Bizə yazın

Baku

-°C

USD

-

Ərəb şeyxi ilə 1 saatlıq yemək üçün 2,5 milyon dollar alıb?

Sənət aləmi 12 Noyabr 2026, 16:26

473

Türkiyənin məşhur ekran işi “Yeraltı” serialındakı tərəf-müqabili Dəniz Can Aktaş ilə yaşadığı sevgi münasibəti ilə gündəmdə olan aktrisa Devrim Özkan haqqında qalmaqallı fikir irəli sürülüb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə aktrisanın onunla bir saat şam yeməyi yemək istəyən ərəb şeyxinin 2,5 milyon dollarlıq təklifini qəbul edərək Dubaya getdiyi iddia olunub.

Məsələ ilə bağlı aktrisanın menecerliyini edən agentlik rəsmi açıqlama yayaraq iddiaları təkzib edib: “Aktrisamız Devrim Özkan qlobal bir brendlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək xüsusi üz qabığı çəkilişi üçün Dubaydadır. Onun haqqında mətbuatda və sosial mediada yer alan, həqiqəti əks etdirməyən və heç bir konkret əsası olmayan xəbərləri qəti şəkildə təkzib edir və qınayırıq”.

Agentliyin açıqlamasını sosial şəbəkə hesabında paylaşan D.Özkan isə iddiaları yayanları məhkəmə ilə hədələyib: “Mən də bunu əlavə edim. Məncə, o xəbərləri yazmağa davam edin ki, bəhs etdiyiniz məbləği sizdən alıb klinika borcu olan heyvansevərlərin borclarını bağlayım. Vəkilimlə birlikdə əlimizdəki 100-dən çox ekran görüntüsü ilə ədalət qarşısında hesablaşacağıq. Siz məni şərləməyə davam edin”.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əməkdar artist oğluna toy etdi - Fotolar

Əməkdar artist Əzizağa Əzizov oğluna toy edib.Citypost.az Axşam.az-a istinadən, mərasim ötən gün paytaxt restoranlarından birində baş tutub.Məclisdə aktyorun bir çox sənət dostları da iştirak edib.Qeyd edək ki, Ə.Əzizovun 2 övladı var.

11 Noyabr 2026, 17:33

“Kəlbəcərə qayıtdınız ki, zibilləyəsiniz?” – Aparıcıdan sərt tənqid

Aparıcı İlkin Həsəni Kəlbəcər təbiətinin zibillənməsini əks etdirən görüntülər paylaşıb.Citypost.az "Bakupost"a istinadən xəbər verir ki, aparıcı paylaşımında ətraf mühiti tullantılarla çirkləndirən şəxsləri sərt tənqid edib."İnsan necə yediyi, içdiyi, istirahət etdiyi bir yeri bu hala sala bilər? Buranı necə zibilləyə bilirsiniz? Dəfələrlə danışırıq, müraciət edirik ki, bunu etməyin. Yedin, içdin, tullantıları bir paketə yığdın, ən yaxın zibil qutusuna at. "Kəlbəcər belə, təbiəti elə... Ay biz bura qayıtdıq"... Bura qayıtmısınız ki, belə işlər görəsiniz? İnsafınız olsun, bir az adamlığınız olsun! ", - deyə o, bildirib....

10 Noyabr 2026, 12:45

“Korkut Ata” Film Festivalında iki Azərbaycan filmi mükafata layiq görülüb

İstanbulda keçirilən 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalının bağlanış mərasimi keçirilib. Tədbirdə festivalın qaliblərinə mükafatlar təqdim olunub.Citypost.az xəbər verir ki, Azərbaycanın Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyinin dəstəyi ilə istehsal olunan “Azıx mağarası: Azərbaycanın beşiyi” sənədli filmi münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. “Azərbaycan irsinə səyahət” silsiləsinə daxil olan filmin çəkilişləri “Alpha Prodüksion və Ajans Hizmetleri” şirkəti tərəfindən həyata keçirilib.Kino Agentliyinin dəstək verdiyi “Tağıyev: Məktəb” filminin rejissoru Zaur Qasımlı “Ən yaxşı rejissor” mükafatını qazanıb. Film Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.Qeyd edək ki, “Korkut Ata” Festivalının əsas mükafatı Türk dünyasının birliyini simvolizə edən “Durna quşu” fiqurudur....

09 Noyabr 2026, 18:55

"Tağıyev: Məktəb" filmi VI "Korkut Ata" Türk Dünyası Film Festivalında nümayiş edilib

VI "Korkut Ata" Türk Dünyası Film Festivalı çərçivısində rejissor Zaur Qasımlının "Tağıyev: Məktəb" filmi nümayiş olunub."Report"un İstanbula ezam olunan əməkdaşı xəbər verir ki, ekran işi festivalın tammetrajlı bədii film kateqoriyasında yarışır.Film böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan "Tağıyev" filminin sonuncu - dördüncü hissəsidir.Bakı Media Mərkəzinin istehsalı olan filmdə XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur.Ekran işində böyük xeyriyyəçinin təşəbbüsü ilə 1901-ci il oktyabrın 7-də Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin fəaliyyətə başlaması hadisəsi, onun bu zaman üzləşdiyi çətinliklər, maneələr bədii və estetik formada tamaşaçıya təqdim edilir.Layihə Heydər...

06 Noyabr 2026, 21:00

"Həkim sevgini qadağan edib" - Cem Yılmaz

Məşhur komediyaçı Cem Yılmaz son aylarda yaşadığı səhhət problemi ilə pərəstişkarlarını narahat edib.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, Ayvacık rayonundakı evində infarkt keçirən və xəstəxanaya aparılan Yılmaz Çanaqqala Onsekiz Mart Universitetində angioqrafiya əməliyyatından keçib.Bir müddətdir evdə dincələn və müayinələrini də laqeyd qoymayan məşhur ötən gün tədbirlərin birində görüntülənib. Səhhətinin yaxşı olduğunu deyən Yılmaz, eşq həyatı ilə bağlı sualları da cavablandırıb. "Münasibətiniz varmı?" sualınacavab verən Yılmaz, "Mənim münasibətim yoxdur; həkimim bunu qadağan edib", - deyib.Cemin bu cavabı sosial mediada diqqət çəkib. ...

06 Noyabr 2026, 17:50

14 yaşlı uşağın görüntüləri Nura Surini sarsıtdı – Zelenskiyə çağırış etdi

Müğənni Nura Suri Ukraynada baş verən hadisələrlə bağlı narahatlığını ifadə edərək ölkə prezidenti Volodimir Zelenskini yaranan suallara aydınlıq gətirməyə çağırıb.Citypost.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında paylaşım edərək Kiyev yaxınlığında yayılan görüntülərin, xüsusilə 14 yaşlı uşağın vəziyyətinin onu dərindən sarsıtdığını bildirib.Nura Suri qeyd edib ki, uşağın gözlərindəki qorxu və yaşananların yaratdığı mənzərə onun yaddaşından silinmir. O, zorakılığa məruz qalan şəxslərin saxlanıldığı bildirilən binanın qarşısına insanların toplaşmasına da diqqət çəkib.Nura Suri baş verənlərlə bağlı bir sıra suallar ünvanlayıb: binada olan dörd nəfərin hansı səbəbdən tibbi yardıma ehtiyacı yaranıb və həmin şəxslər hansı əsasla orada saxlanılıblar?Müğənninin fikrincə, müharibə şəraitində yaşayan bir...

04 Noyabr 2026, 01:09