“İkinci əl” avtomobillərin satışında - Yeni qayda
Cəmiyyət 05 Noyabr 2026, 13:57
219
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur.
Citypost.az xəbər verir ki, bu, “Tullantılar haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliklə güzəşt və birdəfəlik ödəniş, habelə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyaların icrasının təşkili və təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcək.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə isə Azərbaycanda “ikinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyən ediləcək.
Qanun layihəsinə əsasən, avtomobil satışı fəaliyyəti ilə məşğul olan rəsmi dilərlərdə istehsal tarixi 5 ildən artıq olmayan və yalnız nağdsız qaydada əldə olunan ikinci əl avtomobillərin satışı zamanı 3 il müddətinə ƏDV-nin ticarət əlavəsindən hesablanması təklif olunur.
Sənəddə qeyd edilib ki, rəsmi diler şəbəkələri ilə keçirilmiş görüşlər zamanı qaldırılan əsas məsələlərdən biri istehsal tarixi 5 ildən artıq olmayan “ikinci əl” avtomobillərin alqı-satqısı əməliyyatları üzrə yaranan ƏDV yükünün yüksək olması ilə bağlı olub.
Həmçinin oxuyun
Hazırda rəsmi dilerlərdə tətbiq olunan şirkətdaxili siyasətə uyğun olaraq bu cür avtomobillərin satışı komisyon ticarəti formasında deyil, nəqliyyat vasitəsinin diler tərəfindən yenidən alınması və sonradan satılması kimi rəsmiləşdirilir. Nəticədə sözügedən əməliyyatlar üzrə ƏDV satışın tam dəyərindən hesablanır ki, bu da faktiki olaraq yalnız dilerin əldə etdiyi ticarət əlavəsinə deyil, avtomobilin ümumi qiymətina vergi yükünün düşməsinə səbəb olur.
Bu yanaşma eyni iqtisadi mahiyyət daşıyan komisyon ticarəti ilə müqayisədə rəsmi dilerlər üçün daha ağır vergi yükü yaradır, ikinci əl avtomobil bazarında qiymətlərin artmasına, rəsmi satış kanallarının rəqabət qabiliyyətinin azalmasına və qeyri-rəsmi dövriyyənin stimullaşmasına şərait yaradır.
Qeyd olunanları nəzərə alaraq, istehsal tarixi 5 ildən artıq olmayan “ikinci əl” avtomobillərin rəsmi diler şəbəkələri tərəfindən alqı-satqısı zamanı ƏDV-nin yalnız ticarət əlavəsindən (marjadan) hesablanması məqsədəuyğun hesab olunur. Bu yanaşma vergitutmanın iqtisadi mahiyyətinə uyğun olmaqla yanaşı, rəsmi avtomobil bazarının inkişafına, şəffaflığın artırılmasına və vergi daxilolmalarının orta və uzunmüddətli perspektivdə artmasına xidmət edəcək.
Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.CityPost.az xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.Layihəyə əsasən, kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq, yaşayış sahələrinin kirayəyə verilməsinə görə 10 faiz, digər əmlakın kirayəyə verilməsinə görə isə 14 faiz dərəcə ilə vergini ödəyir. Bu, Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verəcək.Həmçinin icarəyə (kirayəyə)...
05 Noyabr 2026, 13:58
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
Bakının Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir.Bu barədə Citypost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Məlumata əsasən, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək. Avtobuslar 10-12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrutda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən edilib....
05 Noyabr 2026, 13:58
Pensiyaçılara ŞAD XƏBƏR:Bu qədər artım OLACAQ
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır".Citypost.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünkü iclasında deyib."Dövlət Sosial Müdafiə Fondunun xərclərindən danışarkən qeyd etmək lazımdır ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96.5 faizini və ya 8 milyard 950 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək", - deyə deputat bildirib....
05 Noyabr 2026, 13:52
Bunu edən sürücülər cərimələnəcək - 100 manat və 2 bal
Azərbaycanda avtomobil idarə edən sürücülərin böyük əksəriyyəti əsas yol hərəkəti qaydalarını — sürət həddini aşmamağı, qırmızı işıqda keçməməyi və təhlükəsizlik kəmərini bağlamağı yaxşı bilir. Lakin elə situasiyalar var ki, sürücülər adət etdikləri vərdişlərin və ya kiçik ehtiyatsızlıqların cərimə ilə nəticələndiyindən xəbərsiz olurlar. Yol hərəkəti haqqında qanunvericilikdə nəzərdə tutulmuş bu xırda detal kimi görünən qaydalar, əslində həm büdcənizə, həm də sürücülük balınıza ciddi təsir göstərə bilər.Citypost.az “Yeni Sabah"a istinadən xəbər verir ki sükan arxasında tez-tez qarşılaşdığımız və cəriməyə səbəb olan həmin situasiyaları təqdim edir:Pəncərədən atılan kiçik bir zibilin baha başa gəlməsi pizza mizzaHərəkətdə olarkən və ya işıqforda gözləyərkən pəncərədən siqaret kötüyü,...
05 Noyabr 2026, 13:50
Ceyhun Həsənli "Şəki" basketbol komandasnın baş məşqçisi təyin olunub
"Şəki" basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.Citypost.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.Ceyhun Həsənli Azərbaycan Basketbol Liqası 2-də çıxış edəcək komanda ilə anlaşıb.Qeyd edək ki, Şəki basketbolunun yetirməsi olan C.Həsənli ötən mövsüm "Şəki"də türkiyəli baş məşqçi Bedri Meriçin köməkçisi olub.
05 Noyabr 2026, 13:17
“Azenco” ASC sükutu pozdu - Vüqar Əliyevin işi
“Azenco” ASC əvvəllər şirkətin Müşahidə Şurasının sədri vəzifəsində çalışmış Vüqar Əliyevə münasibətdə davam edən məhkəmə prosesi ilə bağlı məlumat yayıb.“Qafqazinfo” xəbər verir ki, məlumatda hazırda məhkəmə araşdırmasının predmetini konkret şəxsə qarşı hüquq-mühafizə orqanları tərəfindən irəli sürülmüş ittihamların təşkil etdiyi qeyd olunub.“Həmin ittihamların hüquqi qiymətləndirilməsi, işin faktiki hallarının araşdırılması və müvafiq qərarın qəbul edilməsi məhkəmə orqanlarının səlahiyyətinə aiddir. “Azenco” məhkəmə prosesinin müstəqilliyinə və obyektivliyinə hörmətlə yanaşır, bu baxımdan yekun məhkəmə aktının qəbul edilməsini gözləməyi vacib hesab edir.Bununla yanaşı, son məhkəmə iclasları zamanı təqsirləndirilən şəxs tərəfindən səsləndirilən və “Azenco”nun, eləcə də şirkətin ayrı-ayrı əməkdaşlarının fəaliyyətinə aid edilən bir sıra iddiaları diqqətimizə çatdırılıb....
05 Noyabr 2026, 13:14