Bizə yazın

Baku

-°C

USD

-

Paytaxtın bu ərazilərində işıq olmayacaq

Cəmiyyət 29 Oktyabr 2026, 08:00

398

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 29-da Yasamal, Xətai və Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində təmir işləri aparılacaq.

Citypost.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamalda Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Kazım Kazımzadə, Ümid Əkbərov, Vasif Əliyev küçələri, həmçinin Hüseyn Cavid və İnşaatçılar prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Xətai rayonunda TM-də həyata keçiriləcək təmir-təftiş və sınaq işləri zamanı Xocalı prospekti, Sergey Senyuşkin və Yusif Səfərov küçələrinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Abşeron RETSİ ərazisində yerləşən 110/35/10 kV-luq 137 saylı yarımstasiyada təmir işləri yerinə yetiriləcək. Beləliklə, saat 10:00-dan 16:00-dək 35/6 kV-luq “Pirkəşkül”, “Çaylı” və “Cəngi” yarımstansiyaları, həmçinin “Pirəkəşkül” yarımstansiyasından çıxan bir sıra 6 kV-luq hava xətləri, eləcə də Çaylı, Cəngi və Təzəkənd kəndləri müvəqqəti olaraq gərginliksiz qalacaq.

Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına xidmət edəcək.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu gündən bu yol bağlanır

Bu gündən saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Bundan əlavə, Koroğlu Rəhimov və Təbriz küçələrinin qovşağında yolun hərəkət hissəsinin genişləndirilməsi üçün ayırıcı zolağın sökülməsi işlərinə start veriləcək."Aparılacaq təmir işləri səbəbindən həmin ərazilərdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Sürücülərdən alternativ marşrutlardan yararlanmaları, yolda diqqətli olmaları və görülən işlərə anlayışla yanaşmaları xahiş edilir", - AAYDA bildirir....

29 Oktyabr 2026, 08:20

Vasif Ayan məktəblilərin operatora hücumunu tənqid edib: “Nədir bu aqressiya?”

Mədəniyyət yazarı, kino araşdırmaçısı və jurnalist Vasif Ayan məktəblilərin çəkiliş aparan operatora hücum etməsinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Vasif Ayan bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O, məktəbli uşaqların tərbiyəsi ilə ciddi şəkildə məşğul olmağın vacibliyini vurğulayıb. Jurnalistin sözlərinə görə, çəkiliş məqsədilə məktəbin həyətində olan operatorun bir qrup şagird tərəfindən döyülməsi ciddi narahatlıq doğurur.“Özü də elə zərbə vururdular, elə bil əllərinə bir erməni düşmüşdü. Ay bala, sizin nə həddinizə adam döymək? Nədir bu aqressiya?” – deyə Vasif Ayan yazıb.Mədəniyyət yazarı məktəblərdə psixoloqların şagirdlərlə profilaktik söhbətlər aparıb-aparmadığına da diqqət çəkib. O, xüsusilə oğlan uşaqları arasında aqressiv davranışların qarşısının alınması üçün...

29 Oktyabr 2026, 08:18

Ərtoğrul Kamalov: "Real TV əməkdaşlarına qarşı edilən bu tərbiyəsizlik cavabsız qalmamalıdır"

"Barometr TV"nin təsisçisi və direktoru Ərtoğrul Kamalov Real TV əməkdaşlarına qarşı törədilən hadisəyə sərt reaksiya verib. Citypost.az xəbər verir ki, sosial şəbəkədəki paylaşımında bildirib ki, bu hadisə cavabsız qalmamalıdır.Ə.Kamalovun sözlərinə görə, hadisəyə görə məsuliyyət daşıyanlar qanunla nəzərdə tutulan cəzanı tam çəkməlidirlər:"Real TV əməkdaşlarına qarşı edilən bu tərbiyəsizlik cavabsız qalmamalıdır. Bu adamlar qanunla nəzərdə tutulan cəzanı tam çəkməlidirlər. Azərbaycan hüquqi dövlətdir və burada qanunlar işləyir. Özünü cəngəllikdə hiss edənlər isə islah ediləcəklər".Əli ...

29 Oktyabr 2026, 08:16

İntiqam Valehoğlu jurnalistin döyülməsinə sərt reaksiya verdi: “Ən ağır cəzanı tələb edirəm!”

Tanınmış jurnalist İntiqam Valehoğlu jurnalistə qarşı zorakılıq hadisəsinə sərt etirazını bildirib və təqsirkarların ağır cəzalandırılmasını tələb edib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.İntiqam Valehoğlu yetkinlik yaşına çatmayanların törətdiyi ağır cinayətlərə görə məsuliyyət məsələsinə toxunaraq qanunvericiliyin sərtləşdirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, jurnalistə qarşı zorakılıq törədən şagirdin gələcəkdə daha ağır hüquqazidd əməllərə yol verməsi riski nəzərə alınmalıdır.Jurnalist, həmçinin ölkədə ciddi problemlər olduğu halda, az maaşla çalışan jurnalistlərin zorakılığa məruz qalmasını kəskin tənqid edib.“Həmkarlarıma edilən bu vəhşiliyi şiddətlə qınayıram və ən ağır cəzanı tələb edirəm!” – deyə İntiqam Valehoğlu bildirib.Əli ...

29 Oktyabr 2026, 08:07

Bu ərazilərdə qaz olmayacaq

Bu gündən Ağdaşın bəzi ərazilərində qazın verilişində fasilə olacaq.Citypost.az  xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş rayonunun H.Əliyev pr, Vaqif, SU-18, S.Səlimoğlu, İ.Millətoğlu, L.Məmmədbəyov, Ə.Bayramov, M.Əfəndizadə, H.Hacıyev, K.Kərimov küçələrinin və Qarasuqumlaq kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

29 Oktyabr 2026, 00:34

Mir Şahindən SƏRT SÖZLƏR

Bu gün 225 saylı orta məktəbdə 7-ci sinif şagirdinin ölümü ilə bağlı hadisəni işıqlandıran əməkdaşlarımıza hücum edilib.REAL TV-nin Baş direktoru Mir Şahin Ağayev sosial şəbəkə hesabında hadisə ilə bağlı açıqlama yayıb:"Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV əməkdaşlarına qarşı kütləvi azğınlıqda iştirak edənlərin hər biri öz layiqli cəzasını alacaq! Buna qəti şübhəm yoxdur! Daxili İşlər Nazirliyinin əməkdaşlarına hadisə ilə bağlı xəbər verilən kimi operativ yanaşma və tam diqqət təmin edilib. Araşdırma və cəzaya çatdırma prosesi sonadək bizim xüsusi diqqətimizdə olacaq. Məni heyrətə gətirən həm də əslində məsumluq yaşında olmalı yeniyetmələr qrupunun içində bu qədər nifrətin, amansızlığın olmasıdır....

28 Oktyabr 2026, 23:46