Mən niyə gülə bilmirəm? Aləmzər Sadıqqızından ŞEİRLƏR
Söz adamı 13 Noyabr 2026, 10:50
454
Xəstəxanadan çıxmısdım...Yaşamağa ümidim yoxdu...Evdə kombi işləmirdi...Hava soyuqdu...Məcbur qardaşımgildə qaldıq bir neçə gün...Bu iki şeir qardaşımgildə yazılmışdı...
Sözüm bitməyib...
Həyat, mən səni sevdikçe,
Məni ürəyimdən vurdun...
Nə zaman uçmaq istəsəm,
Dönüb kürəyimdən vurdun...
Fələk məni ağlatdıqca,
Yapışdım ətəklərindən.
Bir ömürdü ağrıyıram,
Yediyim kötəklərindən!
Nə Allaha üz çevirdim,
nə səndən bircə an doydum.
Ey məni sevməyən həyat,
Yolunda canımı qoydum!
Mən bir bəyaz göyərçindim...
Heç bulaşmadım çirkinə.
Məni al qana boyadın,
Mən gülümsədim əksinə...
Qoyma bu Aləmi ölsün,
Hələ də sözüm bitməyib...
Dizimdə taqət bitsə də,.
İçimdə dözüm bitməyib...
1.11.2025.
Həmçinin oxuyun
Aləmi görə bilmirəm...
Qapım üzümə bağlidı...
Neynirəm döyə bilmirəm...
Soyuq çöküb hər küncünə
Evimdə ölə bilmirəm...
Nə gecəm var nə gündüzüm.
Gözüm yaşı düzüm -düzum,
Bu yuxunu hara yozum,
Mən niyə gülə bilmirəm?
Hər bir tərəfdə yaram var...
Zindanında can param var.
Yüz -yüz yaralı balam var,
Dərdimi bölə bilmirəm...
Tanrım , könlümdə var yerin
Bu boyda Göy uzün , Yerin,
Dünyaca esiyin-evin ...
Mən birin bula bilmirəm...
Uzat əlini üstümə,
Kor oluram öz tüstümə.
Bir söz yazarsan büstümə,
Aləmi görə bilmirəm...
1.11.2025.
Rəbiqə Nazimqızından dil müzakirələrinə sərt etiraz: “Sərnişinə yolçu demək gülməli gəlir”
Şairə və tərcüməçi Rəbiqə Nazimqızı Azərbaycan dilində uzun illərdir işlək olan sözlərin yeni ifadələrlə əvəzlənməsi cəhdlərini tənqid edib.Citypost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Rəbiqə Nazimqızı bildirib ki, yüzillər ərzində dilin lüğət tərkibində möhkəmlənmiş sözləri süni şəkildə dəyişdirmək əvəzinə, dilin real problemlərinə diqqət yetirmək daha məqsədəuyğun olardı.Şairə ahəng qanununun adının dəyişdirilməsi ilə bağlı ironik fikir səsləndirərək, “ahəng” sözünün özünün də bu qanuna uyğun gəlmədiyini xatırladıb.O, mühəndis, mühasib, memar, hesab, fizika, şeir və rəsm kimi sözlərin də alınma mənşəli olduğunu qeyd edərək, bu sözlərin hamısını əvəz etməyin mümkün olmadığını vurğulayıb.Rəbiqə Nazimqızı fikirlərini belə ifadə edib:“İnsan nə qədər...
13 Noyabr 2026, 08:43
Bir məktub yaz.. Rüstəm Behrudinin şeiri
Bir məktub yaz..Bir məktub yaz son dəfə,Son dəfə bir məktub yaz.Yaz, ruhum mənim, məniDəliyə çevirdi yaz.Bir məktub yaz son dəfəSözlərin gözü dolsunYağış yağsın üstünəİçində payız olsun.Bir məktub yaz son dəfəBaxım qalxan tüstünəAlım, açım, oxuyum,Ayrılığın üstünə.Bir məktub yaz, hər şeyiYaz unuda-unuda.Görüm nə cür dönmüsən,Yağış, külək, buluda.Bir məktub yaz son dəfəAnlat bir eşqin yasın.Lap öləndən sonra yaz,Gəlib mənə çatmasın.Bir məktub yaz son dəfəSözlərin gözü dolsunYağış yağsın üstünəİçində payız olsun.( Rustem Behrudi )...
12 Noyabr 2026, 15:44
Vətəndaş, yoxsa oxucu ədəbiyyatı? – Aqşin Yenisey
Citypost.az Aqşin Yeniseyin “Vətəndaş, yoxsa oxucu ədəbiyyatı?” yazısını təqdim edir. Əsərin ictimai dəyəri önəmlidir, yoxsa ədəbi dəyəri? Cəmiyyətimiz çox vaxt ictimai dəyəri ədəbi dəyərlə qarışdırır və ictimai dəyəri olmayanın ədəbi dəyərinin də olmadığını düşünür. Bu yanaşma sovet rejiminin mirasıdır. O rejimin ki, ədəbiyyatı uçurub-dağıtdığı dinin əvəzedicisi kimi istifadə edirdi.Əsərin ictimai dəyəri ictimai bir problemə həsr olunmasıyla ölçülür. Bu cür əsərlərdə üslub, estetika, intellektual yanaşma, mənalandırma, bədii həll və s. kimi ədəbi ölçülər önəmini itirir. Məsələn, Səməd Vurğunun “Azərbaycan” şeri, Bəxtiyar Vahabzadənin, demək olar, bütün yaradıcılığı, Şəhriyarın “Heydərbabaya salam” poeması ictimai dəyəri olan əsərlərdir. Ədəbi dəyər baxımından əskikliklərlə zəngindirlər. Bəsitliklərini xilas edən...
12 Noyabr 2026, 11:06
Tanrım, SƏNi sevirəm! Xatirə Əziz yazır...
Tanrım, SƏNi sevirəm!Tanrım, SƏNi sevirəm,Üzüm SƏNə sarıdı!Bəs niyə arzularım,-Ürəyimdə qarıdı?Tanrım, SƏNi sevirəm, Yolum SƏNə sarıdı!Bəs niyə saçlarımı,-Dərd küləyi daradı?Tanrım SƏNi sevirəm,Könlüm SƏNə sarıdı!Bəs nə üçün bəxtimi,-Sonsuz kədər sarıdı?Tanrım, SƏNi sevirəm,Gəldiyim yol yarıdı.Bəs nə üçün taleyim,-Qəm-qüssədən yarıdı?Tanrım, SƏNi sevirəm,Kövrək qəlbim yaradı.Bəs nədən ömrüm-günüm,-Başdan-başa qaradı?Tanrım, SƏNi sevirəm,Duam SƏNə sarıdı.Tor bağlayıb gözlərim,Görən bura haradı?Tanrım, SƏNi sevirəm,Sözüm SƏNə sarıdı.Bəs niyə dərdə düşdüm?-Bənizim sapsarıdı.Xatirə ƏzizŞair-publisist
10 Noyabr 2026, 14:50
Mükafatını tənqid etdiyin adama vermişdin! Əmir Pəhləvan yazır...
Bəkir Nəbiyev 21 avqust 1930-cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947).Əmək fəaliyyətinə müharibə illərində başlamışdır. Ağdaş radio şəbəkəsinin diktoru işləmişdir (1945-1947). Sonra Ağdaş şəhərində və Yeniarx kəndində müəllimlik etmişdir (1947-1949). ADU-nun filologiya fakültəsində təhsil almışdır (1949-1954). Eyni zamanda Bayıldakı 55 saylı orta məktəbdə ədəbiyyat müəllimi olmuşdur. Tələbəlik illərində ilk tənqidi qeydləri "Lenin tərbiyəsi uğrunda" qəzetində dərc olunmuşdur.Ədəbi fəaliyyətə "Ədəbiyyat qəzeti"nin 4 noyabr 1951-ci il tarixli sayında çap edilən "Dama-dama göl olar" rəyi ilə başlamışdır. Universiteti bitirdikdən sonra "Azərbaycan gəncləri", "İnşaatçı" qəzetlərində məsul katib müavini, ədəbi işçi vəzifələrində işləmişdir (1954-1957). ADU-nun aspiranturasına...
10 Noyabr 2026, 14:46
Şəmsi Vəfadar: "Ey Sevgili Bayrağım!"
Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.CityPost.az tanınmış şair Şəmsi Vəfadarın müəllifi olduğu " Ey Sevgili Bayrağım!" şeirini müəllifin özünün dilindən və müğənni Aynur İsgəndərlinin ifasında təqdim edir:...
09 Noyabr 2026, 09:29