Bizə yazın

Baku

-°C

USD

-

Zahid Oruc: "Anonim şikayətlərin çoxalmasının dövlət orqanlarında sağlam mühitə təsiri”...

Cəmiyyət 30 Oktyabr 2026, 14:41

1688

Müzakirəyə təqdim edilən “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi dövlət idarəçiliyində şəffaflığın və məsuliyyətin artırılması, korrupsiyanın qarşısının alınması və ictimai nəzarətin gücləndirilməsi məqsədinə xidmət edir. Lakin sənədi dövlət qulluqçusunun hüquqları, hakimiyyət orqanları daxilində mənəvi mühit və milli təhlükəsizlik maraqları ilə birlikdə qiymətləndirməyə ehtiyac var. 

CityPost.az  xəbər verir  ki,bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.

2016-cı ildə qəbul edilən “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda məlumatvermə və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı maddələr əlavə edilmişdi. Lakin korrupsiya ilə mübarizədə məlumat verməni təşviq etmək hansı həddən sonra dövlət idarəçiliyində qarşılıqlı şübhə, idarəçiliyi diversiya etmək, rəhbər şəxslərə qarşı kampaniya aparmaq və şəxsi hesablaşma vasitəsinə çevrildiyini də müəyyənləşdirmək gərəkdir. 

Oxşar qanunların beynəlxalq təcrübəsinə nəzər saldıqda fərqli modelləri görürük. ABŞ-da Dodd–Frank qanunvericiliyi istənilən dövlət məmurunun fəaliyyəti barədə məlumat verilməsini nəzərdə tutmur, məlumatın əhəmiyyətini, sübutların etibarlılığını, şəxsin özünün hüquqpozmada iştirakını və digər halları qiymətləndirir.

Avropa Birliyində isə 2019-cu ildə qəbul edilən 1937 nömrəli Direktiv başqa istiqamətə üstünlük verir. Bilə-bilə yalan məlumat verilməsi məsuliyyətə səbəb olur,  məlumatvermə mexanizmi  böyük pul mükafatı üzərində qurulmur.

Qazaxıstanda dövlət qulluqçusunun korrupsiya barədə məlumat verməsi xidməti vəzifə kimi qiymətləndirilir, ona pul mükafatı verilməsi məhdudlaşdırılır. 

Hazırki layihədə dövlət qulluqçusunun vəzifə borcu ilə əlavə maddi həvəsləndirmə arasındakı sərhədi dəqiq müəyyənləşdirmək gərəkdir. Dövlət idarəçiliyində korrupsiyaya qarşı mübarizə aparan əməkdaşı müdafiə etmək, insanların bir-birini maddi qazanc naminə daim izləməsini, iş mühitini pozmasını, karyera və korporativ marağa görə daimi xəbərçiliyi, qarşılıqlı şübhə və ittihamların genişlənməsini, məlumatverməni korrupsiya əməliyyatına çevirməyi təşfiq etməməlidir. 

Dövlət qulluğunda sədaqət qanunsuzluğa susmağı tələb etmir,  lakin korrupsiyaya qarşı mübarizə adı ilə hər bir dövlət qulluqçusu üzərində total qanunsuz nəzarət aparmaq hüququ da verməməlidir. 

Son onillikdə beynəlxalq informasiya məkanında yayılan Panama, Paradise, Pandora sənədləri və OCCRP-nin “Azerbaijani Laundromat” araşdırması göstərdi ki, hi-tech korporasiyaları və qlobal media müasir dövrdə hakimiyyətləri ləkələmək və devirmək planında aktiv iştirak edirlər. Ölkəmizin beynəlxalq reputasiyanın zədələməyə çalışan kampaniyaların özləri korrupsiyanın içərisindədirlər.  

Xarici dövlətlərin modelləri cəmiyyətimizin tarixi təcrübəsindən və idarəçilik ənənələrindən kənarda tətbiq edə oluna bilməz. Əsassız ittihamların, anonim şikayətlərin insanların taleyinə necə təsir göstərdiyi tarixi yaddaşımızdan silinməyib. Əlbəttə, korrupsiya haqqında vicdanla məlumat verən şəxslə qərəzli xəbərçini eyniləşdirmək olmaz. Birincisi dövlət mənafeyini müdafiə edir, ikincisi isə qanundan şəxsi məqsədlərlə istifadə edir. 

Vəzifəyə yüksəlmək istəyən bir kadr rəqib hesab etdiyi həmkarı ilə bağlı qərəzli məlumat təqdim edirsə, başqa halda vəzifəli şəxs barəsində məlumatın açıqlanacağı ilə hədə-qorxu gəlirsə, ondan vəzifə, təyinat, müqavilə və ya maddi üstünlük tələb edirsə, o zaman qanun korrupsiyadan daha böyük cinayətə-sabotaja səbəb olur. 

Qanun layihəsinin mediada müzakirəsi də göstərir ki, “Rüşvət görsəniz, xəbər verərdiniz?” sualına respondentlərin cavabları kəskin şəkildə fərqlənir, ictimai rəydə parçalanma və qütbləşməni göstərir.  

Layihənin 16-cı maddəsinə əsasən, verilən məlumat təsdiqləndikdə təşkilat rəhbərinin qərarı ilə minimum əməkhaqqının 25 mislinədək mükafat ödənilə bilər. Lakin məlumatın ilkin araşdırmada təsdiqi ilə məhkəmənin yekun qərarı arasında ziddiyyət yaranarsa, əvvəlcədən ödənilmiş mükafatın taleyi necə olacaq? Mükafat almış şəxsin sonradan sübutların saxtalaşdırılmasında iştirak etdiyi müəyyən edilərsə, hansı tədbirlər görüləcək? 

Təklif edirik ki, bilə-bilə yalan məlumatın təqdim edilməsi, sübutların saxtalaşdırılması və şantaj məqsədilə məlumatdan istifadə hallarında məsuliyyətin tətbiqi dəqiqləşdirilsin, barəsində məlumat verilən şəxsə sübut təqdim etmək, araşdırmanın nəticəsindən şikayət vermək və əsassız ittihamdan dəymiş zərərin ödətdirmək imkanları da təmin edilsin. Rəhbər şəxslər və əməkdaşlar öz qanuni fəaliyyətlərinə görə əsassız ittihamlarla karyeralarının və şəxsi nüfuzlarının dağıdılacağı qorxusu altında yaşamamalıdırlar.

Dövlət orqanında çalışmaq nə toxunulmazlıq, nə də əvvəlcədən təqsirli hesab edilmək deməkdir. 

İndi əsas məsələ beynəlxalq tövsiyələri mexaniki qaydada qanunvericiliyə köçürməyə səbəb olmamalı, dövlət idarəçiliyində monoloitliyə və sağlam mühitə uyğun işlək model yaratmaqdır.

Korrupsiyaya qarşı mübarizə adı altında linçin və şantaj dövlətimizə və cəmiyyətə korrupsiyadan çox ziyan vura bilər.

Biz elə qanun qəbul etməliyik ki, korrupsiyanı ifşa edən vicdanlı insan müdafiəsiz qalmasın, lakin xalqımıza ləyaqət xidmət edən on minlərlər dövlət qulluqçuları və qanuni fəaliyyət göstərən məmurlar dövlət əsassız ittihamın girovuna çevrilməsin. 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Pensiya və sosial müavinətlərlə bağlı ŞAD XƏBƏR

2027-ci il üçün Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyənləşdirilib. Layihəyə əsasən, ölkə üzrə yaşayış minimumunun 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat olması nəzərdə tutulur.Bəs yeni göstəricilər sosial müavinətlərin məbləğinə necə təsir edəcək? Gələn il sosial ödənişlərdə təxminən neçə faizlik artım gözlənilir?CityPost.az   xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, gələn il üçün sosial ödənişlər və əməkhaqları ilə bağlı müəyyən artımların olması gözləniləndir, lakin bu artımların dəqiq məbləği və hansı kateqoriyalara şamil ediləcəyi müvafiq qərarlardan asılı olacaq:“Sosial müavinətlərin artırılması ilə bağlı qərarlar Nazirlər...

30 Oktyabr 2026, 15:17

Anar Əliyev Şuşada sakinləri qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Şuşa şəhərində Şuşa və Xocavənd rayonlarının sakinlərini qəbul edib.Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, pensiya və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailəsi üzvü və müharibə iştirakçıları da olub.Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.Nazir Anar Əliyev özünüməşğulluq proqramı çərçivəsində Şuşa şəhər sakini Zeynalov Kamil Babək oğlu üçün qurulmuş kiçik təsərrüfat sahəsinə baxış keçirib.Proqramın...

30 Oktyabr 2026, 15:17

Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

Bakının Nəsimi rayonunda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb."Report"un məlumatına görə, vətəndaşlardan birinin dələduzluğa məruz qalması barədə polisə müraciət daxil olub və keçirilən tədbirlərlə qeyd olunan əməli törədən C.Nəcəfov müəyyən olunaraq saxlanılıb.Araşdırma zamanı müəyyən edilib ki, C.Nəcəfov zərərçəkmişlə əlaqə yaradaraq onun oğluna hüquqi yardım göstərəcəyi vədini verərək zərərçəkmişdən 54 900 manat alıb.Faktla bağlı araşdırmalar davam etdirilir.

30 Oktyabr 2026, 14:58

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb.Citypost.az  xəbər verir ki, bu barədə APA-ya Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarından birində azyaşlı uşağın müəssisə direktoru tərəfindən fiziki zorakılığa məruz qalması əks olunub.Bununla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal hüquq-mühafizə orqanlarına müraciət edilib. Dövlət Komitəsinə verilən məlumata əsasən, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.Hazırda hadisənin bütün hallarının araşdırılması və faktın hüquqi qiymətləndirilməsi məqsədilə istintaq tədbirləri davam etdirilir.Qeyd edək ki, azyaşlı Badamdarda yerləşən "EOS Junior" uşaq bağçasında zorakılığa məruz...

30 Oktyabr 2026, 14:32

Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir

Noyabrın 20-dən Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq.Citypost.az  bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.Məlumata əsasən, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək."Xatırladaq ki, bu marşrut üzrə sərnişindaşıma xidməti sel hadisəsindən zərər görmüş Qax-Zaqatala dəmir yol xəttinin təmiri ilə əlaqədər müvəqqəti dayandırılıb. Təmir işləri yekunlaşıb və qeyd olunan tarixlərdən Bakı-Balakən-Bakı marşrutu ilə səfərlərin bərpası təmin ediləcək", - ADY-dən qeyd edilib.Bu il avqustun 1-də Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişin daşımaları müvəqqəti dayandırılmışdı....

30 Oktyabr 2026, 13:48

Milli Məclisin növbəti plenar iclası noyabrın 3-də keçiriləcək

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası noyabrın 3-də keçiriləcək."Report" xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova sessiyanın bugünkü - ilk iclasının yekununda məlumat verib.Spiker qeyd edib ki, plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.

30 Oktyabr 2026, 13:46