Sultan Hacıyev Keniyanın Baş naziri ilə vida görüşü keçirib
Cəmiyyət 05 Noyabr 2026, 15:44
146
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Keniyanın Baş naziri, eyni zamanda, xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə vida görüşü keçirib.
Səfirlikdən Citypost.az bildirilib ki, görüşdə iki ölkə münasibətlərinin cari inkişaf dinamikasından razılıq ifadə olunub.
Baş nazir Musalia Mudavadi Keniya Prezidenti Uilyam Rutonun WUF13-də iştirak etmək üçün Bakıya səfəri zamanı Azərbaycanın Prezidenti İlham Əliyev ilə görüşünün və liderlər arasında səmimi münasibətlərin iki ölkənin mənafeyinə xidmət etdiyini bildirib. Mövcud əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan maksimum bəhrələnməyin vacibliyini qeyd edib. O, Sultan Hacıyevi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi seçilməsi münasibəti ilə təbrik edib.
Həmçinin oxuyun
Səfir Sultan Hacıyev Keniya Hökumətinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində səylərinə və diplomatik fəaliyyətində ona göstərilən dəstəyə görə təşəkkür edib.
Görüşdə Azərbaycanın Prezidenti cənab İlham Əliyev tərəfindən Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsinin qəbul edilməsi qeyd olunub. Eyni zamanda, AQEM-in fəaliyyəti, o cümlədən bu platforma üzrə regionlararası əməkdaşlığ potensialının araşdırılmasında Keniyanın rolu barədə ümumi fikir mübadiləsi aparılıb.
Qorxmaz Hüseynovun dövründəki - Milyonluq mənimsəmələr üzə çıxdı
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sələfi “Azərsu” ASC-nin keçmiş rəhbəri Qorxmaz Hüseynovun dövründə milyonlarla dövlət vəsaitinin mənimsənilməsi faktı aşkar edilib.Citypost.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həmin dövrdə baş verən qanun pozuntularını araşdırıb.Mənimsəmə faktı üzrə artıq bir nəfər sabiq vəzifəli şəxsə yekun ittiham elan edilib. Qorxaz Hüseynov və başqaları ilə bağlı isə cinayət işi ayrıca icraata ayrılıb. Həmin vaxt müqavilələr İlqar Tağıyev, Etibar Məmmədov və Seymur Seyidov adlı şəxslər tərəfindən imzalanıb. Hazırda həmin şəxslər barəsində cinayət təqibi davam edir.Bu kimi hallarda prokurorluq dövlətə dəymiş ziyanın ödənilməsi üçün şans verir. Ziyan...
05 Noyabr 2026, 15:49
Baş prokuror Abşeronda vətəndaşları qəbul edib
Baş prokuror Abşeronda vətəndaşları qəbul edib.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, noyabrın 5-də Baş prokuror Kamran Əliyev Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulunu keçirib.Qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edib.Qəbulda iştirak edən 35 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib....
05 Noyabr 2026, 15:42
Qismən yenilənmiş Radiorabitə Reqlamenti təsdiqlənib - SƏRƏNCAM
Prezident İlham Əliyev oktyabrın 23-də qəbul etdiyi "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi qanunu imzalayıb.Citypost.az xəbər verir ki, bununla da, Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il 20 noyabr – 15 dekabr tarixlərində baş tutmuş Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları ilə qəbul olunmuş "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiqlənib.
05 Noyabr 2026, 15:30
Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin tələbatını nəzərə alaraq əlavə qatar reysləri təyin edib."Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 8 noyabrda Gəncədən və Mingəçevirdən səfərlər təşkil olunacaq.Biletləri qurumun saytından, "ADY Mobile" tətbiqindən və dəmiryol kassalarından əldə etmək olar.
05 Noyabr 2026, 14:47
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir.Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirləri görülüb?Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Su Təchizatından bildirilib ki, payız mövsümü ilə əlaqədar onlara tabeli qurumlar hazırda cari hazırlıq tədbirlərini həyata keçirirlər:"Rayon sukanal idarələri plana uyğun şəkildə mövcud yağış barmaqlıqlarının və suqəbuledici qurğuların təmizlənməsi, yağış xətlərinin yuyulması, kollektor və şəbəkələrin texniki vəziyyətinin yoxlanılması, eləcə də mümkün yağıntılar zamanı su axınının maneəsiz yönləndirilməsi üçün zəruri tədbirlər görürlər. Bu işlərə texnika və canlı...
05 Noyabr 2026, 14:34
Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.Layihəyə əsasən, kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq, yaşayış sahələrinin kirayəyə verilməsinə görə 10 faiz, digər əmlakın kirayəyə verilməsinə görə isə 14 faiz dərəcə ilə vergini ödəyir. Bu, Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verəcək.Həmçinin...
05 Noyabr 2026, 14:28