Maliyyə Nazirliyi 3 milyon manata qədər borca düşmüş şirkəti CƏRİMƏLƏDİ
Cəmiyyət 12 Noyabr 2026, 13:30
516
“R-İdeal Group” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Citypost.az Yurd.Media-a istinadən əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin Uçot Siyasəti Şöbəsi tərəfindən MMC-də yoxlama aparılıb.
Məlum olub ki, idxal-ixrac ticarəti və müxtəlif kommersiya fəaliyyətləri ilə məşğul olan “R-İdeal Group”da 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb.
Bu səbəbdən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Həmçinin oxuyun
Məhkəmənin qərarı ilə “R-İdeal Group” MMC 1500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, “R-İdeal Group” MMC 2021-ci ildən fəaliyyət göstərir. Direktoru Əfqan Məmmədov olan şirkətin hazırda 2,7 milyon manat vergi borcu yığılıb.
Atasının ölümünə səbəb olan sürücüyə şərti cəza verilib
Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 2025-ci il iyulun 13-də baş verən yol-nəqliyyat hadisəsi zamanı atasının ölümünə səbəb olan sürücüyə şərti cəza verilib.Citypost.az xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində verilib.Belə ki, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxsin barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb.İşin hallarına əsasən, Mehdiabad–Pirşağı şossesində "Kia Rio" markalı avtomobili idarə edən şəxs yaşayış məntəqəsində müəyyən edilmiş saatda 60 kilometr sürət həddini aşaraq 90–100 km/saat sürətlə hərəkət edib. O, qarşısında eyni istiqamətdə hərəkət edən "Hyundai Santa Fe" markalı avtomobili ötmək...
12 Noyabr 2026, 13:38
150 illik ağacları kəsənlər tutulub - ƏMƏLİYYAT
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz kəsilməsi və emalı ilə məşğul olan şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat keçirib.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Baş İdarəyə Şəki rayonunun Kiş kəndi ərazisində qiymətli ağac növlərinin qanunsuz olaraq kütləvi şəkildə kəsilməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən rayon sakinləri Hümmət Feyzullayev, Nüyvər Babayev, Sərxan Hümmətov, Taleh Abdullayev, Rüstəm Məhərrəmov və Qəmlo Nəsirli müəyyən edilərək saxlanılıblar.Araşdırmalarla məlum olub ki, həmin şəxslər ağacları qanunsuz kəsərək emal...
12 Noyabr 2026, 13:28
3 bayram ard-arda gəlir: Tətil günləri- TƏQVİM
2027-ci ilin mart ayında Azərbaycanda uzunmüddətli istirahət günlərinin yaranacağı gözlənilir.Citypost.az Ajans.az-a istinadən xəbər verir ki, gələn il 8 Mart – Beynəlxalq Qadınlar Günü, Ramazan və Novruz bayramları mart ayına təsadüf edəcək.Təqvimə əsasən, 8 Mart bazar ertəsi gününə düşür. Astronomik hesablamalara görə, Ramazan bayramının isə martın 9-10-da qeyd olunacağı ehtimal edilir. Bu tarixlər rəsmi təsdiqlənərsə, həftəsonu ilə birlikdə martın 6-dan 10-dək ardıcıl beş gün istirahət etmək mümkün olacaq.Novruz bayramının isə martın 20-24-də qeyd olunacağı gözlənilir. 2027-ci ildə bayramın ilk iki gününün şənbə və bazara təsadüf etməsi səbəbindən əlavə istirahət günlərinin yaranması da mümkündür. Mövcud qanunvericiliyə əsasən, bayram günləri həftələrarası istirahət günləri...
12 Noyabr 2026, 13:00
Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək
Noyabrın 10-da Almaniyada vəfat edən 83 yaşlı Əməkdar artist, bəstəkar Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Citypost.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin Media, kommunikasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı məlumat verib. O bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı mərhumun nəşinin Azərbaycana gətirilməsi ilə bağlı zəruri işləri həyata keçirir.Qeyd edək ki, Arif Mirzəyev uzunsürən xəstəlikdən vəfat edib. O, “Yanvar passion”, “Xocalı uşaqları üçün Layla”, “İ.S.Baxın xatirəsinə orqan simfoniyası” əsərlərinin müəllifidir. 2024-cü ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub....
12 Noyabr 2026, 12:55
Milli Məclisdə Bakı Bələdiyyə və Dövlət Yuğ teatrlarının bina problemi qaldırılıb
Milli Məclisdə Bakı Bələdiyyə Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının binalarının olmaması haqqında məsələ qaldırılıb.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Günay Əfəndiyeva parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.O qeyd edib ki, problem həmin teatrların yaradıcılıq fəaliyyətinə və inkişafına mənfi təsir göstərir:"Hesab edirəm ki, bu problem həllini tapmalıdır. Həmçinin büdcə müzakirəsini nəzərə alaraq, mədəniyyət və incəsənət işçilərinin əməkhaqlarının artırılmasına da yenidən baxmaq vacibdir". (Report)...
12 Noyabr 2026, 12:39
Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 7-12° isti olacaq....
12 Noyabr 2026, 12:35