Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev: Biz ədaləti, ləyaqətimizi və haqqımızı bərpa etdik

Siyasət 06 Noyabr 2026, 20:22

478

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi.
Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşü zamanı deyib.
 
Dövlət başçısı ədaləti bərpa etdiklərini bildirib:"Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq. Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər. Çünki biz ədaləti bərpa etdik, öz ləyaqətimizi bərpa etdik və döyüş meydanında qan tökərək öz haqqımızı bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Əminəm, onların yaxınları bilirlər ki, onların qanı yerdə qalmayıb. Onların qisası döyüş meydanında alınıb və bu gün onların əziz xatirəsinə ən böyük hörmət əlaməti bax, Qarabağın, Şərqi Zəngəzurun belə gözəl dirçəldilməsidir".

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zaur Şükürov: Azərbaycan xalqı Vətən müharibəsində yumruq kimi birləşdi

44 günlük Vətən müharibəsi boyu ölkəmiz Ali Baş Komandanımızın qətiyyətli, müdrik və uzaqgörən siyasətinin, şəhidlərimizin, qazilərimizin misilsiz qəhrəmanlığının, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, müasir texnologiyalardan səmərəli istifadənin, düzgün strateji planlaşdırmanın və əsgər-mülki vətəndaş birliyinin nümunəsini göstərdi.Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov noyabrın 8-i Zəfər Günü münasibətilə Citypost.az  saytına açıqlamasında bildirib.Deputatın sözlərinə görə, noyabrın 8-də Azərbaycan xalqı tarixinin ən şanlı və qürurverici günlərindən birini böyük fərəh və iftixar hissi ilə qeyd edir: “Şuşa şəhərinin azad edilməsi ilə işğalçı Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur edən qalib Azərbaycan öz gücünü, qüdrətini, cəsarətini, xalq-iqtidar, xalq-ordu birliyini, Vətən, torpaq sevgisini döyüş meydanında sübut etdi”.Z.Şükürov...

06 Noyabr 2026, 20:44

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi töhfələr, habelə qlobal və regional gündəlikdə duran məsələlər müzakirə olunub.Tərəflər Azərbaycanın BMT ilə əməkdaşlıqda fəal rolunu, habelə qlobal çağırışların həllinə töhfə verilməsi istiqamətində addımlarını məmnunluqla qeyd ediblər. Bu çərçivədə, Azərbaycanın Qoşulmama Hərəkatı, COP29, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA), Ümumdünya Şəhərsalma Forumu...

06 Noyabr 2026, 17:21

Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşdü

Litva xarici işlər naziri Kestutis Budris Vilnüsdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Kestutis Budris sosial media hesabında paylaşım edib."Litva ilə Azərbaycan enerji, ticarət, xalqlararası əlaqələr, eləcə də Cənubi Qafqazda sülh və rifahın təmin edilməsi daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə ardıcıl irəliləyiş əldə edir",- o bildirib.

06 Noyabr 2026, 16:50

Ceyhun Məmmədov: Zəfər xalq-iqtidar birliyinin nəticəsidir

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürərək, torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!8 Noyabr — Ali Baş Komandanımızın və rəşadətli ordumuzun Şuşanı işğaldan azad etdiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd olunur.Bu sözləri Milli Məclisin deputatı Ceyhun...

06 Noyabr 2026, 15:14

Fələstin səfirliyi Azərbaycanın dəstəyinə görə minnətdarlığını bildirib

2026-cı il ərzində Fələstinin Azərbaycandakı iştirakı daha geniş miqyas alıb.Bu barədə Citypost.az-a Fələstin Dövlətinin Azərbaycandakı səfirliyindən daxil olan bəyanatda deyilir.Bəyanatda bildirilib ki, bu fəallıq Fələstin Dövləti ilə Azərbaycan Respublikası arasında mövcud dostluğun təməlində yeni əməkdaşlıq imkanları yaratmağa və münasibətləri daha da inkişaf etdirməyə yönəlmiş ortaq iradəni əks etdirir.Xatırladılıb ki, 2026-cı il avqustun 3-də Prezident İlham Əliyev həmin ilin iyulun 10-da iki ölkənin Xarici İşlər nazirlikləri arasında imzalanmış, Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsinə dair Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb: “Bu addım səfirliyin fəaliyyətinin davamlılığına, ikitərəfli əlaqələrin və birgə təşəbbüslərin əlaqələndirilməsini davam etdirmək imkanlarına dəstək kimi qiymətləndirilir”.Qeyd olunub...

06 Noyabr 2026, 11:39

Politoloq: Müsəlman kimliyi ABŞ siyasətçisinin Yaxın Şərq kursunu müəyyən etmir

ABŞ-ın Yaxın Şərqdə və ona bitişik regionlarda mövqelərinin zəiflədiyi bütün dövrlərdə Vaşinqtonun daxili siyasi proseslərində bu regionlarla bağlı olan siyasətçilər meydana buraxılır.Nyu-Yorkun ilk müsəlman meri Zöhran Mamdani və dünən Miçiqan ştatından ABŞ Senatına seçilən ilk müsəlman senator Abdul El-Sayed faktorunu da belə qəbul etmək lazımdır.ABŞ-da siyasətçinin kursunu onun dini və etnik mənsubiyyəti deyil, təmsil olunduğu siyasi qrupun kursu müəyyən edir.Məsələn, müsəlman keniyalının oğlu olan Barak Obamanın prezidentliyi dövründə baş verənləri xatırlamaq kifayətdir.Onun müsəlman kökləri ilə bağlı formalaşdırılan gözləntilərə baxmayaraq, Obama administrasiyası ABŞ-ın ən sərt Yaxın Şərq siyasəti yürüdən administrasiyası oldu.Liviyaya müdaxilə, regionda hər ikinci ölkədə hərbi əməliyyatlar və onların ağır...

06 Noyabr 2026, 00:57