Bizə yazın

Baku

-°C

USD

-

Şəhid anası vəfat etdi

Cəmiyyət 30 Oktyabr 2026, 16:03

531

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib.

Citypost.az xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib.

Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək.

Qeyd edək ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayevə bu il şəhid status verilib. Prezidentin bu ilin aprelində imzaladığı Sərəncamla Raqif İsayev ölümündən sonra “Minatəmizləmə sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib. (Qafqazinfo)

Problemlərinizi bizə bildirin

077 323 55 66

Məktəb direktoru xadimənin attestatını 500 manata satdı

Azərbaycanda məktəb direktoru rəsmi sənədi saxtalaşdırıb satmaqda ittiham olunur.Citypost.az Lent.az-a istinadən xəbər verir ki, Cəlilabad rayon Mikayıllı kənd tam orta məktəbinin direktoru olan 43 yaşlı Seyfulla Məmmədov (şərti adla) törətdiyi əmələ görə hakim qarşısına çıxarılıb.Məlumata görə, rayonun Boyxanlı kənd sakini Rzaqulu Səfərov (şərti adla) oğlu üçün 11 illik tam orta təhsil attestatı almaq istəyib.Buna səbəb isə 9-cu sinifdən məktəbdən çıxarılan oğlunun hərbi xidmətdən qayıdandan sonra hərbçi kimi işə düzəldilməsi olub. Belə ki, oğlunun hərbi qulluqçu kimi işə düzəlməsi üçün 11 illik attestat tələb olunub.Rzaqulu Səfərovun sözlərinə görə, qohumlarının köməyilə Mikayıllı kənd məktəbinin direktoru ilə əlaqə saxlayalaraq, attestat lazım olduğunu deyib....

30 Oktyabr 2026, 16:35

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib.Citypost.az  xəbər verir ki, iclasda YAP-ın Vlll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavini vəzifəsinə Nizami Səfərovun namizədliyini irəli sürüblər.Sevinc Hüseynova YAP Təftiş Komissiyasının sədri, Nizami Səfərov sədr müavini seçilib.Qeyd edək ki, bundan öncə, YAP-ın Vll Qurultayından sonra da formalaşdırılmış Təftiş Komissiyasının sədri Sevinc Hüseynova, sədr müavini Nizami Səfərov olub....

30 Oktyabr 2026, 16:31

Prezident onları sevindirdi -SƏRƏNCAM

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər.3-cü dərəcəli “Əmək” ordeni iləKazakov Matvey PavloviçLeysanov Bahaddin Dəyyan oğluMustafayev Sabir Mədət oğlu“Tərəqqi” medalı iləBabayev Teymur Yusif oğluBayramov Nizami Usub oğluƏhmədiyev Zaur ƏliyeviçƏhmədov Ruslan Əlişah oğluFeyziyev Fikrət Malik oğluGözəlov Yasin Qaibqulu oğluHacıyeva Sevda Taleh qızıHəsənli Mürvət Tapdıq oğluHəsənov Azər Mirzəsən oğluHəsənova Qətibə Musa qızıHüseynbəyli İntiqam Bayram oğluXəlilov Xalıq Qurban oğluİbrahimov Yusif Süleyman oğluQasımov Niyazi Qara oğluQaybalıyev Habil Alcan oğluQuliyeva Aynurə Fikrət qızıMahmudov Elsevər Rafiq oğluMəmmədov İbrahim Niftalı...

30 Oktyabr 2026, 16:28

Hərbi xidmətə çağırış başa çatdı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Xidmətin yaydığı məlumatda qeyd olunub.Bildirilib ki, müddətli həqiqi hərbi xidmətə yola düşən bütün çağırışçılara Vətən qarşısındakı borclarını layiqincə yerinə yetirmələri və xidmət müddətində uğurlar arzulayırlar. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyası vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Mərkəzi Çağırış Komissiyasında 15 dövlət qurumu təmsil olunur....

30 Oktyabr 2026, 16:28

Azərbaycan və Malayziya hüquq-mühafizə sahəsində əməkdaşlığı gücləndirir

Baş prokuror Kamran Əliyev Azərbaycanda səfərdə olan Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Abdul Halim Aman ilə iki ölkə arasında korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı müzakirə ediblər.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü ilə əlaqədar Bakıda səfərdə olan Abdul Halim Aman ilə görüşdə Kamran Əliyev Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib.Azərbaycan ilə Malayziya arasında mövcud dostluq münasibətlərinin, siyasi əlaqələrin...

30 Oktyabr 2026, 16:15

Zəngilan məktəbliləri Zəfər Günü münasibətilə veloyürüşə qatıldı

Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Zəngilan rayonunun məktəbliləri arasında veloyürüş keçirilib.Citypost.az Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadən xəbər verir ki, 8 Noyabr – Zəfər Gününə həsr olunan veloyürüşdə Zəngilan şəhər məktəbinin, Ağalı və Məmmədbəyli kənd məktəblərinin şagirdləri, eləcə də müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının üzvləri iştirak ediblər.Tədbirin sonunda Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən veloyürüşdə iştirak edən Zəngilan məktəblilərinə velosipedlər və qoruyucu dəbilqələr hədiyyə edilib.Veloyürüşün keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə idmanın və sağlam həyat tərzinin təbliği, məktəblilərin velosiped idmanına marağının artırılması, uşaqların asudə vaxtlarının səmərəli təşkili...

30 Oktyabr 2026, 15:50