Daha bir şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
Cəmiyyət 05 Noyabr 2026, 18:18
202
Daha bir şirkət rəhbərinin Azərbaycandan çıxışına müvəqqəti məhdudiyyət qoyulub.
Citypost.az xəbər verir ki, "Elegant Residence" Mənzil-Tikinti Kooperativinin fondlara ümumilikdə 12 min 709 manat vergi borcu yaranıb. Lakin ödənişlər vaxtında yerinə yetirilməyib.
Borcların ödənilməsi üçün aidiyyəti qurum tərəfindən dəfələrlə şirkətə bildirişlər göndərilib. Bu da əhəmiyyət verməyəndə dövlət qurumu məhkəmədə şirkətə qarşı iddia qaldırıb. İddiada borclar ödənilənədək şirkətin rəhbəri, 34 yaşlı Nicat Pənahzadənin ölkədən çıxışına müvəqqəti qadağa qoyulması istənilib.
Həmçinin oxuyun
Məhkəmə bu iddanı təmin edib və N. Pənahzadənin Azərbayandan çıxışına müvəqqəti məhdudiyyət qoyulub.
Qeyd edək ki, mediada Bakının Həsən Əliyev, Mərdanov qardaşlarıvə Sabit Rəhman küçələrinin kəsişməsində yerləşən "Elegant Residence" Mənzil-Tikinti Kooperativi barədə bir sıra xəbərlər yayılıb. Həmin xəbərlərdə sakinlərin şirkətdən narazı olduqları bildirilib. (Modern.az)
Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib.Citypost.az komitəyə istinadən xəbər verir ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Türkiyədən Azərbaycana gələn nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin qoşqusunda mal müşayiət sənədlərində qeyd olunmayan ümumilikdə 10 adda 480 ədəd tibb sahəsində istifadə olunan mallar aşkar edilib.Faktla bağlı araşdırma aparılır....
05 Noyabr 2026, 18:12
Bu il 105 uşaq övladlığa verilib
2026-cı ilin ilk 10 ayında 105 uşaq övladlığa götürülüb.Övladlığa verilən uşaqların sayı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Citypost.az-a bildirib ki, bu ilin 9 ayı ərzində daha 105 uşaq övladlığa verilib.Onlardan 53-ü qız, 52-si oğlandır.Altsistem müvafiq prosedurların əlaqələndirilməsinə, prosesin daha sistemli və şəffaf şəkildə təşkilinə, uşaqların mənafeyinə uyğun qərarların qəbuluna xidmət edir.
05 Noyabr 2026, 18:00
FHN və SOCAR arasında əməkdaşlıq müzakirə edildi
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və SOCAR-ın “Azneft” İstehsalat Birliyinin rəhbər heyəti arasında görüş keçirilib.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Görüşdə Agentliyin rəisi İsmayıl Nəsirov və Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun direktoru Məmməd Bağır-zadə, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru İlqar Əlizadə, eləcə də aidiyyəti qurumların rəhbər heyəti və nümayəndələri iştirak ediblər.Görüş zamanı təhlükə potensiallı obyektlərdə sənaye təhlükəsizliyinin təmin edilməsi, həmin obyektlərdə istismar olunan qurğu və avadanlıqların təhlükəsiz istismarına nəzarətin gücləndirilməsi, bu sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və birgə tədbirlərin həyata keçirilməsi...
05 Noyabr 2026, 17:53
Ramiz Mehdiyevin komandasının şok siyahısı :Sevil İsmayılova Rusiyanın agenti imiş
Citypost saytı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən “Şərq-Qərb” nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məlumatlar əldə edib. Prezident Aparatının sabiq rəhbəri planlarını yazılı olaraq Rusiyanın yüksək vəzifəli şəxslərinə Sevil İsmayılova vasitəsi ilə çatdırırmış. Əldə edilən xəbərlərdən görünür ki, Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyasına dair təklifləri əks etdirən sənəd çapı və Rusiya tərəfinə çatdırılması prosesində Sevil İsmayılova aparıcı rol oynayır. Ramiz Mehdiyev hazırladığı əl yazmada Azərbaycanın son 5 ildə üzləşdiyi siyasi və idarəetmə problemləri, ölkədə yaranmış vəziyyət və gələcək perspektivlər əksini tapıb. Ramiz...
05 Noyabr 2026, 17:38
Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 5-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında DİN-ə müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 179 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib....
05 Noyabr 2026, 17:38
“Bir şəkil” sənədli filmi təqdim olundu
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xocalı soyqırımı zamanı qəhrəmancasına həlak olmuş şəhid Şöhrət Həsənova həsr edilən “Bir şəkil” sənədli filminin təqdimat mərasimi keçirilib. Təqdimatda Dövlət Komitəsinin rəsmi şəxsləri və əməkdaşları iştirak ediblər.Citypost.az xəbər verir ki, əvvəlcə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə...
05 Noyabr 2026, 17:38