Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Cəmiyyət 05 Noyabr 2026, 23:05

1891

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin ilk iclası keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Vüqar Zifəroğlu gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Citypost.az xəbər verir ki, sədr V.Zifəroğlu İH-nin yeni tərkibinin qarşısında bir sıra mühüm vəzifələrin icrasının dayandığını bildirib. O deyib ki, Mətbuat Şurası postsovet məkanında medianın ilk özünütənzimləmə strukturu kimi böyük yol keçib, fəaliyyəti ilə cəmiyyətdə nüfuz qazanıb və təşkilat gələcəkdə də media ictimaiyyətinin gözləntilərini doğrultmaq istiqamətində səylə çalışmalıdır. V.Zifəroğlu buna əmin olduğunu bildirməklə yanaşı, Şuranın işinin müasir dövrün çağırışlarına adekvat qurulmasının zəruriliyi üzərində dayanıb.

MŞ sədri onu da bildirib ki, Prezident İlham Əliyev çıxışlarında müasir dünyanın informasiya mühitindəki neqativ hallara diqqət çəkir. Dövlətimizin başçısının fikirləri həm yüksək maarifləndirici xarakterlidir, həm də mükəmməl yol xəritəsi mahiyyəti daşıyır. Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi mövcud məqamı əsas götürməli, ölkəmizin liderinin müəyyənləşdirdiyi strategiyaya əməli dəstək göstərməli, jurnalist peşəkarlığına dair beynəlxalq standartları ciddi şəkildə nəzərdən keçirərək, onların tətbiqi imkanlarını araşdırmalıdır. Mühüm vəzifələrdən biri də ölkəmizdə sağlam media mühitinin qərarlaşmasına layiqli töhfə verməkdir.

V.Zifəroğlu eyni zamanda vurğulayıb ki, MŞ İdarə Heyəti üzvlərinin Azərbaycana qarşı qlobal informasiya məkanındakı ənənəvi destruktiv meyillərə münasibətdə də prinsipial mövqe tutmaları, çevik davranaraq, mövcud istiqamətdə əvvəlki illərin təcrübəsini daha dinamik tərzdə dolğunlaşdırmaları vacibdir. O, bunun üçün bütün mümkün vasitələrdən istifadə ediləcəyini dilə gətirib.

MŞ sədri iclasın gündəliyindəki bütün məsələlərin Şuranın funksionallığını artırmaq məramından qaynaqlandığını bildirib və buna görə ilk növbədə qurumun sədr müavinlərinin müəyyənləşdirilməli olduğuna diqqət çəkib. Müzakirələrdən sonra İH üzvlərindən Müşfiq Ələsgərli və Elmira Musazadə bu vəzifəyə seçiliblər.

Gündəlikdəki ikinci məsələ - MŞ-nin komissiyalarının formalaşdırılması xüsusunda bildirilib ki, Şuranın başlıca missiyası media ilə bağlı şikayətlərin araşdırılmasıdır. Qurumun Nizamnaməsinə görə, MŞ sədrinin müavinləri növbəlilik əsasında – 2 il müddətinə Şikayətlər üzrə komissiyaya rəhbərlik edirlər. Birinci müddətə rəhbərlik sədr müavini M.Ələsgərliyə həvalə olunub.

İclasda MŞ-nin digər komissiyalarının sədrləri müəyyənləşdirildi və qərara alınıb ki, onlar Şuranın növbəti iclasınadək rəhbəri olduqları qurumların fəaliyyət proqramları və tərkibləri ilə bağlı təklifləri Şuranın Katibliyinə təqdim etsinlər. Toplantıda o da bildirilib ki, komissiyaların intensivliyini artırmaq üçün onların işinə İH üzvləri ilə yanaşı, müvafiq sahə ekspertlərinin və mütəxəssislərin də cəlb edilmələri ümumi işə fayda verəcək.

İH-nin iclasında Şura sədri V.Zifəroğlunun təqdimatı əsasında MŞ-nin icraçı katibi də təsdiqlənib. Bu vəzifəyə Əvəz Rüstəmovun namizədliyi məqbul qiymətləndirilib. MŞ İdarə Heyətinin üzvü Əminə Yusifqızı Şuranın Ahıl Jurnalistlər Məclisinin sədri seçilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev: Ermənilər 30 il bu torpaqları viran qoymuşdular

Ermənilər 30 il bu torpaqları viran qoymuşdular, bir daşı daş üstə qoyulmamışdır. Biz isə cəmi altı il ərzində 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq, onlar üçün mümkün olan ən gözəl şərait yaratmışıq.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında sakinlərlə söhbəti zamanı bildirib.Dövlət başçısı Azərbaycanın müharibədə Qələbə qazandığını vurğulayıb:"Sülh şəraitində yaşayan xalqımız da qurub-yaradır"....

06 Noyabr 2026, 20:24

“Azərbaycan Test Portalı” MMC-nin direktoru dələduzluqda ittiham olunur

Şirkət rəhbəri vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.Citypost.az xəbər verir ki, “Azərbaycan Test Portalı” MMC-nin təsisçisi və direktoru Nihad Məmmədov vətəndaşlardan işə düzəltmək adı ilə 300 min manata yaxın pul almaqda ittiham olunur.Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.İttihama görə, o, işə qəbul edilən vətəndaşlarla əmək müqavilələri bağlasa da, onlara əməkhaqqı ödənilməyib.Bu gün cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən hazırlıq iclasında tərəflərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.Məlum olub ki, təqsirləndirilən Nihad Məmmədov istintaq dövründə ziyanın 15 min...

06 Noyabr 2026, 20:20

Sahibə Qafarova “Aqaba Prosesi” çərçivəsində Astanada keçirilmiş görüşdə iştirak edib

Noyabrın 6-da Qazaxıstanın paytaxtı Astana şəhərində “Süni intellekt sahəsində təhlükəsizlik” mövzusunda “Aqaba Prosesi” çərçivəsində Mərkəzi Asiya Dövlət Başçılarının Görüşü keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.Bildirilib ki, tədbirdə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, İordaniya Kralı II Abdullah bin Əl-Hüseyn, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdımuhamedov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Qırğızıstanın xarici işlər naziri Cenbek Kulubayev və digər rəsmi şəxslər iştirak ediblər.Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını görüş iştirakçılarına çatdırıb.Spiker çıxışında Azərbaycanda rəqəmsal texnologiyalar...

06 Noyabr 2026, 20:09

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.APA xəbər verir ki, ümumi sahəsi 179,5 hektar olan Cahangirbəyli kəndində birinci mərhələ üzrə 62,57 hektar ərazidə 242 fərdi evin, məktəb binasının, körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin və çoxfunksiyalı binanın tikintisi həyata keçirilib. Evlər 2, 3, 4, 5 otaqlıdır. Onların hamısı su, işıq, qaz, Günəş panelləri və yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollar da asfaltlanıb.Kənddəki çoxfunksiyalı binada həkim-tibb məntəqəsi, aptek, market, dərzi, gözəllik salonu fəaliyyət göstərəcək.Cahangirbəylidə 80 yerlik körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət...

06 Noyabr 2026, 19:54

Brüsseldə Azərbaycanın Zəfər Günü qeyd olunub

Belçikanın paytaxtı Brüsseldə 8 Noyabr - Zəfər Günü münasibətilə "Azərbaycanın ruhu" adlı bayram konserti keçirilib."Report"un Avropa bürosu xəbər verir ki, tədbir Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqındakı (Aİ) səfirliyi, həmçinin ölkənin NATO yanındakı nümayəndəliyi tərəfindən birgə təşkil olunub.Dəvətlilər arasında Belçikanın dövlət və siyasi dairələrinin, beynəlxalq təşkilatların, NATO-nun, Brüsseldə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak ediblər.Açılışda Azərbaycanın Belçikadakı səfiri Məmməd Əhmədzadə və NATO yanındakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə çıxış ediblər.Diplomatlar Zəfərin tarixi əhəmiyyəti və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 2020-ci ilin 44 günlük Vətən müharibəsindən tutmuş 2023-cü ilin sentyabrındakı antiterror...

06 Noyabr 2026, 18:56

Hərbi Prokurorluğun rəhbərliyi Zəfər Günü münasibətilə əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşüb

Hərbi Prokurorluğun rəhbərliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətə yeni başlamış gənc əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşüb.Bu barədə Citypost.az-a Hərbi Prokurorluqdan məlumat verilib.Bildirilib ki, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi zəfərin əhəmiyyətindən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasında göstərilən qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub.Tədbir iştirakçıları Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.Tədbirin sonunda xidmətdə fərqlənən hərbi...

06 Noyabr 2026, 18:30