Bizə yazın

Baku

-°C

USD

-

Ramiz Mehdiyevin komandasının şok siyahısı :Sevil İsmayılova Rusiyanın agenti imiş

Cəmiyyət 05 Noyabr 2026, 17:38

1799

Citypost saytı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən “Şərq-Qərb” nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məlumatlar əldə edib. 

Prezident Aparatının sabiq rəhbəri planlarını yazılı olaraq Rusiyanın yüksək vəzifəli şəxslərinə Sevil İsmayılova vasitəsi ilə çatdırırmış. Əldə edilən xəbərlərdən görünür ki, Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyasına dair təklifləri əks etdirən sənəd çapı və Rusiya tərəfinə çatdırılması prosesində Sevil İsmayılova aparıcı rol oynayır. Ramiz Mehdiyev hazırladığı əl yazmada Azərbaycanın son 5 ildə üzləşdiyi siyasi və idarəetmə problemləri, ölkədə yaranmış vəziyyət və gələcək perspektivlər əksini tapıb. 

Ramiz Mehdiyev istintaqçılara etiraf edib ki, “Əlyazmanın məzmunu xatirimdədir, əlyazmanın şəxsən özüm təxminən avqust ayından 1 ay öncədən hazırlamağa başlamışam. Əlyazmanın çapını Sevil İsmayılovaya həvalə etmişdim”. 

Ramiz Mehdiyev tərəfindən Sevil İsmayılovaya Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin müavini Rəşad Qurbanov vasitəsi ilə həmin əlyazmanı ona çatdırmaq tapşırığı verilibmiş. Bununla yanaşı, sənədin Rusiyanın digər yüksək vəzifəli şəxslərinə də göndərilməsi nəzərdə tutulubmuş.

Bundan başqa, Ramiz Mehdiyevlə Sevil İsmayılova arasında baş tutmuş telefon danışığının təfərrüatı əksini tapan sənəd də istintaq qrupunun əlinə keçib. Ramiz Mehdiyevin hazırladığı “Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyası üzrə təklif” adlı sənəd Sevil İsmayılova vasitəsilə Rəşad Qurbanova göndərilməli imiş.

Bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, “Şərq-Qərb” nəşriyyat evində daldalanan Sevil İsmayılova heç də adi fiqur deyilmiş. O, əslində Rusiya Xarici Kəşfiyyat Xidmətinin ifşa edilmiş agentidir. Rusiyanın Xarici Kəşfiyyat Xidmətinə agent kimi Sevil İsmayılovanın Ramiz Mehdiyev tərəfindən cəlb etdiyi və istintaqa verdiyi izahatlar əsasında onu ələ verdiyi deyilir. 

Ramiz Mehdiyev hakimiyyətə gələcəyi tərzdə mühüm postları tutacaq adamların kimliyini də dəqiqləşdiribmiş.

Boz Kardinal Azərbaycan Prezidentinin İctimai-Siyasi Məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovu baş nazir, “Şərq-Qərb” Sevil İsmayılovanı vitse prezident, həyat yoldaşı Qalina Mehdiyevanı vətəndaş nikahından doğulan erməni əsilli oğlu (Ramiz Mehdiyevin oğulluğu) uzun müddət Daxili İşlər Orqanlarında müxtəlif yüksək vəzifələrdə çalışmış Levon Qurskayanı Daxili İşlər naziri, “Karat” Şirkətlər qrupunun rəhbəri sabiq deputat Əsabil Qasımov Gömrük Komitəsinin sədri, sabiq deputat Aqiyə Naxçıvanlını Elm və Təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti İsa Həbibbəylini Milli Məclisin sədri, kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevi Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, sabiq deputat Bəxtiyar Əliyevi Media və Yayım Şurasının sədri, hazırda məhkumluq həyatı yaşayan Eldar Həsənovu Xarici İşlər naziri, kürəkəni sabiq deputat İlham Əliyevi Ədliyyə naziri, Baş nazirin keçmiş müavini, hazırda Rusiyada sığınacaq tapmış Abbas Abbasovu İqtisadiyyat naziri, öz doğma oğlu Timur Mehdiyevi Baş Prokuror, sabiq Nəqliyyat naziri Ziya Məmmədovu Prezident Aparatının Ərazi İdarəetmə Şöbəsinin müdiri, Prezident Aparatının sabiq Şöbə müdiri Fatma Abdullazadəni Prezident Administrasiyasının rəhbəri və sabiq deputat Elton Məmmədovu Bakı şəhər İcra Hakimiyyətinin Başçısı təyin edəcəkmiş. 

Zəruri qeyd. Ramiz Mehdiyevin məktub daşıyanı – daha doğrusu poçtalyonu Sevil İsmayılovanın rəhbərlik etdiyi Ramiz Mehdiyevin sahibi olduğu “Şərq-Qərb” nəşriyyatının Maliyyə Departamenti bu gün də AMEA-nın tabeliyində fəaliyyət göstərən Azərbaycan Milli Ensiklopediyasının akademiya şəhərciyindəki binasında yerləşir. AMEA-nın mətbuat xidmətinə mövzuya dair sorğu göndərsək də, heç bir dürüst cavab ala bilmədik.    

Müşərrəfxanım 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 5-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında DİN-ə müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 179 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib....

05 Noyabr 2026, 17:38

“Bir şəkil” sənədli filmi təqdim olundu

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xocalı soyqırımı zamanı qəhrəmancasına həlak olmuş şəhid Şöhrət Həsənova həsr edilən “Bir şəkil” sənədli filminin təqdimat mərasimi keçirilib. Təqdimatda Dövlət Komitəsinin rəsmi şəxsləri və əməkdaşları iştirak ediblər.Citypost.az  xəbər verir ki, əvvəlcə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə...

05 Noyabr 2026, 17:38

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq, hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq.Citypost.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.Qeyd edilib ki, 9 dekabr 2025-ci il tarixli 297-VIIQD nömrəli Qanunla Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 20 manat məbləğində aksiz müəyyən edilib. Eyni zamanda fiziki şəxslər tərəfindən şəxsi məqsədlər üçün gömrük ödənişlərindən azad olunmaqla təqvim ili ərzində 1 ədəd mobil cihazın gətirilməsi nəzərdə tutulub və bu müddəalar 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minib....

05 Noyabr 2026, 17:30

Lənkəranda şəhidlərin məzarı ziyarət olunub

Noyabrın 5-də Vətən müharibəsi şəhidləri Hadıyev Raqim Teymur oğlunun, İbadzadə Zabil Fikrət oğlunun və Cəfərzadə Eşqin Hamlet oğlunun anım günüdür. Anım günləri ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra hakimiyyəti başçısı aparatının kollektivi və ictimaiyyət nümayəndələri tərəfindən şəhidlərin Ələzəpin, Ürgə və Şiləvar kənd qəbiristanlıqlarındakı məzarları ziyarət olunub.Citypost.az xəbər verir ki, şəhidlərin məzarları önünə tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.Şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanılıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğu vurğulanıb.Şəhidlərin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. ...

05 Noyabr 2026, 17:18

Ukraynadan Azərbaycana gətirilən yağda uyğunsuzluq aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Ukraynadan idxal olunan kərə tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb.Citypost.az  xəbər verir ki, “Qədiroğlu” MMC tərəfindən idxal edilən, Ukraynanın “Ratnovskiy molokozavod” MMC-də istehsal olunan "Lyuks Golden Ratne 81,5%, 5 kq" əmtəə nişanlı (25.08.2026 - 25.08.2027-ci il istehsal və son istifadə tarixli) kərə tərkibli spred yağı məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müayinələr zamanı  məhsul partiyasında uyğunsuzluq aşkar edilib.Faktla bağlı məhsul partiyasının dövriyyəsinin dayandırılması və geri çağırılması barədə qərar qəbul olunub. Eyni zamanda, istehsalçı müəssisədən ixracın müvəqqəti məhdudlaşdırılması və sertifikatlaşdırmanın dayandırılması ilə bağlı Ukraynanın müvafiq qurumuna bildiriş göndərilib. Xatırladaq ki, bundan öncə Ukraynadan idxal olunan...

05 Noyabr 2026, 17:09

Elçin Yusubovun fəaliyyəti ilə bağlı araşdırma – 15 milyon manatlıq iddia

Xəbər verdiyimiz kimi, Prezidentin sabiq xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən azad edildikdən sonra onun fəaliyyəti ilə bağlı maliyyə araşdırmalarına başlanılıb.Citypost.az Gününsəsi.info-ya istinadla xəbər verir ki,Xankəndi, Ağdərə və Xocalıda təmir, abadlıq və tikinti işləri üçün ayrılmış dövlət vəsaitlərinin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol verildiyi üzə çıxıb.İlkin məlumatlarda həmin layihələr çərçivəsində təxminən 15 milyon manat vəsaitin mənimsənilməsi ehtimalından bəhs edilir.Məlumata görə, Elçin Yusubov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də məhz bu araşdırmalar çərçivəsində çağırılıb.Bildirilir ki, onun rəhbərlik etdiyi dövrdə həyata keçirilən tikinti və abadlıq layihələri, ayrılmış vəsaitlərin təyinatı üzrə istifadəsi və görülmüş işlərin həcminin yoxlanıldığı bildirilir.Məlumatda Elçin Yusubovdan...

05 Noyabr 2026, 16:36