Bizə yazın

Baku

-°C

USD

-

Fərhad Xəlilov: Sərgilərin təşkilində seçimi təsviri sənəti dərindən bilən mütəxəssislər aparmalıdır

Sənət aləmi 13 Noyabr 2026, 16:59

580

Təsviri sənət sahəsində sərgilərin təşkili və rəssamların iştirakı üçün Mədəniyyət Nazirliyinin büdcəsində ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalıdır.

Citypost.az xəbər verir ki, bunu Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.

O qeyd edib ki, təsviri sənət sahəsində fəaliyyətin planlaşdırılması üçün ayrılacaq vəsaitin həcmi əvvəlcədən müəyyənləşdirilməlidir. Onun sözlərinə görə, bu məsələ qeyri-müəyyən qaldığından rəssamlar hansı sərgiləri təşkil edəcəklərini və hansı layihələrdə iştirak edəcəklərini əvvəlcədən planlaşdıra bilmirlər:

“Neçə dəfə konkret məsələ qaldırıram ki, təsviri sənətə nə qədər vəsait ayrılacaq? Mən də bilim hansı sərgiləri təşkil edim, hansı sərgilərdə iştirak edim. Bu vəsait Mədəniyyət Nazirliyinin büdcəsində konkretləşdirilməlidir. Ayrılan büdcənin tərkibində təsviri sənət üçün nəzərdə tutulan məbləğ bəlli olmalıdır”.

F.Xəlilov vurğulayıb ki, söhbət formal xarakterli sərgilərin təşkilindən deyil, keyfiyyətli və məzmunlu ekspozisiyaların hazırlanmasından gedir. O bildirib ki, sərgilərdə ən istedadlı sənətkarlar iştirak etməli, seçim isə təsviri sənəti dərindən bilən mütəxəssislər tərəfindən aparılmalıdır.

İttifaq sədri əlavə edib ki, bu istiqamətdə həllini gözləyən məsələlərdən biri də maliyyələşmədir. Onun fikrincə, Mədəniyyət Nazirliyinin büdcəsində təsviri sənət layihələri üçün konkret vəsait ayrılması bu problemin həllinə imkan verə bilər.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Anar Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə verilməsini istəyib

"Dövlət Tərcümə Mərkəzinə ayrılmış büdcə Azərbaycan Yazıçılar Birliyinə yönləndirilməlidir".Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.Xalq yazıçısı bildirib ki, bu maliyyə yardımı Yazıçılar Birliyi üçün mütləq lazımdır:“Tərcümə Mərkəzi əvvəl Yazıçılar Birliyinin tərkibində yaranmışdı, çox yaxşı fəaliyyət göstərdi, sonra ayrı bir qurum kimi fəaliyyətə başladı. Lakin günün birində bu mərkəz nədənsə bağlandı. Yəqin, belə lazım biliblər ki, bağlansın. Amma məsələ odur ki, mərkəz bizdən ayrılanda büdcəsini də özü ilə apardı,...

13 Noyabr 2026, 17:03

Firəngiz Əlizadə: Heç kim bəstəkarlığa daxil olmaq istəmir, çünki bəstəkara qiymət verən yoxdur

"Dirijorlara yaxınlaşmaq olmur, onların hamısının artıq menecerləri var".Citypost.az xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.Xalq artisti deyib ki, həmin dirijorlar gedib başqa ölkələrdə fəaliyyət göstərirlər.“Bəs orada hansı musiqini ifa edirlər? İnanmazsınız. Süni intellekt vasitəsilə yaradılan əsərləri təqdim edirlər. Başa düşürsünüz bu nə deməkdir? Gənc dirijorumuz musiqi baxımından dünyanın ən zəngin ölkələrindən biri olan İtaliyaya gedir və orada süni intellekt proqramları vasitəsilə yaradılmış musiqini Azərbaycan simfonik musiqisi kimi təqdim...

13 Noyabr 2026, 17:02

Fərhad Bədəlbəyli: Balet artistlərinin pensiyaya çıxması problemi hələ də həllini tapmayıb

“55 yaşında insan balet oynaya bilərmi?”Citypost.az xəbər verir ki, bunu Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Xalq artisti Fərhad BədəlbəyliMilli Məclisin Mədəniyyət komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə danışıb.“Mən çox istərdim ki, bugünkü müzakirədə Maliyyə Nazirliyinin də nümayəndəsi olsun. Çünki maliyyə məsələsi olanda burada Mədəniyyət Nazirliyinin edəcəyi heç nə yoxdur”, – deyə rektor bildirib.Fərhad Bədəlbəyli Maliyyə Nazirliyinin nümayəndələrinin mədəniyyət tədbirlərində az iştirak etdiklərini də söyləyib:“Onlar teatra çox nadir hallarda gedirlər, çox nadir hallarda konsertlərdə iştirak edirlər. Ona görə də mədəniyyət deyəndə onların təsəvvüründə...

13 Noyabr 2026, 16:55

Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimat mərasimi baş tutub.Citypost.az  xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, mədəniyyət naziri Adil Kərimli, hökumət rəsmiləri və mədəniyyət xadimləri iştirak ediblər.Rejissor Fariz Əhmədovun “Sükut içində addımlar” filmi Qarabağda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesini və bu təhlükəli missiyanı həyata keçirən qadın minaaxtaranlarımızın həyatını əks etdirir.Film Azərbaycan qadınını həm mina kimi gizli düşmənə qarşı elan olunan müharibənin iştirakçısı, həm qayğıkeş ana, həm də zərif və baxımlı qadın kimi təsvir edir. Onların gündəlik həyatında xüsusi qurğuların texniki siqnalları, təhlükə, iradə, kövrəklik, güc, ölüm...

12 Noyabr 2026, 19:50

Ərəb şeyxi ilə 1 saatlıq yemək üçün 2,5 milyon dollar alıb?

Türkiyənin məşhur ekran işi “Yeraltı” serialındakı tərəf-müqabili Dəniz Can Aktaş ilə yaşadığı sevgi münasibəti ilə gündəmdə olan aktrisa Devrim Özkan haqqında qalmaqallı fikir irəli sürülüb.“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə aktrisanın onunla bir saat şam yeməyi yemək istəyən ərəb şeyxinin 2,5 milyon dollarlıq təklifini qəbul edərək Dubaya getdiyi iddia olunub.Məsələ ilə bağlı aktrisanın menecerliyini edən agentlik rəsmi açıqlama yayaraq iddiaları təkzib edib: “Aktrisamız Devrim Özkan qlobal bir brendlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək xüsusi üz qabığı çəkilişi üçün Dubaydadır. Onun haqqında mətbuatda və sosial mediada yer alan, həqiqəti əks etdirməyən və heç bir konkret əsası olmayan xəbərləri qəti...

12 Noyabr 2026, 16:26

Əməkdar artist oğluna toy etdi - Fotolar

Əməkdar artist Əzizağa Əzizov oğluna toy edib.Citypost.az Axşam.az-a istinadən, mərasim ötən gün paytaxt restoranlarından birində baş tutub.Məclisdə aktyorun bir çox sənət dostları da iştirak edib.Qeyd edək ki, Ə.Əzizovun 2 övladı var.

11 Noyabr 2026, 17:33