Ceyhun Bayramov: Zəngəzur dəhlizi yeni iqtisadi imkanlar yaradacaq
Siyasət 30 Oktyabr 2026, 15:30
349
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə iştirak və çıxış edib.
Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, nazir Ceyhun Bayramov çıxışının əvvəlində Zirvə görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Türkiyə tərəfinə təşəkkürünü bildirib, Türkiyə xalqını Cümhuriyyətin 103-cü ildönümü münasibətilə bir daha təbrik edib.
Azərbaycanın keçən bir il ərzində TDT-yə sədrliyi dövründə əsas prioritetin "Regional sülh və təhlükəsizlik" olduğunu bildirən Ceyhun Bayramov beynəlxalq münaqişələrin vüsət aldığı, təhlükəsizlik təhdidlərinin artdığı, beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu hazırkı şərtlərdə sözügedən prioritetin aktuallığını vurğulayıb.
Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etdiyi, münaqişəyə son qoyduğu, Azərbaycan tərəfindən irəli sürülmüş prinsiplər əsasında hazırlanmış sülh sazişi mətninin ötən il paraflandığı qeyd olunaraq, sazişin imzalanması üçün Ermənistanın zəruri siyasi və hüquqi addımlar atmasının vacibliyi vurğulanıb.
Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı, müasir infrastrukturun yaradıldığı, təxminən 100 min nəfərin həmin ərazilərdə yaşadığı, işlədiyi və təhsil aldığı bildirilib.
Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində xarici işlər nazirlərinin, Təhlükəsizlik Şuraları katiblərinin və eləcə də müdafiə sənayesi qurumları rəhbərlərinin görüşlərinin keçirildiyi diqqətə çatdırılıb. Müdafiə sənayesi sahəsində 2027-ci il üçün Əməkdaşlıq Yol Xəritəsinin qəbul edildiyi vurğulanıb.
TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsinin əsas prioritetlərdən olduğu bildirilib. Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin reallaşdırılması, nəqliyyat bağlantılarının genişləndirilməsi, qarşılıqlı investisiyalar və birgə layihələrin ticarət və sənaye sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd olunub.
Həmçinin oxuyun
Azərbaycanın ənənəvi enerji resurslarının etibarlı təchizatçısı kimi rolunu davam etdirməklə yanaşı, Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerji və rəqəmsal bağlantıların inkişafına töhfə verdiyi vurğulanıb.
Sədrliyimiz dövründə həmçinin Bakıda Mərkəzi Banklar Şurasının və eləcə də Maliyyə Monitorinqi Xidmətləri rəhbərlərinin görüşlərinin keçirildiyi, müvafiq əməkdaşlıq platformasının yaradıldığı bildirilib.
Ortaq tarix, dil və mədəni irsin qorunmasının əhəmiyyətinə toxunularaq, cari ildə Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin və eləcə də Müsəlman Dini İdarələri rəhbərləri Şurasının toplantısının keçirildiyi qeyd olunub.
TDT-nin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından TDT+ formatının əhəmiyyəti vurğulanıb, Təşkilatın BMT Baş Assambleyasında müşahidəçi statusu qazanması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Çıxışının sonunda nazir Ceyhun Bayramov Azərbaycanın sədrliyi dövründə göstərdikləri dəstəyə görə üzv dövlətlərə təşəkkür edib, Türkiyəyə sədrliyi müddətində uğurlar arzulayıb.
Təşkilatın inkişafına verdiyi töhfələrə görə vəzifəsini başa vuran Baş katib Kubanıçbek Omuraliyevə minnətdarlıq ifadə olunub, yeni Baş katib Mirvoxid Azimov təyinatı münasibətilə təbrik edilib və ona fəaliyyətində uğurlar arzulanıb.
Sammitin sonunda Ankara Bəyannaməsi qəbul olunub.
Prezidentin köməkçisi: Sülh sadəcə kağız üzərində qalmamalıdır
Azərbaycan Cənubi Qafqazda müharibələrə səbəb olan amillərə və Ermənistanla sülh prosesini pozmaq cəhdlərinə qarşı dura biləcək dayanıqlı regional təhlükəsizlik arxitekturası formalaşdırmaq niyyətindədir.Citypost.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ceffri Saksa verdiyi müsahibədə bildirib."Söhbət deklarativ, sadəcə kağız üzərindəki sülhdən getmir. Biz insanların hiss edə biləcəyi həyat qabiliyyətli bir sülh yaradırıq", - o vurğulayıb. pizza hutHacıyev qeyd edib ki, Azərbaycan 30 il ərzində Ermənistanla münaqişə və qarşıdurma vəziyyətində olub, əraziləri isə işğal altında qalıb. 2023-cü ildə bu dövr başa çatdı.Prezidentin köməkçisi əlavə edib ki, müharibə başa çatdıqdan sonra Azərbaycan diplomatik cəsarət nümayiş...
30 Oktyabr 2026, 13:52
Əli Əsədov: Azərbaycan qazı artıq 16 ölkəyə ixrac olunur
İyulda Gürcüstanın enerji sistemində baş vermiş ciddi qəzadan sonra Gürcüstan tərəfinin müraciəti əsasında Azərbaycan operativ dəstək göstərib.Citypost.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Siqnaxidə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında çıxış edərkən deyib.O qeyd edib ki, elektrik enerjisi sistemləri arasında güc mübadiləsi əhəmiyyətli dərəcədə artırılmış və hazırda da bu səviyyədə davam etdirilir:"Birgə həyata keçirdiyimiz meqa enerji layihələri (BTC, Cənub Qaz Dəhlizi) bu gün regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, enerji təchizatı marşrutlarının şaxələndirilməsində mühüm rol oynayır. Bu gün Azərbaycan qazı artıq 16 ölkəyə ixrac olunur".Baş nazir bildirib ki, yaşıl energetika sahəsində əməkdaşlığın uğurlu nəticəsi olaraq...
30 Oktyabr 2026, 11:12
Əli Əsədov Siqnaxidə İrakli Kobaxidze ilə görüşür
Gürcüstanın Siqnaxi şəhərində Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş keçirilir.Citypost.az xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq məsələləri müzakirə olunur.Görüşdən sonra Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın XI iclası başlayacaq.
30 Oktyabr 2026, 10:25
Şöhrət Eldəniz: “Türkiyə-Azərbaycan qardaşlığının yetkinlik dövrü başlayır”
Jurnalist Şöhrət Eldəniz Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı diqqətçəkən paylaşım edib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.Şöhrət Eldəniz iki ölkə arasındakı qardaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.“Türkiyə-Azərbaycan qardaşlığının yeniyetmə dövrü bitdi. İndi qardaşlığın yetkinlik dövrü başlayır. Məncə, əsl qardaşlıq bu dövrə təsadüf edəcək”, – deyə jurnalist qeyd edib.Turan
30 Oktyabr 2026, 08:07
TDT sammitinə kimin qatılıb-qatılmaması niyə müzakirə olunur? – Əli Həziquliyevdən RƏY
Tanınmış jurnalist, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Əli Həziquliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2024-cü ildə Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsini xatırladaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə keçiriləcək TDT Zirvə görüşündə iştirak edə bilməməsi ilə bağlı məsələyə münasibət bildirib.Citypost.az xəbər verir ki, Əli Həziquliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Jurnalist xatırladıb ki, 2024-cü il iyulun 6-da Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyən Rəcəb Tayyib Ərdoğan həmin vaxt Almaniyada Türkiyə milli futbol komandasına dəstək verməyə üstünlük vermişdi.“Belə şeylər olur… Şişirtməyə ehtiyac yoxdur”, – deyə Əli Həziquliyev qeyd edib.Qeyd edək...
30 Oktyabr 2026, 01:04
Ceyhun Bayramov: TDT daha səmərəli fəaliyyət göstərməlidir
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada TDT-yə üzv olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, nazir çıxışında ilk olaraq Türkiyəni Cümhuriyyətin yaranmasının 103-cü ildönümü münasibətilə təbrik edib.Ceyhun Bayramov Azərbaycanın TDT-yə sədrliyinin prioritetlərinin əməkdaşlığın inkişaf etdirilməsi, ortaq tarixi və mədəni irsin qorunması, xalqlarımızı birləşdirən əlaqələrin möhkəmləndirilməsi, institusional səmərəliliyin artırılması, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, eləcə də təşkilatın beynəlxalq mövqeyinin gücləndirilməsindən ibarət olduğunu bildirib.O qeyd edib ki, bu prioritetlər 2025-ci ilin oktyabrında Qəbələdə keçirilən TDT Dövlət Başçıları Şurasının sammitində bir daha təsdiqlənib.Nazir qlobal münaqişələrin davam etdiyi, beynəlxalq hüquqa çağırışların artdığı və qlobal təhlükəsizlik arxitekturasının zəifliklərinin...
29 Oktyabr 2026, 12:46