“Azenco” ASC sükutu pozdu - Vüqar Əliyevin işi
Cəmiyyət 05 Noyabr 2026, 13:14
244
“Azenco” ASC əvvəllər şirkətin Müşahidə Şurasının sədri vəzifəsində çalışmış Vüqar Əliyevə münasibətdə davam edən məhkəmə prosesi ilə bağlı məlumat yayıb.
“Qafqazinfo” xəbər verir ki, məlumatda hazırda məhkəmə araşdırmasının predmetini konkret şəxsə qarşı hüquq-mühafizə orqanları tərəfindən irəli sürülmüş ittihamların təşkil etdiyi qeyd olunub.
“Həmin ittihamların hüquqi qiymətləndirilməsi, işin faktiki hallarının araşdırılması və müvafiq qərarın qəbul edilməsi məhkəmə orqanlarının səlahiyyətinə aiddir. “Azenco” məhkəmə prosesinin müstəqilliyinə və obyektivliyinə hörmətlə yanaşır, bu baxımdan yekun məhkəmə aktının qəbul edilməsini gözləməyi vacib hesab edir.
Bununla yanaşı, son məhkəmə iclasları zamanı təqsirləndirilən şəxs tərəfindən səsləndirilən və “Azenco”nun, eləcə də şirkətin ayrı-ayrı əməkdaşlarının fəaliyyətinə aid edilən bir sıra iddiaları diqqətimizə çatdırılıb. Bildirmək istərdik ki, həmin iddialar şirkətin mövcud mövqeyini əks etdirmir və “Azenco”nun qənaətinə görə, onların obyektiv faktlarla əsaslandırılması üçün yetərli hüquqi və faktiki dəlillər mövcud deyil.
Şirkət hesab edir ki, davam edən məhkəmə prosesindən kənar məsələlərin ictimai müzakirəyə çıxarılması, işin mahiyyəti ilə birbaşa əlaqəsi olmayan bəyanatların səsləndirilməsi və bu kontekstdə “Azenco”nun adının hallandırılması ictimai rəydə yanlış təsəvvürlərin formalaşmasına, eləcə də şirkətin işgüzar nüfuzuna və uzun illər ərzində formalaşmış etibarlı tərəfdaşlıq münasibətlərinə mənfi təsir göstərə bilər”, - məlumatda vurğulanıb.
Həmçinin oxuyun
Açıqlamada həmçinin bildirilib ki, bununla belə, müdafiə hüququndan istifadə zamanı üçüncü şəxslərin, o cümlədən fiziki şəxslərin qanunla qorunan hüquq və mənafelərinə, işgüzar nüfuzuna və əməkdaşlarının peşəkar fəaliyyətinə hörmətlə yanaşılması da eyni dərəcədə vacibdir: “Azenco” fəaliyyətində qanunçuluq, şəffaflıq, korporativ məsuliyyət və peşəkar etika prinsiplərini rəhbər tutur. Şirkət öz fəaliyyətinə, idarəetmə sisteminə və əməkdaşlarının peşəkar nüfuzuna münasibətdə əsassız iddiaların səsləndirilməsini qəbulolunmaz hesab edir və zərurət yarandığı təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququnu özündə saxlayır.
Eyni zamanda, şirkət məhkəmə araşdırmasının nəticələrinə təsir göstərə biləcək hər hansı mülahizədən çəkinməyi, prosesin iştirakçılarının hüquqlarına hörmətlə yanaşmağı və ictimaiyyətin yalnız təsdiqini tapmış faktlar əsasında məlumatlandırılmasını vacib hesab edir. “Azenco” ictimaiyyəti məhkəmə prosesi çərçivəsində səsləndirilən birtərəfli və təsdiqini tapmamış iddialara ehtiyatla yanaşmağa, müxtəlif bəyanatları yekun hüquqi nəticə kimi qəbul etməməyə və iş üzrə məhkəmənin yekun qərarını gözləməyə çağırır.
Bir daha qeyd edirik ki, “Azenco” ASC regionun energetika, sənaye, mühəndislik və mülki tikinti sahələrində uzun illər ərzində fəaliyyət göstərən, geniş təcrübəyə və həyata keçirilmiş çoxsaylı layihələrə malik şirkətlərdən biridir. Şirkət öz işgüzar nüfuzunu, tərəfdaşlarının etimadını və üzərinə götürdüyü öhdəliklərin məsuliyyətlə icrasını əsas korporativ dəyərlərindən hesab edir”.
Ceyhun Həsənli "Şəki" basketbol komandasnın baş məşqçisi təyin olunub
"Şəki" basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.Citypost.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.Ceyhun Həsənli Azərbaycan Basketbol Liqası 2-də çıxış edəcək komanda ilə anlaşıb.Qeyd edək ki, Şəki basketbolunun yetirməsi olan C.Həsənli ötən mövsüm "Şəki"də türkiyəli baş məşqçi Bedri Meriçin köməkçisi olub.
05 Noyabr 2026, 13:17
Yol polisi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.Bu barədə Citypost.az-a idarədən məlumat verilib.Bildirilib ki, Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir:"Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi...
05 Noyabr 2026, 13:03
DTX əməliyyat KEÇİRİR
Dövlət Təhlükəsizliyi Xidməri (DTX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.Citypost.az xəbər verir ki, həyata keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının sakini tərəfindən dron vasitəsilə Biləsuvar rayonunun Cəbrayıl qaçqın şəhərciyinin yaxınlığında xüsusilə külli miqdarda narkotik vasitələrinin qaçaq yolla keçirilməsinin təşkil edildiyi müəyyən olunub.Keçirilmiş tədbirlər çərçivəsində narkotik vasitələri ərazidən götürüb sonradan satışını təşkil etmək məqsədilə gələn Azərbaycan Respublikası vətəndaşları Bədəlov Rüfət Bayram oğlu və Muxtarov Rüstəm Əli oğlu cinayət başında yaxalanaraq saxlanılmış, onlardan 14 kq 158 qram qurudulmuş marixuana, 979 qram metamfetamin və 23.1 qram tiryək aşkar edilərək götürülmüşdür.Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri...
05 Noyabr 2026, 12:45
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda
Yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizmi tətbiq olunacaq.Citypost.az sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.Layihəyə əsasən, daxili istehsal və idxal olunan yanacaq məhsullarına tədarük, daşınma və satış mərhələlərində vergitutma və dövriyyə üzrə zəncirboyu nəzarətin təmin edilməsi məqsədilə, beynəlxalq təcrübəyə uyğun olaraq yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizminin tətbiqi təklif olunur.Belə ki, ölkə ərazisində istehsal edilən və ya ölkəyə idxal olunan kimyəvi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, onların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi, həmçinin kimyəvi nişanlamanın tətbiqi, satışı və uçotunun aparılması qaydalarının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.Sözügedən qaydalara görə Aİ-92 markalı benzin və dizel yanacağı növlərinin...
05 Noyabr 2026, 12:29
Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır".Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünkü iclasında deyib."Dövlət Sosial Müdafiə Fondunun xərclərindən danışarkən qeyd etmək lazımdır ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96.5 faizini və ya 8 milyard 950 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək", - deyə deputat bildirib....
05 Noyabr 2026, 12:24
Gələn il şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq
Gələn il şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında sosial büdcə zərfinin müzakirəsində əmək və əhalinin sosial müdafiə naziri Anar Əliyev deyib.Anar Əliyev bildirib ki, növbəti il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərə mənzillərin, avtomobillərin və reabilitasiya vasitələrinin verilməsi proqramları da davam etdiriləcək: “Şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2027-ci il ərzində 600 mənzilin alınması üçün 40 milyon manat, tibbi göstərişi olan müharibə əlillərinin avtomobillərlə, habelə əlilliyi müəyyən edilmiş şəxslərin...
05 Noyabr 2026, 11:47