Atasının ölümünə səbəb olan sürücüyə şərti cəza verilib
Cəmiyyət 12 Noyabr 2026, 13:38
243
Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 2025-ci il iyulun 13-də baş verən yol-nəqliyyat hadisəsi zamanı atasının ölümünə səbəb olan sürücüyə şərti cəza verilib.
Citypost.az xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində verilib.
Belə ki, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxsin barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb.
İşin hallarına əsasən, Mehdiabad–Pirşağı şossesində "Kia Rio" markalı avtomobili idarə edən şəxs yaşayış məntəqəsində müəyyən edilmiş saatda 60 kilometr sürət həddini aşaraq 90–100 km/saat sürətlə hərəkət edib. O, qarşısında eyni istiqamətdə hərəkət edən "Hyundai Santa Fe" markalı avtomobili ötmək məqsədilə bütöv xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxıb.
Bu zaman sürücünün idarə etdiyi avtomobil qarşıdan gələn "Skoda Rapid" markalı avtomobillə toqquşub. Toqquşmadan sonra "Kia Rio" markalı avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində "Kia Rio" markalı avtomobildə sərnişin qismində olan sürücünün atası aldığı ağır xəsarətlərdən həyatını itirib. Həmin avtomobilin digər iki sərnişininin sağlamlığına ağır, "Skoda Rapid" markalı avtomobilin sürücüsünün və sərnişininin sağlamlığına isə az ağır zərər dəyib.
Aparılmış məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası nəticəsində müəyyən edilib ki, sürücü yol hərəkəti qaydalarının tələblərinə riayət etməyib və hadisənin qarşısını almağa texniki imkanı olub.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Hökmdən narazı qalan məhkum, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisi və digər iki zərərçəkmiş şəxs apellyasiya şikayətləri verərək cəzanın yüngülləşdirilməsini və Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsini xahiş ediblər.
Həmçinin oxuyun
Apellyasiya şikayətlərində bildirilib ki, məhkum törətdiyi əməldən peşman olub, zərərçəkmiş şəxslərlə barışıq əldə edib və onlara dəymiş ziyanı ödəyib. Zərərçəkmiş şəxslər də məhkuma qarşı hər hansı şikayət və tələblərinin qalmadığını, onun azadlıqdan məhrum edilməsini istəmədiklərini bildiriblər.
Bununla yanaşı, hadisə nəticəsində atasını itirmiş məhkumun ailənin yeganə gəlir gətirən üzvü olduğu, onun azadlıqdan məhrum edilməsinin ailənin maddi vəziyyətinə ciddi təsir göstərəcəyi də məhkəmənin diqqətinə çatdırılıb.
Bakı Apellyasiya Məhkəməsi işin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq birinci instansiya məhkəməsinin təqsirliliklə bağlı nəticəsini qanuni və əsaslı hesab edib.
Məhkəmə kollegiyası qeyd edib ki, şəxsin Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiqlənib. Bununla belə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirkarın şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır.
Apellyasiya instansiyası məhkəməsi məhkumun əvvəllər məhkum olunmamasını, hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, həmçinin cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb.
Məhkəmə kollegiyası belə qənaətə gəlib ki, konkret işin halları məhkumun təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real çəkmədən də islah olunmasının mümkünlüyünü göstərir. Bu səbəbdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi qanuni, əsaslı hesab edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin olunub, birinci instansiya məhkəməsinin hökmü cəzanın tətbiqi hissəsində dəyişdirilib. Məhkuma təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilib.
Maliyyə Nazirliyi 3 milyon manata qədər borca düşmüş şirkəti CƏRİMƏLƏDİ
“R-İdeal Group” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. Citypost.az Yurd.Media-a istinadən əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin Uçot Siyasəti Şöbəsi tərəfindən MMC-də yoxlama aparılıb. Məlum olub ki, idxal-ixrac ticarəti və müxtəlif kommersiya fəaliyyətləri ilə məşğul olan “R-İdeal Group”da 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb. Bu səbəbdən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə “R-İdeal Group” MMC 1500 manat məbləğində cərimə edilib.Qeyd edək ki, “R-İdeal Group” MMC 2021-ci ildən fəaliyyət göstərir. Direktoru Əfqan Məmmədov olan şirkətin hazırda 2,7 milyon manat vergi borcu yığılıb....
12 Noyabr 2026, 13:30
150 illik ağacları kəsənlər tutulub - ƏMƏLİYYAT
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz kəsilməsi və emalı ilə məşğul olan şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat keçirib.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Baş İdarəyə Şəki rayonunun Kiş kəndi ərazisində qiymətli ağac növlərinin qanunsuz olaraq kütləvi şəkildə kəsilməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən rayon sakinləri Hümmət Feyzullayev, Nüyvər Babayev, Sərxan Hümmətov, Taleh Abdullayev, Rüstəm Məhərrəmov və Qəmlo Nəsirli müəyyən edilərək saxlanılıblar.Araşdırmalarla məlum olub ki, həmin şəxslər ağacları qanunsuz kəsərək emal...
12 Noyabr 2026, 13:28
3 bayram ard-arda gəlir: Tətil günləri- TƏQVİM
2027-ci ilin mart ayında Azərbaycanda uzunmüddətli istirahət günlərinin yaranacağı gözlənilir.Citypost.az Ajans.az-a istinadən xəbər verir ki, gələn il 8 Mart – Beynəlxalq Qadınlar Günü, Ramazan və Novruz bayramları mart ayına təsadüf edəcək.Təqvimə əsasən, 8 Mart bazar ertəsi gününə düşür. Astronomik hesablamalara görə, Ramazan bayramının isə martın 9-10-da qeyd olunacağı ehtimal edilir. Bu tarixlər rəsmi təsdiqlənərsə, həftəsonu ilə birlikdə martın 6-dan 10-dək ardıcıl beş gün istirahət etmək mümkün olacaq.Novruz bayramının isə martın 20-24-də qeyd olunacağı gözlənilir. 2027-ci ildə bayramın ilk iki gününün şənbə və bazara təsadüf etməsi səbəbindən əlavə istirahət günlərinin yaranması da mümkündür. Mövcud qanunvericiliyə əsasən, bayram günləri həftələrarası istirahət günləri...
12 Noyabr 2026, 13:00
Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək
Noyabrın 10-da Almaniyada vəfat edən 83 yaşlı Əməkdar artist, bəstəkar Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Citypost.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin Media, kommunikasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı məlumat verib. O bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı mərhumun nəşinin Azərbaycana gətirilməsi ilə bağlı zəruri işləri həyata keçirir.Qeyd edək ki, Arif Mirzəyev uzunsürən xəstəlikdən vəfat edib. O, “Yanvar passion”, “Xocalı uşaqları üçün Layla”, “İ.S.Baxın xatirəsinə orqan simfoniyası” əsərlərinin müəllifidir. 2024-cü ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub....
12 Noyabr 2026, 12:55
Milli Məclisdə Bakı Bələdiyyə və Dövlət Yuğ teatrlarının bina problemi qaldırılıb
Milli Məclisdə Bakı Bələdiyyə Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının binalarının olmaması haqqında məsələ qaldırılıb.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Günay Əfəndiyeva parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.O qeyd edib ki, problem həmin teatrların yaradıcılıq fəaliyyətinə və inkişafına mənfi təsir göstərir:"Hesab edirəm ki, bu problem həllini tapmalıdır. Həmçinin büdcə müzakirəsini nəzərə alaraq, mədəniyyət və incəsənət işçilərinin əməkhaqlarının artırılmasına da yenidən baxmaq vacibdir". (Report)...
12 Noyabr 2026, 12:39
Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 7-12° isti olacaq....
12 Noyabr 2026, 12:35