Bizə yazın

Baku

-°C

USD

-

Pərvanə Vəliyeva: Zəfər yeni tarixi mərhələnin başlanğıcıdır

Siyasət 05 Noyabr 2026, 12:39

1972

8 Noyabr – Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığını bütün dünyaya nümayiş etdirən tarixi hadisənin rəmzidir. Azərbaycan xalqının müasir tarixində ən ağrılı və faciəli hadisələrdən biri Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüz və torpaqlarımızın işğalı olmuşdur. XX əsrin sonlarında baş verən bu hadisələr nəticəsində Azərbaycan ərazilərinin bir hissəsi işğal edilmiş, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salınmış, şəhər və kəndlərimiz dağıdılmış, tarixi-mədəni irsimizə ciddi ziyan vurulmuşdur.
Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az saytına açıqlamasında bildirib.
Millət vəkilinin sözlərinə görə, uzun illər ərzində Azərbaycan dövləti münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə çalışmışdır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan ərazilərinin işğalına son qoyulması və işğalçı qüvvələrin çıxarılması ilə bağlı tələblər öz əksini tapmışdır. Lakin beynəlxalq təşkilatların qərar və qətnamələrinin uzun müddət icra edilməməsi, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi münaqişənin həllini uzatmış, regionda sülh və təhlükəsizliyə ciddi maneələr yaramışdır.
Dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin təmin edilməsi və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının reallaşdırılması idi. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət, güclü iqtisadiyyatın formalaşdırılması, müasir ordu quruculuğu və beynəlxalq diplomatik fəaliyyət gələcək tarixi Zəfərin əsasını təşkil etdi.
P. Vəliyeva vurğulayıb ki, 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmasına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Beləliklə, tarixə 44 günlük Vətən müharibəsi kimi daxil olan müharibənin yeni mərhələsi başlandı.Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bütün cəbhə boyu uğurlu hərbi əməliyyatlar həyata keçirərək işğal altında olan torpaqlarımızın azad edilməsinə başladı.Müharibənin ilk günlərindən etibarən Azərbaycan əsgər və zabitləri misilsiz qəhrəmanlıq, yüksək döyüş hazırlığı, peşəkarlıq və Vətənə sədaqət nümayiş etdirdilər. Uzun illər ərzində qurulmuş müdafiə istehkamlarının yarılması, strateji yüksəkliklərin və yaşayış məntəqələrinin azad edilməsi Azərbaycan Ordusunun gücünü və üstün döyüş qabiliyyətini ortaya qoydu. Vətən müharibəsi günlərində Azərbaycan xalqı vahid amal ətrafında birləşərək dövlətinə, ordusuna və Ali Baş Komandanına dəstəyini nümayiş etdirdi.Müharibə dövründə informasiya müstəvisində aparılan mübarizə də xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycan dövləti beynəlxalq ictimaiyyətə hadisələrin real mahiyyətini çatdırmaq, ölkəmizin haqlı mövqeyini müdafiə etmək və Ermənistanın təbliğat cəhdlərinin qarşısını almaq istiqamətində mühüm fəaliyyət göstərdi.
Beləliklə də, 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və hərbi qüdrətinin tarixi təntənəsinə çevrildi.Vətən müharibəsinin ən mühüm və həlledici hadisələrindən biri 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Şuşa Azərbaycan xalqının tarixində, mədəniyyətində, ədəbiyyatında və milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutur. Qarabağın tacı adlandırılan bu qədim şəhər əsrlər boyu Azərbaycanın mədəniyyət və incəsənət mərkəzlərindən biri olmuş, xalqımızın görkəmli şəxsiyyətlərinin yetişməsində mühüm rol oynamışdır. Şuşanın işğaldan azad edilməsi böyük hərbi-strateji əhəmiyyətlə yanaşı, müstəsna mənəvi və tarixi əhəmiyyət daşıyırdı.
Deputat qeyd edib ki,Şuşanın azad edilməsi həm də Vətən müharibəsinin gedişində həlledici dönüş nöqtəsi oldu. Bu qələbə Ermənistanın hərbi-siyasi rəhbərliyinin məğlubiyyətini etiraf etməsinə və 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasına gətirib çıxardı.2020-ci il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərək tarixi Zəfər xəbərini elan etdi.Azərbaycan xalqının qazandığı möhtəşəm qələbənin tarixi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də «Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında» imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Bu qərar xalqımızın milli qürurunun, dövlətimizin qüdrətinin və Azərbaycan Ordusunun qəhrəmanlığının əbədiləşdirilməsi baxımından mühüm tarixi əhəmiyyət daşıyır.
Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil. Məhz həmin gün Şuşa şəhəri işğaldan azad edilmiş, Vətən müharibəsinin taleyini müəyyən edən ən mühüm hərbi-strateji uğurlardan biri əldə olunmuşdur. 
Azərbaycanın tarixi qələbəsinin əldə olunmasında Azərbaycan Ordusunun müstəsna xidmətləri vardır. Müasir silah və texnologiyalarla təchiz edilmiş, yüksək peşəkarlığa və döyüş hazırlığına malik Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində öz gücünü və imkanlarını nümayiş etdirdi. Azərbaycan əsgəri döyüş meydanında yalnız hərbi tapşırığı yerinə yetirmirdi. O, ata-baba yurdlarının azadlığı, xalqının gələcəyi, dövlətinin müstəqilliyi və milli ləyaqəti uğrunda mübarizə aparırdı.
Vətən müharibəsində iştirak edən hər bir hərbçinin göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Bu Zəfər şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və hər bir Azərbaycan əsgərinin misilsiz şücaəti hesabına qazanılmışdır.
Qazilərimizin sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası və məşğulluğunun təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Onun sözlərinə göə, Azərbaycanın tarixi Zəfəri işğaldan azad edilmiş ərazilərimizdə yeni quruculuq və inkişaf mərhələsinin başlanmasına şərait yaratdı. İşğal dövründə şəhər və kəndlərimiz dağıdılmış, infrastruktur sıradan çıxarılmış, tarixi və dini abidələrimizə ciddi ziyan vurulmuşdu. Bir sıra ərazilərdə minalanma və partlamamış hərbi sursatlar insanların təhlükəsizliyinə ciddi təhdid yaradırdı. Azərbaycan dövləti qələbədən sonra bu ərazilərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirməyə başladı. Yolların, tunellərin, körpülərin, hava limanlarının, elektrik və su təchizatı sistemlərinin, sosial obyektlərin tikintisi Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının bərpasına xidmət edir. Ağıllı kənd və ağıllı şəhər konsepsiyaları əsasında həyata keçirilən layihələr müasir yaşayış mühitinin formalaşdırılmasını, innovativ texnologiyaların tətbiqini və əhalinin rahat yaşayışının təmin edilməsini hədəfləyir. Doğma torpaqlarından uzun illər ayrı düşmüş insanların mərhələli şəkildə öz yurdlarına qayıtması – Böyük Qayıdış prosesi Zəfərin ən mühüm humanitar nəticələrindən biridir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, yeni yaşayış məntəqələri salınır, məktəblər, xəstəxanalar, sosial və iqtisadi obyektlər istifadəyə verilir. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Bayrağının dalğalanması dövlətimizin suverenliyinin, milli iradəsinin və tarixi Zəfərinin əyani təcəssümüdür.
Pərvanə Vəliyeva qeyd edib ki, 2020-ci ildə əldə edilmiş tarixi qələbə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin və nüfuzunun daha da möhkəmlənməsinə mühüm təsir göstərdi. Azərbaycan dövləti öz ərazi bütövlüyünün bərpası ilə suveren hüquqlarının təmin edilməsi istiqamətində prinsipial mövqeyini ortaya qoydu. Vətən müharibəsində əldə edilən qələbə regionda yeni siyasi və geosiyasi reallıqlar yaratdı. Eyni zamanda, bölgədə davamlı sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar formalaşdırdı.Azərbaycanın əsas məqsədlərindən biri regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişaf etdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Bu baxımdan Zəfər yalnız hərbi qələbə deyil, həm də ölkəmizin gələcək inkişafı, regional əməkdaşlıq və beynəlxalq mövqelərinin gücləndirilməsi üçün yeni tarixi mərhələnin başlanğıcıdır. 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tahir Budaqov Çinin Azərbaycandakı səfiri ilə görüşdü

Noyabrın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey arasında görüş keçirilib.Citypost.az xəbər verir ki, səfir Lu Mey ÇKP Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Haysinin salamlarını və ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisə olan Yeni Azərbaycan Partiyasının VIII Qurultayının uğurla baş tutması münasibətilə təbriklərini çatdırıb.YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov salamlara və təbriklərə görə təşəkkürünü bildirib, onun da salamlarının Lyu Haysinə çatdırılmasını xahiş edib.Görüşdə müasir beynəlxalq münasibətlər sisteminin mühüm reallığı olan Azərbaycan-Çin münasibətlərinin tarixi...

13 Noyabr 2026, 17:49

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb.Citypost.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib.O qeyd edib ki, noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində "Avropa Siyasi Birliyi" (EPC) Zirvə toplantısı zamanı bəzi ölkələrin təşəbbüsü əsasında irəli sürülmüş "Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannaməyə", "Miqrasiya haqqında Bəyanata" və "Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatına" bir sıra ölkələr qoşulub:"Məlumdur ki, EPC ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın təşviqi məqsədi daşıyan qeyri-rəsmi dialoq platforması kimi formalaşıb. Ölkəmizin EPC-də iştirakının məqsədi ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq, ortaq çağırışlara dair yanaşmaları müzakirə...

13 Noyabr 2026, 13:42

Bəturə Nəbiyeva:“Böyük güclər Azərbaycanla hesablaşırlar”

Azərbaycan regionda yeni bir mərhələ  yaradıb deyirdik . Bu gerçəyi hər keçən gün  canlı -canlı görürük. Tarixi hadisələr gözümüzün qabağında cərəyan edir.İlham Əliyev  dünyanın güc mərkəzıərindən daha birini Azərbaycanın ən yaxın dostu etməyi  bacardı .Böyük Britaniya ilə strateji tərəfdaşlığa imza atıldı.Birgə Bəyannaməni Dublində Britaniyanın Baş naziri Endi Börnhamla Azərbaycan prezidenti  İlham Əliyev imzaladı.Bu bilirsiz nə deməkdi?Bu Böyük Britaniyanın Azərbaycanın  Cənubi Qafqazda yaratdığı  reallığı qəbul və etiraf  etməsi  deməkdi.Bu Azərbaycanın  müdafiəsinin, təhlükəsizliyinin bərkidilməsi, təhdidlərə qarşı  Londonla birgə dayanması   deməkdi.Bu  Azərbaycanın hərb sənayesinin  gücləndirilməsi, müdafiə qüdrətinin  artırılması ,  müasir təhlükəsizlik  çağırışlarına hazır olması  deməkdi.Daha bir və vacib məqam bilirsiz nədi? Böyük Britaniyanın Azərbaycanın...

13 Noyabr 2026, 09:59

Aydın Quliyev:"Göy məscidin təhqirinə yalnız Azərbaycan açıq etiraz etdi”

Əməkdar jurnalist, “Bakı xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev İrəvandakı Göy məscidə qarşı yol verilən təhqiramiz münasibətlə bağlı Azərbaycanın mövqeyini yüksək qiymətləndirib.Citypost.az xəbər verir ki, politoloq bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Aydın Quliyev qeyd edib ki, İrəvandakı Göy məscidin təhqir olunmasına Türkiyədə hakim AK Parti iqtidarından və İrandan gözlənilən reaksiya verilməyib. Onun sözlərinə görə, bu məsələdə açıq etirazını bildirən tərəf Azərbaycan olub.Politoloq paylaşımında Azərbaycanın mövqeyini dini dəyərlərə və müsəlman həmrəyliyinə münasibətin nümunəsi kimi dəyərləndirib.“Müsəlmançılıq belə olar...”, – deyə Aydın Quliyev vurğulayıbTuran...

13 Noyabr 2026, 08:05

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” (“Building a competitive Europe – innovation, connectivity and affordable energy”) mövzusunda dəyirmi masada iştirak edib.APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə çıxış edən Prezident İlham Əliyev gələcəkdə alternativ enerjinin rolunun daha da artacağını deyib.Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin roluna toxunan dövlətimizin başçısı bu xüsusda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair 2022-ci ildə imzalanmış Anlaşma Memorandumunu qeyd edib.Bildirib ki, o vaxtdan bəri ölkəmiz Avropa İttifaqına qaz təchizatını səkkiz milyard...

13 Noyabr 2026, 07:45

İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub.Citypost.az xəbər verir, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulandı, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın inkişafı üçün daha böyük potensialın mövcudluğu qeyd edilib.Azərbaycanın və Litvanın dövlət başçıları regional sülh gündəliyi, ikitərəfli münasibətlər və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

13 Noyabr 2026, 07:28