Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb
Cəmiyyət 30 Oktyabr 2026, 14:32
480
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb.
Citypost.az xəbər verir ki, bu barədə APA-ya Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarından birində azyaşlı uşağın müəssisə direktoru tərəfindən fiziki zorakılığa məruz qalması əks olunub.
Bununla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal hüquq-mühafizə orqanlarına müraciət edilib. Dövlət Komitəsinə verilən məlumata əsasən, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.
Həmçinin oxuyun
Hazırda hadisənin bütün hallarının araşdırılması və faktın hüquqi qiymətləndirilməsi məqsədilə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, azyaşlı Badamdarda yerləşən "EOS Junior" uşaq bağçasında zorakılığa məruz qalıb.
Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Bakının Nəsimi rayonunda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb."Report"un məlumatına görə, vətəndaşlardan birinin dələduzluğa məruz qalması barədə polisə müraciət daxil olub və keçirilən tədbirlərlə qeyd olunan əməli törədən C.Nəcəfov müəyyən olunaraq saxlanılıb.Araşdırma zamanı müəyyən edilib ki, C.Nəcəfov zərərçəkmişlə əlaqə yaradaraq onun oğluna hüquqi yardım göstərəcəyi vədini verərək zərərçəkmişdən 54 900 manat alıb.Faktla bağlı araşdırmalar davam etdirilir.
30 Oktyabr 2026, 14:58
Zahid Oruc: "Anonim şikayətlərin çoxalmasının dövlət orqanlarında sağlam mühitə təsiri”...
Müzakirəyə təqdim edilən “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi dövlət idarəçiliyində şəffaflığın və məsuliyyətin artırılması, korrupsiyanın qarşısının alınması və ictimai nəzarətin gücləndirilməsi məqsədinə xidmət edir. Lakin sənədi dövlət qulluqçusunun hüquqları, hakimiyyət orqanları daxilində mənəvi mühit və milli təhlükəsizlik maraqları ilə birlikdə qiymətləndirməyə ehtiyac var. CityPost.az xəbər verir ki,bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.2016-cı ildə qəbul edilən “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda məlumatvermə və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı maddələr əlavə edilmişdi. Lakin korrupsiya ilə mübarizədə məlumat verməni təşviq etmək hansı həddən sonra dövlət idarəçiliyində qarşılıqlı şübhə, idarəçiliyi diversiya etmək, rəhbər...
30 Oktyabr 2026, 14:41
Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir
Noyabrın 20-dən Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq.Citypost.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.Məlumata əsasən, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək."Xatırladaq ki, bu marşrut üzrə sərnişindaşıma xidməti sel hadisəsindən zərər görmüş Qax-Zaqatala dəmir yol xəttinin təmiri ilə əlaqədər müvəqqəti dayandırılıb. Təmir işləri yekunlaşıb və qeyd olunan tarixlərdən Bakı-Balakən-Bakı marşrutu ilə səfərlərin bərpası təmin ediləcək", - ADY-dən qeyd edilib.Bu il avqustun 1-də Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişin daşımaları müvəqqəti dayandırılmışdı....
30 Oktyabr 2026, 13:48
Milli Məclisin növbəti plenar iclası noyabrın 3-də keçiriləcək
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası noyabrın 3-də keçiriləcək."Report" xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova sessiyanın bugünkü - ilk iclasının yekununda məlumat verib.Spiker qeyd edib ki, plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.
30 Oktyabr 2026, 13:46
Sahibə Qafarova Aqil Abbasın fikirlərinə etiraz etdi: “Bu işlərə ləkə salırsınız”
“Məcburi köçkün statusuna yenidən baxılmalıdır”.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.Deputat bildirib ki, Ağdamda 100 minlik şəhər tikilir: “Təxminən 10 min ağdamlının Ağdam qeydiyyatı yoxdur, başqa rayondan evlənibsə, köçkün sayılmır. Köçkün statusuna yenidən baxılsın və bu məsələyə aydınlıq gətirilsin. Adamın Ağdam qeydiyyatı yoxdursa, yaxud başqa yerə ərə gedibsə, o niyə ağdamlı sayılmamalıdır? Məsələn, mənim atamın Ağdamda 6 otaqlı evi var, 5 bacı, 2 qardaşıq, bizə ev düşmür. O cümlədən, Bəxtiyar Əliyev də oturub burda, ona da və qardaşlarına da ev düşmür Ağdamda. Niyə düşmür?Mən 70-ci ildən Bakıda yaşayıram, amma məcburi köçkün statusum...
30 Oktyabr 2026, 13:28
Ağdam, Füzuli və Xocavəndə 15 mindən çox sakin qayıdıb
Ağdam, Füzuli və Xocavənd rayonlarında ümumilikdə 4 041 ailə olmaqla 15 933 nəfər sakin məskunlaşıb.Citypost.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında çıxışı zamanı bildirib.Onun sözlərinə görə, hazırda Ağdam rayonunda 2 076 ailə (8 059 nəfər), Füzuli rayonunda 827 ailə (3 175 nəfər), Xocavənd rayonunda isə 1 138 ailə (4 699 nəfər) yaşayır.E. Seyidov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması məqsədilə mina təmizləmə işləri də davam etdirilir. Son beş il ərzində Ağdam, Füzuli və Xocavənd rayonlarında ümumilikdə 115 mindən çox...
30 Oktyabr 2026, 13:21