Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir
Cəmiyyət 30 Oktyabr 2026, 13:48
974
Noyabrın 20-dən Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq.
Citypost.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata əsasən, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək.
Həmçinin oxuyun
"Xatırladaq ki, bu marşrut üzrə sərnişindaşıma xidməti sel hadisəsindən zərər görmüş Qax-Zaqatala dəmir yol xəttinin təmiri ilə əlaqədər müvəqqəti dayandırılıb. Təmir işləri yekunlaşıb və qeyd olunan tarixlərdən Bakı-Balakən-Bakı marşrutu ilə səfərlərin bərpası təmin ediləcək", - ADY-dən qeyd edilib.
Bu il avqustun 1-də Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişin daşımaları müvəqqəti dayandırılmışdı.
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb.Citypost.az xəbər verir ki, bu barədə APA-ya Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarından birində azyaşlı uşağın müəssisə direktoru tərəfindən fiziki zorakılığa məruz qalması əks olunub.Bununla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal hüquq-mühafizə orqanlarına müraciət edilib. Dövlət Komitəsinə verilən məlumata əsasən, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.Hazırda hadisənin bütün hallarının araşdırılması və faktın hüquqi qiymətləndirilməsi məqsədilə istintaq tədbirləri davam etdirilir.Qeyd edək ki, azyaşlı Badamdarda yerləşən "EOS Junior" uşaq bağçasında zorakılığa məruz...
30 Oktyabr 2026, 14:32
Milli Məclisin növbəti plenar iclası noyabrın 3-də keçiriləcək
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası noyabrın 3-də keçiriləcək."Report" xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova sessiyanın bugünkü - ilk iclasının yekununda məlumat verib.Spiker qeyd edib ki, plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.
30 Oktyabr 2026, 13:46
Sahibə Qafarova Aqil Abbasın fikirlərinə etiraz etdi: “Bu işlərə ləkə salırsınız”
“Məcburi köçkün statusuna yenidən baxılmalıdır”.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.Deputat bildirib ki, Ağdamda 100 minlik şəhər tikilir: “Təxminən 10 min ağdamlının Ağdam qeydiyyatı yoxdur, başqa rayondan evlənibsə, köçkün sayılmır. Köçkün statusuna yenidən baxılsın və bu məsələyə aydınlıq gətirilsin. Adamın Ağdam qeydiyyatı yoxdursa, yaxud başqa yerə ərə gedibsə, o niyə ağdamlı sayılmamalıdır? Məsələn, mənim atamın Ağdamda 6 otaqlı evi var, 5 bacı, 2 qardaşıq, bizə ev düşmür. O cümlədən, Bəxtiyar Əliyev də oturub burda, ona da və qardaşlarına da ev düşmür Ağdamda. Niyə düşmür?Mən 70-ci ildən Bakıda yaşayıram, amma məcburi köçkün statusum...
30 Oktyabr 2026, 13:28
Ağdam, Füzuli və Xocavəndə 15 mindən çox sakin qayıdıb
Ağdam, Füzuli və Xocavənd rayonlarında ümumilikdə 4 041 ailə olmaqla 15 933 nəfər sakin məskunlaşıb.Citypost.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında çıxışı zamanı bildirib.Onun sözlərinə görə, hazırda Ağdam rayonunda 2 076 ailə (8 059 nəfər), Füzuli rayonunda 827 ailə (3 175 nəfər), Xocavənd rayonunda isə 1 138 ailə (4 699 nəfər) yaşayır.E. Seyidov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması məqsədilə mina təmizləmə işləri də davam etdirilir. Son beş il ərzində Ağdam, Füzuli və Xocavənd rayonlarında ümumilikdə 115 mindən çox...
30 Oktyabr 2026, 13:21
Ermənistan hansı PLANI HAZIRLAYIR?
İrəvan Ankara ilə münasibətlərin normallaşmasını istəyir, lakin Bakı ilə strateji müttəfiqliyin yaratdığı regional reallıqları da nəzərə almaq məcburiyyətindədir.Azərbaycan–Türkiyə münasibətləri Ermənistanın siyasi dairələrində və ictimai müzakirələrində xüsusi diqqətlə izlənilən məsələlərdən biridir. Bakı ilə Ankaranın strateji tərəfdaşlığı, iki ölkənin regional siyasətdə uzlaşdırılmış mövqeyi və Cənubi Qafqazda baş verən proseslər İrəvanın xarici siyasət gündəliyinə birbaşa təsir göstərir. Ermənistan üçün Türkiyə ilə münasibətlərin normallaşdırılması iqtisadi, siyasi və nəqliyyat baxımından yeni imkanlar vəd etsə də, bu proses Azərbaycanın regional maraqlarından ayrı nəzərdən keçirilə bilmir.Mövzu ilə bağlı Oxu24.com-a danışan ekspert Şəmsi Qoca bildirib ki,Ermənistanın siyasi dairələrində əsas gözləntilərdən biri Türkiyənin İrəvanla münasibətlərdə daha geniş müstəqil qərarvermə imkanlarına...
30 Oktyabr 2026, 12:30
Ağdamda Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilir
Ağdam şəhərində Ekoloji məsələlər üzrə İşçi qrupun iclası başlayıb."Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, ölkənin işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.İclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Şuşa, Laçın, Kəlbəcər rayonlarında və Xankəndi şəhərində Prezidentin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri iştirak edirlər.İclasda "İşağldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi və yaşıllıqların götürülməsi ilə əlaqədar ekoloji tələblərin icra vəziyyəti" mövzusu müzakitrə olunur....
30 Oktyabr 2026, 12:25