik tamaşa qeyri-ənənəvi səhnə dili, fərqli rejissor yozumu və aktyorların plastik ifadə imkanları ilə festival iştirakçılarının böyük marağına səbəb olub.

Janr olaraq plastik deşünçə kimi təyin edilən “İblis” insanın öz daxilindəki şəri görmək əvəzinə günahkarı başqalarında axtarmasından, hakimiyyət ehtirasından, mənəvi məsuliyyətdən və insan təbiətinin ziddiyyətlərindən bəhs edir. Əsərdə hadisələr sözsüz, aktyorların bədən dili, hərəkət, musiqi və işıq vasitəsilə təqdim olunur.

Tamaşa ənənəvi pantomima anlayışından fərqlənən bədii-estetik yanaşması ilə yerli tamaşaçıların və teatr mütəxəssislərinin diqqətini cəlb edib. Festival müddətində yaradıcı heyətlə görüşən iştirakçılar tamaşa haqqında təəssüratlarını bölüşərək Azərbaycan pantomima sənətinə böyük maraq göstəriblər.

Festivalın yekununda Azərbaycan Dövlət Pantomima Teatrının “İblis” tamaşası “Ən yaxşı səhnə plastikası” nominasiyası üzrə mükafata layiq görülərək xüsusi diplom və festivalın mükafat heykəlciyi ilə təltif olunub.

Bununla yanaşı, TÜRKSOY-un Baş katibi Sultan Rayev tərəfindən teatrın direktoru Yarməmməd Qurbanov, teatrın yaradıcı işlər üzrə direktor müavini Ceyhun Dadaşov və yaradıcı şöbə müdürü, tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Bəhruz Vaqifoğlu (Əhmədli) festivalda iştiraklarına və yaradıcılıq töhfələrinə görə xüsusi təşəkkür lövhələri ilə təltif ediliblər.

Azərbaycan Dövlət Pantomima Teatrı isə beynəlxalq festivalda iştirakına və verdiyi töhfələrə görə TÜRKSOY təşkilatının xatirə təltifinə layiq görülüb.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğlu,quruluşçu rəssamı Xəyyam Səmmədov, xoreoqrafı əməkdar artist Səbinə Hacıyeva, işıq üzrə rəssamı Ramiz İsmayılov

musiqi operatoru Natella Bədəlovadır.

Səhnə əsərində Əməkdar artist Səbinə Hacıyeva, aktyorlar Nurlan Rüstəmov, Nuridə Musabəyli, Səbirə Həsənova, Elxan Şahaliyev, Solmaz Bədəlova, Cavad Nuriyev, Jalə Novruzova, Elmin Qiyaslı və Hüseyin İsmayılov ifa ediblər.

“İblis” tamaşasının beynəlxalq mükafata layiq görülməsi Azərbaycan teatr sənətinin, xüsusilə milli pantomima məktəbinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm yaradıcılıq uğurudur.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Teatrşünas: “Gənc teatrşünaslar qonorar almalıdır”  

Azərbaycanda teatr tənqidinin inkişafı üçün KİV-də bu sahəyə ehtiyac yaradılmalı, gənc teatrşünaslar isə əməyinə görə qonorar almalıdır.Citypost.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Aydın Talıbzadə Oxu.az-da jurnalist Əzizə İsmayılova ilə videomüsahibəsində deyibA.Talıbzadə bildirib ki, tamaşalar tənqidə gəlmir: “Tamaşaya gedirsən, baxırsan, tamaşa tənqidə gəlmir. Bu gün birinci növbədə teatra tələbat olmalıdır tamaşaçıda. Bu, çox vacib məsələdir.”Əməkdar incəsənət xadimi siyasətdən niyə danışdığını da izah edib: “Siyasi gündəmdə olan məsələlər insanlara hədsiz dərəcədə maraqlıdır. Amma teatr bu gün insanlarda o qədər də böyük maraq yarada bilmir. Və teatr tənqiddən daim nəsə gözləyir. Əslində, bu gün teatr tənqidi də bir neçə nəfərin çiynindədir.”Teatr...

28 Oktyabr 2026, 15:54

Aydın Talıbzadə:Şəfiqə xanım bu gün teatrda heç nə edə bilməz

Bu gün Azərbaycan teatrlarında ciddi boşluq var və onu doldurmaq üçün həm teatrı, həm də tamaşaçısını sevən şəxsiyyətlər lazımdır.Citypost.az xəbər verir ki, bunu Oxu.Az-a videomüsahibəsində Əməkdar incəsənət xadimi, tanınmış teatrşünas və tənqidçi Aydın Talıbzadə deyib.Teatşünas Şəfiqə Məmmədovanın adı çəkiləndə mövzunun yalnız bir nəfərin üzərində qurulmasının düzgün olmadığını deyib.A.Talıbzadənin sözlərinə görə, sənətçi bu gün teatrda heç nə edə bilməz və bunu özü də bilir.O, Şəfiqə Məmmədovanın vaxtilə teatrdan getməsinin səbəbini də xatırladıb: “Deyirdi, Aydın, bu, məni qane etmir. İstədiyim rollarda istədiyim sənətimi göstərə bilmirəm”.Aydın Talıbzadə əlavə edib ki, sənətçinin təbliğatla məşğul olması üçün də elə bir iş ortaya qoyulmalıdır ki, o,...

28 Oktyabr 2026, 15:43

Xalq artisti Zaur Rzayevin vəziyyəti kritik-ağırdır

Xalq artisti Zaur Rzayevin son vəziyyəti məlum olub.Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.Bildirilib ki, Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 74 yaşlı Zaur Rzayevin vəziyyəti kritik-ağır qiymətləndirilir.Qeyd edək ki, oktyabrın 14-ü onun vəziyyəti pisləşib və dərhal xəstəxanaya yerləşdirilib.

27 Oktyabr 2026, 16:05

Dilarə Əliyevaya vəzifə verildi

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib.Modern.az olay.az-a istinadən xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub.Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq.

24 Oktyabr 2026, 15:20

Serdar Ortaç azərbaycanlı müğənnilərin ifasını paylaşdı

Serdar Ortaç azərbaycanlı ifaçıların onun mahnısını səsləndirdiyi görüntüləri paylaşıb.Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, türkiyəli müğənninin bəstəsini Sevil və Sevinc bacıları, eləcə də Nurlan Təhməzli ifa ediblər.Səfərovalar ona təşəkkür edərək şərh bölməsində bu sözləri yazıblar: pizza mizza“Serdar bəy, çox sağ olun! Bizi çox sevindirdiniz. Allah sizdən razı olsun, bizim dəyərli sənətkarımız!

21 Oktyabr 2026, 18:00

Bakıda "Ovsunlanmış meşə" sərgisi keçiriləcək

Rəssam Kamilə Muradovanın "Ovsunlanmış meşə" sərgisi oktyabrın 22-də "Nine Senses Art Center"də açılacaq.Citypost.az  xəbər verir ki, ekspozisiya "Fly to Baku. Art Weekend. Sense the Future NOW" mədəniyyət tədbiri çərçivəsində təşkil olunub.Layihə insan bədəni, təbiət və kollektiv yaddaşın qarşılıqlı əlaqəsinin vizual-fəlsəfi tədqiqatından ibarətdir.Əsərlər seriyasının yaradılması üçün başlanğıc nöqtəsi Şuşadakı köhnə tut bağı olub. Əsrlik ağaclar burada sadəcə təbii landşaftın bir hissəsi deyil, həm də tarixin şahidləri və regionun mədəni yaddaşının qoruyucuları kimi çıxış edir.Rəssamın tədqiqatının mərkəzində ağacın anatomiyası dayanır: köklərin gizli strukturundan tutmuş budaqların, yarpaqların və çiçəklərin zərif cizgilərinə qədər. K.Muradova təbii formalarla insan bədəni arasında bənzərliklər aparır: qabığın fakturası dərini...

20 Oktyabr 2026, 18:19