Bu gündən bu yol bağlanır
Cəmiyyət 29 Oktyabr 2026, 08:20
520
Bu gündən saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək.
Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Bundan əlavə, Koroğlu Rəhimov və Təbriz küçələrinin qovşağında yolun hərəkət hissəsinin genişləndirilməsi üçün ayırıcı zolağın sökülməsi işlərinə start veriləcək.
Həmçinin oxuyun
"Aparılacaq təmir işləri səbəbindən həmin ərazilərdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Sürücülərdən alternativ marşrutlardan yararlanmaları, yolda diqqətli olmaları və görülən işlərə anlayışla yanaşmaları xahiş edilir", - AAYDA bildirir.
Nailə Balayeva jurnalistlərə hücuma görə məsuliyyət tələb etdi
Jurnalist Nailə Balayeva 255 saylı məktəbin qarşısında bir qrup yeniyetmənin jurnalistlərə hücum etməsinə münasibət bildirib və hadisəyə görə məsuliyyət daşıyan şəxslərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Nailə Balayeva hadisəni rəzalət adlandıraraq, ilk növbədə, yeniyetmələrin valideynlərinin məsuliyyət məsələsinin araşdırılmalı olduğunu qeyd edib. O, həmçinin məktəbdə təhlükəsizlik xidmətinin olub-olmadığını və hadisə zamanı nə üçün müdaxilə edilmədiyini sual edib.Jurnalist baş verənlərin valideynlərdə narahatlıq yaratdığını vurğulayaraq, məktəb ərazisində belə bir hadisənin baş verməsinin ciddi suallar doğurduğunu bildirib.“Harada olub bu məktəbin direktoru? Ümid edək, yaxın vaxtlarda həm Elm və Təhsil Nazirliyi, həm də DİN məsələyə aydınlıq gətirəcək”,...
29 Oktyabr 2026, 08:48
Amal Amaşov: “Məktəblər artıq təhlükə mənbəyinə çevrilib”
Jurnalist Amal Amaşov məktəblərdə baş verən zorakılıq hadisələrindən narahatlığını ifadə edərək təhsil müəssisələrində təhlükəsizlik və tərbiyə məsələlərinin ciddi şəkildə nəzərdən keçirilməsinə çağırıb.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Amal Amaşov bildirib ki, məktəblərdə baş verən hadisələr valideynlərdə ciddi narahatlıq yaradır. İki oğlunun fərqli məktəblərdə təhsil aldığını qeyd edən jurnalist onların hər gün evə sağ-salamat qayıtması üçün narahatlıq keçirdiyini vurğulayıb.O, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyini və şəxsən nazir Emin Əmrullayevi məktəblərdəki vəziyyətə ciddi yanaşmağa çağırıb. Jurnalistin sözlərinə görə, çəkiliş zamanı operatorun məktəblilər tərəfindən döyülməsi təhsil müəssisələrində artan təhlükənin növbəti göstəricisidir.Amal Amaşov qeyd edib ki, yeniyetmələrin məktəblərdə...
29 Oktyabr 2026, 08:45
Bakıda bu yollarda sıxlıq var
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;5. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;6. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;7. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;8. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;10. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə...
29 Oktyabr 2026, 08:43
Vasif Ayan məktəblilərin operatora hücumunu tənqid edib: “Nədir bu aqressiya?”
Mədəniyyət yazarı, kino araşdırmaçısı və jurnalist Vasif Ayan məktəblilərin çəkiliş aparan operatora hücum etməsinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Vasif Ayan bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O, məktəbli uşaqların tərbiyəsi ilə ciddi şəkildə məşğul olmağın vacibliyini vurğulayıb. Jurnalistin sözlərinə görə, çəkiliş məqsədilə məktəbin həyətində olan operatorun bir qrup şagird tərəfindən döyülməsi ciddi narahatlıq doğurur.“Özü də elə zərbə vururdular, elə bil əllərinə bir erməni düşmüşdü. Ay bala, sizin nə həddinizə adam döymək? Nədir bu aqressiya?” – deyə Vasif Ayan yazıb.Mədəniyyət yazarı məktəblərdə psixoloqların şagirdlərlə profilaktik söhbətlər aparıb-aparmadığına da diqqət çəkib. O, xüsusilə oğlan uşaqları arasında aqressiv davranışların qarşısının alınması üçün...
29 Oktyabr 2026, 08:18
Ərtoğrul Kamalov: "Real TV əməkdaşlarına qarşı edilən bu tərbiyəsizlik cavabsız qalmamalıdır"
"Barometr TV"nin təsisçisi və direktoru Ərtoğrul Kamalov Real TV əməkdaşlarına qarşı törədilən hadisəyə sərt reaksiya verib. Citypost.az xəbər verir ki, sosial şəbəkədəki paylaşımında bildirib ki, bu hadisə cavabsız qalmamalıdır.Ə.Kamalovun sözlərinə görə, hadisəyə görə məsuliyyət daşıyanlar qanunla nəzərdə tutulan cəzanı tam çəkməlidirlər:"Real TV əməkdaşlarına qarşı edilən bu tərbiyəsizlik cavabsız qalmamalıdır. Bu adamlar qanunla nəzərdə tutulan cəzanı tam çəkməlidirlər. Azərbaycan hüquqi dövlətdir və burada qanunlar işləyir. Özünü cəngəllikdə hiss edənlər isə islah ediləcəklər".Əli ...
29 Oktyabr 2026, 08:16
İntiqam Valehoğlu jurnalistin döyülməsinə sərt reaksiya verdi: “Ən ağır cəzanı tələb edirəm!”
Tanınmış jurnalist İntiqam Valehoğlu jurnalistə qarşı zorakılıq hadisəsinə sərt etirazını bildirib və təqsirkarların ağır cəzalandırılmasını tələb edib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.İntiqam Valehoğlu yetkinlik yaşına çatmayanların törətdiyi ağır cinayətlərə görə məsuliyyət məsələsinə toxunaraq qanunvericiliyin sərtləşdirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, jurnalistə qarşı zorakılıq törədən şagirdin gələcəkdə daha ağır hüquqazidd əməllərə yol verməsi riski nəzərə alınmalıdır.Jurnalist, həmçinin ölkədə ciddi problemlər olduğu halda, az maaşla çalışan jurnalistlərin zorakılığa məruz qalmasını kəskin tənqid edib.“Həmkarlarıma edilən bu vəhşiliyi şiddətlə qınayıram və ən ağır cəzanı tələb edirəm!” – deyə İntiqam Valehoğlu bildirib.Əli ...
29 Oktyabr 2026, 08:07