Bizə yazın

Baku

-°C

USD

-

Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN

Cəmiyyət 05 Noyabr 2026, 16:01

238

Prezident İlham Əliyev Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar bəzi fərmanlarda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Citypost.az xəbər verir ki, Fərmana əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb.

Fərmanla müəyyən edilib ki, Zəngilan Aqroparkı müasir texnologiya və üsulların tətbiqi yolu ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üçün istifadə olunan, bu sahədə sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Zəngilan Aqroparkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin hazırlanması və icrası, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirakın təmin edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçiriləcək.

Zəngilan Aqroparkının fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturunun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, yol-nəqliyyat, yanğından mühafizə, istehsal və emal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Agentliyə ilkin olaraq 500 min manat vəsait ayrılıb.

Nazirlər Kabineti Zəngilan şəhərinin yaxınlığında 1424,55 (min dörd yüz iyirmi dörd tam yüzdə əlli beş) hektar və Qubadlı rayonunun Tatar kəndi yaxınlığında 164,15 (yüz altmış dörd tam yüzdə on beş) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təklifləri nəzərə alınmaqla, Zəngilan Aqroparkında istehsal və emal olunan aqrar-sənaye məhsulları üzrə prioritet istiqamətləri iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə birlikdə Zəngilan Aqroparkının xarici və daxili infrastrukturunun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, yol-nəqliyyat, yanğından mühafizə, istehsal və emal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və orada sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədilə Agentliyə zəruri kömək göstərməli və bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Maliyyə Nazirliyi bu Fərmanın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Lula da Silvanı təbrik edib

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:“Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.Azərbaycan Braziliya ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”....

05 Noyabr 2026, 16:04

Qorxmaz Hüseynovun dövründəki - Milyonluq mənimsəmələr üzə çıxdı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sələfi “Azərsu” ASC-nin keçmiş rəhbəri Qorxmaz Hüseynovun dövründə milyonlarla dövlət vəsaitinin mənimsənilməsi faktı aşkar edilib.Citypost.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həmin dövrdə baş verən qanun pozuntularını araşdırıb.Mənimsəmə faktı üzrə artıq bir nəfər sabiq vəzifəli şəxsə yekun ittiham elan edilib. Qorxaz Hüseynov və başqaları ilə bağlı isə cinayət işi ayrıca icraata ayrılıb. Həmin vaxt müqavilələr İlqar Tağıyev, Etibar Məmmədov və Seymur Seyidov adlı şəxslər tərəfindən imzalanıb. Hazırda həmin şəxslər barəsində cinayət təqibi davam edir.Bu kimi hallarda prokurorluq dövlətə dəymiş ziyanın ödənilməsi üçün şans verir. Ziyan...

05 Noyabr 2026, 15:49

Sultan Hacıyev Keniyanın Baş naziri ilə vida görüşü keçirib

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Keniyanın Baş naziri, eyni zamanda, xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə vida görüşü keçirib.Səfirlikdən Citypost.az bildirilib ki, görüşdə iki ölkə münasibətlərinin cari inkişaf dinamikasından razılıq ifadə olunub.Baş nazir Musalia Mudavadi Keniya Prezidenti Uilyam Rutonun WUF13-də iştirak etmək üçün Bakıya səfəri zamanı Azərbaycanın Prezidenti İlham Əliyev ilə görüşünün və liderlər arasında səmimi münasibətlərin iki ölkənin mənafeyinə xidmət etdiyini bildirib. Mövcud əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan maksimum bəhrələnməyin vacibliyini qeyd edib. O, Sultan Hacıyevi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi seçilməsi münasibəti ilə təbrik...

05 Noyabr 2026, 15:44

Baş prokuror Abşeronda vətəndaşları qəbul edib

Baş prokuror Abşeronda vətəndaşları qəbul edib.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, noyabrın 5-də Baş prokuror Kamran Əliyev Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulunu keçirib.Qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edib.Qəbulda iştirak edən 35 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib....

05 Noyabr 2026, 15:42

Qismən yenilənmiş Radiorabitə Reqlamenti təsdiqlənib - SƏRƏNCAM

Prezident İlham Əliyev oktyabrın 23-də qəbul etdiyi "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi qanunu imzalayıb.Citypost.az xəbər verir ki, bununla da, Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il 20 noyabr – 15 dekabr tarixlərində baş tutmuş Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları ilə qəbul olunmuş "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiqlənib.

05 Noyabr 2026, 15:30

Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları" QSC Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin tələbatını nəzərə alaraq əlavə qatar reysləri təyin edib."Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 8 noyabrda Gəncədən və Mingəçevirdən səfərlər təşkil olunacaq.Biletləri qurumun saytından, "ADY Mobile" tətbiqindən və dəmiryol kassalarından əldə etmək olar.

05 Noyabr 2026, 14:47